Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Fransa Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" elan edib

Fransa Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" elan edib

27.12.2023 [22:05]

Rəsmi Paris Azərbaycan səfirliyinin iki diplomatını "arzuolunmaz şəxs" (persona non grata) elan edib.

APA xəbər verir ki, bu barədə məlumat Fransa XİN-in rəsmi saytında yer alır..

Fransa cavab tədbiri olaraq Azərbaycan səfirliyinin iki diplomatını arzuolunmaz şəxs (persona non grata) elan edib.

Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.

Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.

Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.

Paylaş:
Baxılıb: 464 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31