Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Qarşımızda böyük hədəflər var”

“Qarşımızda böyük hədəflər var”

24.01.2024 [20:40]

2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyi bölgə gəncləri ilə görüşləri davam etdirir.

Xüsusi brendləşdirilmiş avtobuslar ilə təşkil edilən növbəti səyyar görüşlər Göyçay və Şəmkir rayonlarında keçirilib.

Görüşlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Gənclər Birliyinin üzvləri Fərid Dünyamalıyev, Emil Aslanlı, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Nurlan Həsənov, YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Əliyev çıxış edərək prezident seçkilərinin önəmindən, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlərdən, xüsusilə də gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edib, qarşıda duran hədəfləri diqqətə çatdırıblar.

Görüşlərdə, həmçinin bölgə gənclərinə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin məlumatlılıq səviyyəsinin artırılması ilə əlaqədar infosessiyalar təşkil edilib.

Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər və müxtəlif tematik müsabiqələr keçirilib.

Gənclər Azərbaycanın Zəfər tarixini yazan, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəklədiklərini, Azərbaycanı parlaq gələcəyə - işıqlı sabaha aparan Liderə səs verəcəklərini və daim onun ətrafında sıx birləşəcəklərini ifadə ediblər. “Zəfər yolu bizi yeni qələbələrə aparır” ,- deyə bildirilib.

Tədbirlərə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31