Evian meriyası təkzib edir, amma...
10.01.2024 [10:27]
Bu gün hər yerdə reallığı əks etdirməyən məlumatlar yayılıb. Bildiyiniz kimi, Xurşidbanu Natəvanın heykəli vandalizm aktına məruz qalıb. Heykəlin burnu sındırılıb, həmçinin üzərinə qırmızı maye tökülüb. Şəhərimizin bu sahəyə məsul xidməti heykəli qorumaq üçün onu bürüyüb. Bu, şəhərimizin mövqeyidir. Bizim bu heykəli oradan götürmək, ondan qurtulmaq kimi heç bir niyyətimiz olmayıb və yoxdur. Heykəlin oradan götürülməsi heç vaxt müzakirə mövzusu olmayıb.
Bu sözləri AZƏRTAC-ın sualına cavabında Evian-Le-Bən şəhər meriyasının attraktivlik üzrə direktor müavini Kristel Okler söyləyib.
K. Okler vandalizm aktı ilə bağlı hər hansı təhqiqat işinin aparılması ilə bağlı suala cavabında bunun onun səlahiyyətləri çərçivəsində olmadığını və bununla bağlı fikir söyləyə bilməyəcəyini deyib. Ancaq bununla belə, orada videomüşahidə sisteminin olmadığını və vandalizm aktını törədənlərin tapılmasının çətin olacağını qeyd edib.
O diqqətə çatdırıb ki, şəhər meriyasının heykəllə bağlı mövqeyi belədir.
Xatırladaq ki, 2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri ilə Fransa Respublikasının Evian-Le Bən şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb.
Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub. Hətta bu istiqamətdə praktiki addımlar atılıb, tərəflər arasında qarşılıqlı səfərlər baş tutub.
Əməkdaşlığın davamı olaraq 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və bağda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub. Lakin ötən ilin dekabrında heykəl vandalizm aktına məruz qalıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

