Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Zəfər seçkiləri hər birimiz üçün həm də böyük məsuliyyət yaradır”

“Zəfər seçkiləri hər birimiz üçün həm də böyük məsuliyyət yaradır”

07.02.2024 [20:41]

“Fevralın 7-də Azərbaycan tarixi bir gün yaşadı. Respublikamızda Yeni Azərbaycan Partiyasının (YAP) iştirakı ilə keçirlən sayca 7-ci Prezident seçkiləri böyük uğurla başa çatdı. Xalqımız müstəqillik tarixində bir ilkə şahidlik etdi. Birinci dəfə idi ki, Prezident seçkiləri ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın bütün ərazisində keçirilirdi. Bu, hər bir seçici, hər bir azərbaycanlı üçün son dərəcə qürurvericidir, eyni zamanda, bizim üçün böyük məsuliyyət yaradır.” 

Bu  fikirləri  öz təşəbbüsü ilə Zəfər seçkilərində müşahidəçi qismində qeydiyyatdan keçən Rizvan Vahabov açıqlamasında ifadə edib. O, müşahidələrinin onda zəngin təəssüratlar yaratdığını xüsusi vurğulayıb. Bildirib ki, özü veteran seçicilərdəndir, hər dəfə də müxtəlif illərdə keçirilən seçkilərə qatılaraq vətəndaş mövqeyini ortaya qoyub. Müqayisələri əsasında gəldiyi qənaət isə belədir: Zəfər seçkiləri tariximizdə seçicilərin yüksək fəallığı şəraitində baş tutan seçkilər kimi qalacaq. Rizvan Vahabov məmnunluq hissi ilə bildirib ki, müşahidə apardığı məntəqələrdə seçki prosesinin əvvəlindən başlayaraq bütün gün ərzində izdiham yaşanıb. Müxtəlif yaş qrupundan olan insanlar məntəqələrə gələrək sərbəst seçim hüquqlarından istifadə ediblər.  Eyni zamanda, məntəqələrdə seçki prosesinin rahat və demokratik şəraitdə keçməsi üçün bütün imkanlar yaradılıb.  Rizvan Vahabovun sözlərinə görə, müşahidə edilən seçici  fəallığı və yaradılan şərait bugünkü Azərbaycanın reallıqlarının, dövlətimizin siyasi iradəsinin və cəmiyyətimizin istəyinin ifadəsidir. Seçki prosesinin gedişindən bir daha aydın oldu ki, vətəndaşlarımız ölkənin gələcəyinə çox həssas yanaşırlar. Eyni zamanda , dövlətimiz də Azərbaycanın müasir ölkə kimi inkişafı üçün hər şeyi edir. Fikirlərinə davam edən Rizvan Vahabov vurğulayıb: “ Qeyd etdiyim kimi mən indiyədək bir çox seçkilərin iştirakçısı olmuşam . Zəfər seçkilərindəki müşahidə etdiyim seçici fəallığını ancaq 1993-cü ilin 3 oktyabrında keçirilən Prezident seçkiləri ilə müqayisə edə bilərəm. Həmin seçkilərdə insanlar o dövrdə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev amilinə görə axın-axın seçki məntəqələrinə gəlirdilər. Seçicilər dövlətimizin idarəçilik sükanının məhz böyük, müdrik siyasətçi Heydər Əliyevin əlində olmasını istəyirdilər. Bu dəfə isə qələbələr partiyası olan YAP seçkilərə Müzəffər Lider İlham Əliyevin namizədliyi ilə gedib. Mənim qənaətm ondan ibarətdir ki, seçicilər məntəqələrdə son 20 ildə Azərbaycana misilsiz uğurlar qazandıran, böyük qələbələrimizin əsas memarı olan YAP namizədi İlham Əliyevin namizədliyini dəstəkləyiblər. Məntiqlə düşündükdə bunun heç alternativi də yoxdur”.

Paylaş:
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29