Yaponiyadakı zəlzələ bölgəsində 51 nəfər hələ də itkindir
04.01.2024 [11:11]
Yeni ilin ilk günündə Yaponiyanın mərkəzi hissəsindəki İşikava prefekturası sahillərində baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 78-ə çatıb, 51 nəfər hələ də itkin hesab olunur.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, dağıntı altında qalanların xilası üçün vacib olan 72 saatlıq müddətin başa çatmasına az qaldığı üçün itkin düşənlərin sağ tapılması ehtimalı getdikcə azalır. İtkin düşənlər prefekturanın zəlzələdən ən çox ziyan görən Vacima şəhərinin sakinləridir. Ən çox dağıntı elə Vacima şəhərində qeydə alınıb. Yeraltı təkanlardan sonra dağıntılarla yanaşı, şəhərdəki çox sayda tikilidə yanğın da meydana gəlib.
Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Xilasetmə işlərinə xilasedicilər, fövqəladə hallar işçiləri ilə yanaşı, Yaponiya özünümüdafiə qüvvələrinin hərbçiləri də cəlb olunub. İlkin mərhələdə 1000 nəfər hərbçi bu işlərə cəlb olunmuşdusa, hazırda onların sayı 4600-ə çatıb.
Qeyd edək ki, Yaponiyanın Meteorologiya Agentliyi yanvarın 1-də İşikava prefekturasının Noto yarımadası yaxınlığında, Yapon dənizində bir neçə yeraltı təkanın qeydə alındığını, onlardan ən güclüsünün yerli vaxtla saat 16:10-da 7,6 bal gücündə olduğunu açıqlayıb. Zəlzələ ölkənin şimal, cənub və mərkəzindəki yaşayış məntəqələrində, o cümlədən paytaxt Tokioda da hiss olunub. Agentlik yanvarın 2-də güclü sunami xəbərdarlığını ləğv etsə də, ölkənin mərkəzi hissəsində qarşıdakı günlərdə güclü yeraltı təkanların ola biləcəyini açıqlayıb. İşikava prefekturası üzrə 34 min sakin təxliyə edilib. Yeraltı təkanlar yaşayış binaları, fərdi evlərlə yanaşı, infrastruktura, kommunikasiya xətlərinə, su və elektrik təchizatı sisteminə ciddi ziyan vurub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

