Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib
28.12.2023 [11:21]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “BEST Solutions” şirkəti ilə birlikdə elektron SİM əsaslı (eSİM) yeni nəsil gücləndirilmiş mobil rəqəmsal “Asan İmza” xidmətini təqdim edib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, eSİM SİM-kart vasitəsilə əldə edilən “Asan İmza”nın elektron formasıdır.
Müasir smartfonların dəstəklədiyi eSİM “Asan İmza” ilkin mərhələdə mobil operatorlardan birinin abunəçiləri üçün nəzərdə tutulub, sonrakı mərhələdə isə digərlərinin abunəçiləri tərəfindən də istifadəsi mümkün olacaq. Yeni nəsil eSİM “Asan İmza” həllinin bir sıra üstünlükləri mövcuddur. Bu həll, ilk növbədə, elektron sənədlərin etibarlı şifrələnməsi və deşifrə olunmasını, müasir kriptoalqoritmlər vasitəsilə təhlükəsizliyi təmin edir. Eyni zamanda, virtual eSİM kartının tətbiqi fiziki SİM-kartın oğurlanması və ya itirilməsi riskini aradan qaldırır.
Smartfonlara quraşdırılan yeni nəsil texnologiyaya əsaslanan eSIM fiziki SİM-kartı əvəz edir. eSİM həllinin üstünlüklərinə yalnız yüksək təhlükəsizlik deyil, həmçinin, ekoloji cəhətdən səmərəli, plastik kartlardan imtina konsepsiyasına uyğunluq və təkmilləşdirilmiş funksionallıq xüsusiyyətləri daxildir. eSİM istifadəçisi telefonunda bir neçə nömrəni aktiv saxlamaq imkanı əldə edir.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən vergi ödəyicilərinin məlumatlarının təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi məqsədilə İnternet Vergi idarəsinə istifadəçi kodu, parol və şifrə vasitəsilə daxil olmaq imkanı məhdudlaşdırılacaq
Xəbər lenti
Hamısına baxDünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05

