Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Süni intellektdən elmə daha bir töhfə

Süni intellektdən elmə daha bir töhfə

09.02.2024 [11:10]

Papirus üzərində 2000 il sirli qalan mətni oxudu

Günel ABBAS

Süni intellekt kompüter və ya robotun insanlara məxsus olan vəzifələri yerinə yetirmək qabiliyyətidir. Hətta süni intellekt insanın edə biləcəyi bəzi işləri daha çox məlumatla daha tez yerinə yetirməyə imkan verməklə həyatımızı asanlaşdıra bilir. Süni intelekt bu gün müxtəlif vasitələrlə - tərcümələr, tövsiyə sistemləri, naviqasiya, sosial təminat, səhiyyə xidmətləri, e-ticarət və digər robot tətbiqləri ilə gündəlik həyatımızda mövcuddur. Bu üsul, həmçinin kibertəhlükəsizlik və müdafiə sənayesi kimi sektora məxsus strateji tədqiqatlarda da istifadə olunur. Və bir çox sahələrdə insanların min illərlə bacara bilmədiyi işləri asanlıqla yerinə yetirirlər.

Yeri gəlmişkən, bu yaxınlarda tədqiqatçılar süni intellekt vasitəsilə Vezuvi vulkanının püskürməsi zamanı yanmış 2000 illik papirusun gizli mətnini deşifrə edə biliblər. Bu barədə “Vesuvius Challenge”də dərc olunan məqalədə bildirilib.

Məlumata görə, Yusef Nader, Lyuk Farritor və Culian Şilligerin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu kömür parçasına bənzəyən perqamenti əvvəlcə rəqəmsal skan ediblər, sonra papirusu virtual olaraq açmaq və hərfləri müəyyən etmək məqsədilə 3D xəritələmə və süni intellekt üsullarından istifadə olunub.

Deşifrə olunmuş mətn yunan filosofu Filodimin indiyə qədər görünməmiş fikirlərini ortaya qoyur, onun Epikür fəlsəfə məktəbinə işıq salır.

Qeyd edilir ki, papirus 18-ci əsrdə bir fermer tərəfindən tapılıb. O, evi üçün quyu qazarkən təsadüfən torpaq altında qalan Herkulanum antik şəhərinin Roma dövrünə məxsus villasını üzə çıxarıb. Sonradan bunun kitabxana olduğu ortaya çıxıb. Bildirilir ki, böyük papirus vərəqlərindən ibarət kitabxana vulkanik dağıntıların istisi ilə kömür halına gələrək olduqca kövrəkləşsə də, hələ də sağlam vəziyyətdə qalıb.

“Süni intellekt” termini ilk dəfə nə vaxt istifadə edilib?

1950-ci illərin əvvəllərində Alan Turinqin “Robotlar düşünə bilərmi?” sualının ardından qurğuların öyrənilməsi anlayışı ortaya çıxdı. Beləliklə, “Süni intellekt” termini ilk dəfə 1956-cı ildə keçirilən süni intellekt konfransı olan “Dartmut Konfransı”nda kompüter alimi Con Karti tərəfindən istifadə edildi.

İnformasiya və “Süni intellekt”in fərqləri...

Süni intellektin öyrədilməsi zamanı tələb olunan ən mühüm element məlumatlardır. Məlumatların ölçüsü, həcmi və müxtəlifliyi artdıqca, süni intellektin öyrənmə qabiliyyətinin də artması gözlənilir. Bu gün istehsal edilən məlumatların həcminin sürətlə artması və “Böyük Data” emalının inkişafı ilə bir çox sahədə süni intellektin köməyinin vacibliyini  meydana çıxır. Çünki məlumat artdıqca onun təhlükəsizliyi və qorunması ilə bağlı müəyyən texnologiyaya ehtiyac duyulur.

Süni intellektə ehtiyacımız var?

Süni intellekt həyatın bir çox sahələrində cəmiyyətin rifahını yüksəltmək qabiliyyətinə görə mühüm əhəmiyyət daşıyır. Yenilənə və fərdiləşdirilə bilən süni intellekt tərəfindən dəstəklənən proqramlar fərdlərin və cəmiyyətin inkişafına təsir edən tətbiqlərdir. Məsələn, naviqasiya, “google asistant” və e-ticarət kimi proqramlar insanların həyatını asanlaşdırır. Ən önəmlisi hər kəsə bərabər şəkildə xidmət göstərilməsinə şərait yaradır. Süni intellekt insanların bir çox sahədə qərar qəbul etmə proseslərinə də kömək edə bilər. Bu mənada, süni intellekt tətbiqlərinə və bu tətbiqlərin təqdim etdiyi xidmətlərə hər gün daha çox ehtiyac duyulacaq.

Süni intellekt Azərbaycanda rəqəmsallaşmanı əhəmiyyətli dərəcədə sürətləndirə bilər

Qlobal iqtisadiyyata sıx inteqrasiya olunan və dünyadakı müasir trendlərdən kənar qalmayan Azərbaycan üçün bu texnologiyaların inkişaf etdirilməsi vacibdir. Bu sahədə kifayət qədər uğurlu beynəlxalq təcrübə mövcuddur və bizə qalan ondan yararlanmaqdır. Bunun üçün isə müəyyən təməlin olması mühüm əhəmiyyət kəsb edir. Əvvəla, bu istiqamətdə dövlət strateji baxış ortaya qoymalıdır. Orada hədəflər və ona nail olmaq yolları dəqiq müəyyən edilməlidir. Süni intellektin inkişafı və milli süni intellekt fəaliyyətinin, qabiliyyətinin çevik idarə olunması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində Azərbaycan Süni İntellekt Laboratoriyası yaradılıb. Qurum həm də süni intellekt sahəsində mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyət aparır. Bu, milli kadr bazasının formalaşdırılmasında vacib rol oynaya bilər. Lakin sadəcə bacarıqlı kadr yetişdirməklə iş bitmir. Süni intellekt sahəsində elmi-tədqiqat mərkəzləri yaradılmalı, süni intellekt sahəsində ixtisaslaşan startapların vençur fondlarına çıxmasına dövlət dəstəyi artırılmalıdır. Bu cür startapların maliyyələşməsində iştirak edən özəl şirkətlərə hər hansı formada vergi preferensiyalarının verilməsi əhəmiyyətli stimul rolu oynaya bilər.

Bununla yanaşı, qanunvericilik səviyyəsində süni intellekt və robotların vurduğu zərərin məsuliyyətinin bölüşdürülməsi problemi həll olunmalıdır. Bu sahədə müəlliflik hüquqlarının dəqiq çərçivəsi müəyyən olunmalıdır. Süni intellektin etik davranışını tənzimləyən müddəalar formalaşdırılmalı, nəzarət mexanizmləri işlənib hazırlanmalıdır.

İdeal olan odur ki, süni intellekt insanları əvəz etmək yox, onların işini sürətləndirmək, asanlaşdırmaq, yükünü azaltmaq, səhv qərarların verilməsindən çəkindirmək, onları sığortalamaq üçün istifadə olunsun. Belə olarsa, süni intellekt cəmiyyət tərəfindən anlayışla qarşılanacaq. Süni intellekt sahəsindəki təbliğat və təşviqatın məhz bu yöndə qurulması vacibdir.

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

181-ci üzv

02 Mart 11:10

Xəbər lenti

MEDİA

Sosial

Analitik

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Analitik

Gərginlik artır

01 Mart 11:10

Xəbər lenti

Xəbər lenti

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31