“Azərbaycan gəncliyi parlaq gələcəyə səs verəcək”
26.01.2024 [11:26]
2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyası çərçivəsində YAP Gənclər Birliyi Naxçıvan Muxtar Respublikasında gənclərlə səyyar görüşləri davam etdirir.
Xüsusi brendləşdirilmiş avtobus ilə təşkil edilən növbəti səyyar görüş Culfa rayonunun gəncləri ilə keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva və YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov çıxış ediblər.
Çıxışlarda cənab İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafını xüsusi diqqət mərkəzində saxladığı və bu istiqamətdə məqsədyönlü fəaliyyətin həyata keçirildiyi vurğulanıb. Qeyd edilib ki, bu gün Azərbaycan gəncliyi dövlətə, Vətənə və xalqa sədaqət andını inamla yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil edir. Ən əsası, Azərbaycan gəncliyi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük fədakarlıq və rəşadət nümayiş etdirməklə tarix yazmışdır.
Gəncləri fevralın 7-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağıran natiqlər Azərbaycan gənclərinin növbəti dəfə sağlam düşüncə əsasında öz vətəndaş mövqelərini nümayiş etdirəcəklərinə əminliklərini ifadə ediblər. “Azərbaycan gəncliyi parlaq gələcəyə səs verəcək!” - deyə vurğulanıb.
Təşviqat görüşündə iştirak edən gənclərə seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə məlumat verilib, ilk dəfə səs verəcək gənclərin məlumatlılıq səviyyəsinin artırılması ilə əlaqədar infosessiyalar təşkil edilib.
Səyyar platformalarda maarifləndirmə sessiyaları ilə yanaşı, intellektual yarışlar, fərdi və peşəkar inkişafa, eləcə də səsvermə hüququndan istifadəyə dair təlimlər və müxtəlif tematik müsabiqələr keçirilib.
Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10

