Həsən Məcidov kimdir?
12.01.2024 [10:50]
Prezidentin haqqında bəhs etdiyi memar...
Yeganə BAYRAMOVA
Yanvarın 10-da Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı müxtəlif məqamlarla bağlı jurnalistlərin suallarını cavablayıb.
Prezident çıxışı zamanı bildirib ki, onun 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan bayrağını qaldırdığı kadrlar bütün Azərbaycan xalqı tərəfindən qürur və sevinclə qarşılanıb. Ölkə başçısı qeyd edib ki, 30 il ərzində ədalətə inam Azərbaycan cəmiyyətində müəyyən dərəcədə sarsılmışdı: “Çıxışlarıma nəzər salsanız, son 10-15 il ərzində dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Məhz bu prinsipi rəhbər tutaraq son illər ərzində fəal işləmişik və ədaləti özümüz bərpa etmişik. Bu nöqteyi-nəzərdən ədalətə inam bərpa edildi. Hamımız gördük ki, bəli, ədalət zəfər çalıb, öz haqq işimizi yekunlaşdırmışıq və ədaləti özümüz bərpa etmişik”.
İlham Əliyev Xankəndi meydanında bayraq qaldırdığı anlara diqqət çəkərək bildirib ki, həmin meydanın memarı Həsən Məcidov adlı Azərbaycan memarı olub. Ölkə başçısının sözlərinə görə, H.Məcidov həmçinin “Obkom” deyilən binanın da müəllifi idi. Hansı ki, həmin binada və həmin meydanda bir zamanlar Azərbaycana qarşı çox çirkin bir oyunun başlanğıcına hamımız şahid olmuşuq.
Qeyd edək ki, Prezidentin haqqında bəhs etdiyi memar Həsən Məcidov 1914-cü ildə Bakıda sənətkar ailəsində anadan olub. Yeri gəlmişkən, dünən görkəmli memarın vəfatından 46 il ötüb. H.Məcidov 1937-ci ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq-tikinti fakültəsini bitirib. O, tələbəlik illərində “Azərdövlətlayihə” Dövlət Layihə İnstitutunda texnik, ali məktəbi bitirdikdən sonra isə bu institutunda memar vəzifəsində işləyib.
H.Məcidov Böyük Vətən müharibəsi illərində Sovet Ordusu sıralarına qatılıb, döyüşlərdə yaralanaraq 1946-cı ildə ehtiyata buraxılıb. Bundan sonra yenidən yaradıcılıq fəaliyyəti göstərərək bir sıra ictimai-mənzil binalarının layihələrini işləyib hazırlayıb. Bir müddət layihə idarəsinin baş mühəndisi olan H. Məcidov 1948-ci ilin fevral ayından “Azərdövlətlayihə” İnstitutunun 2 nömrəli memarlıq emalatxanasının rəhbəri vəzifəsində işləyib. 1954-cü ildən Azərbaycan Politexnik İnstitutunda memarlıq konstruksiyaları dosenti olub.
H.Məcidovun layihəsi əsasında 1960-cı ildə V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə hazırkı Muzey Mərkəzi tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. Memar Azərbaycanda digər layihələrin də müəllifi olub. Bunlardan Binədə Bakı təyyarə limanı, “Bakı” mehmanxanası, Naxçıvanda Dövlət Musiqili Dram Teatrının binası, Dzerjinski adına mədəniyyət sarayı və.s qeyd etmək olar.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

