Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Seçimimiz Azərbaycana möhtəşəm uğurlar qazandıran İlham Əliyevdir

Seçimimiz Azərbaycana möhtəşəm uğurlar qazandıran İlham Əliyevdir

29.01.2024 [11:43]

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonunda seçicilərlə görüş keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov, təşviqat qrupunun üzvləri Əli Kərimov, Elxan Məmmədov, Qair Carullayev çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, bütün fəaliyyəti ilə Ümummilli Liderin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin siyasəti nəticəsində   Azərbaycan möhtəşəm uğurlar qazanaraq dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Həyata keçirilən islahatlar nəticəsində respublikamız güclü iqtisadi dayaqlara malik ölkə imicinə sahib olub.

Görüş zamanı qeyd edilib ki qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb, 30 il ərzində işğal altında olmuş ərazilərimizin azad edilməsi və suverenliyimizi tam bərpa etməyimiz yeni dövrün başlanğıcıdır. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində aktiv iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevarlın 7-də seçki məntəqələrinə gedərək Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı,  Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Paylaş:
Baxılıb: 137 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29