Ermənistanın mina terroru davam edir
28.12.2023 [11:10]
Dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, Zaur Mahmudov rayon xəstəxanasına yerləşdirilib. Müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb. Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərilib. Vəziyyəti qənaətbəxşdir. Baş Prokurorluğun mətbuat xidmətindən isə Ağdam rayonunda ANAMA əməkdaşının minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparıldığı bildirilib.
44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunsa da, Ermənistan tərəfindən hərbi işğal dövründə torpaqlarımızın dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəldir. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Əsas məqsədlərdən biri, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.
Məlumdur ki, Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Erməni işğalı dövründə bu ərazilərdə təxminən 1,5 milyondan artıq mina basdırılıb. 44 günlük müharibədən sonra bu günə qədər 340 nəfərdən çox Azərbaycan vətəndaşı mina qurbanı olub. Təəssüf ki, münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar basdırmağa davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb.
Hazırda Azərbaycan dövləti tərəfindən minatəmizləmə sahəsində böyük işlər görülür. Bu işlərlə məşğul olan şəxslər həqiqətən də qəhrəman, fədakar və qorxmaz insanlardır. Çünki onlar doğma Qarabağımızın və Şərqi Zəngəzuru mina terrorundan təmizləmək üçün öz canlarını təhlükəyə atıblar.
Bu gün ölkəmizdə minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin mütləq hissəsi ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi isə hələ ki, çox məhduddur. Ölkəmiz ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyirik. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalı, Ermənistanın bu cinayətkar əməllərini pisləməlidirlər.
Beynəlxalq birliyin mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirməsi yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planlar hazırlamaq üçün bir imkan yarada bilər. Təəssüf ki, beynəlxalq birlikdən hələ bir dəstək yoxdur.
Hərbi ekspert Ədalət Verdiyev “Yeni Azərbaycan”a açıqlamasında Ermənistanın yaddaşlarda XXI əsrin mina terrorunun memarı kimi də qaldığını xatırladaraq bildirib ki, ərazilərimizdə saysız-hesabsız miqdarda mina yerləşdirən bu ölkəyə qarşı heç bir beynəlxalq təşkilat tutarlı bir bəyanat səsləndirməyib: “Davamlı olaraq törətdikləri barbarlıq aktlarını, vəhşilikləri görməzdən gələn beynəlxalq qurumlar mina qurbanları ilə bağlı bəyanatlar verməlidir. Minaları istehsal edən, onu qanunsuz olaraq ərazilərimizə yerləşdirən Ermənistan qınanmalıdır. Lakin əfsuslar olsun ki, indiyə qədər biz bunu müşahidə etməmişik”.
Ekspert hesab edir ki, Azərbaycan tərəfi minaların təmizlənməsinə, mina terroru səbəbindən həyatını itirən və xəsarət alanlara çəkilən və çəkiləcək dövlət xərclərini ortalama da olsa, hesablamalı və Ermənsitana qarşı təzminat tələbi qaldırılmalıdır: “Divarla, daşla, abidə ilə, insan həyatı ilə savaşan Ermənistandan biz revanşizmdən tam əl çəkməsini gözləmirik. Amma imzalanan kapitulyasiya aktının Ermənistan tərəfindən ödənilməyəcəyi anlamına da gəlməz. Onlar üzərlərinə götürdükləri öhdəlikləri ya öz xoşlarına, ya da “Dəmir yumruq” hesabına yerinə yetirəcəklər. Necə ki, indiyə kimi bunu ediblər”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

