Redikül müxalifətin erməni sevgisi...
27.02.2024 [10:30]
Əli Kərimli yeni yalanlarla gündəmə gəlməyə çalışır
Münxen Təhlükəsizlik Konransında ortaya çıxan siyasi mənzərə əsl reallıqları özündə əks etdirdi. Prezident İlham Əliyev 2 gün ərzində 24 görüş keçirdi və bu görüşlərin hər biri qarşı tərəfin müraciəti əsasında baş tutdu. Daha 10 görüş üçün Azərbaycan tərəfinə müraciətlər olsa da, fiziki olaraq vaxt baxımından onları reallaşdırmaq mümkün olmadı. Bu, Azərbaycan Prezidentinin, Azərbaycan dövlətinin qlobal siyasi palitradakı yerini və nüfuzunu müəyyənləşdirən əsas amil kimi gözə çarpır. Mənzərəni daha da aydınlaşdırmaq üçün bir xüsusu vurğulamaq lazımdır - müraciət edənlər sırasında Almaniya kanslerinin, ABŞ dövlət katibinin, ABŞ prezidentinin xüsusi nümayəndəsi və koordinatorunun, bir çox dövlətlərin başçılarının və rəsmi nümayəndələrinin, dünyanın apracı iqtisadi-ticari korporasiyalarının təmsilçilərinin yer alması mühüm məqamlardan xəbər verir.
Təbii ki, bu reallıqlar həm də Azərbaycan haqqında şər-böhtan kampaniyası aparmağa çalışanların fiaskosunu rəsmiləşdirir. Erməni lobbisi Qərbdəki “dayaqları”nın da sıradan çıxdığının fərqindədir. Dünyanın aparıcı dövlətləri Azərbaycanın qərarlarını dəstəkləyir, apardığı siyasətin ədalətli və beynəlxalq hüquqa istinad etdiyini görür. Ermənipərəst mərkəzlər və onların ayrı-ayrı yançıları isə bundan təşviş keçirir.
Redikül müxalifətin də ermənipərəst mərkəzlərin əlaltısı qismində çıxış etməsi sirr deyil. Bu mənada, ən ön sırada yer alan AXCP sədri Əli Kərimli də Almaniyada keçirilən ən böyük qlobal təhlükəsizlik konfransında ölkəmizə göstərilən ehtiramı pərdələmək üçün “sifarişlər alıb”. Təsadüfi deyil ki, min bir yalanla sosial şəbəkə “qəhrəmanına” çevrilmək istəyən Kərimli bu dəfə “alman narahatlığını” büruzə verir. Almaniyanın Azərbaycana münasibəti bu ölkənin rəhbərinin ortaya qoyduğu mövqedən bəllidir: Şoltsun Prezident İlham Əliyev ilə görüşmək üçün müraciət etməsi, ikitərəfli görüşlə bağlı təşəbbüs irəli sürməsi rəsmi Berlinin mövqeyinə aydınlıq gətirir. Əli Kərimli isə Almaniya kanslerinin davranışını bir kənara qoyaraq hanısa bir ermənipərəst azlığın bəlkə də etmədiyi bir təxribatçı hərəkəti “qabartmağa” çalışır. Halbuki, Münxen görüşləri, Azərbaycanın qətiyyətinin hər bir görüşdə açıq şəkildə hiss etdirilməsi, maraqlarının qorunması Qərb-Azərbaycan, eləcə də Almaniya-Azərbaycan münastibətləri üçün əsas yaradan amillərdir. Olmayan, qondarma və artıq alver predmetinə çevrilmiş “siyasi məhbus” kartına “istinad cəhdi” Kərimli və onu maliyyələşdirən erməni qruplarını ələ verir. Ermənipərəst Kərimli və himayədarları qlobal gündəliyin əsas müzakirə predmeti kimi ortaya çıxan yeni münasibətlər sisteminin inkişafı, COP29 mövzusu, Azərbaycanın demokratik dəyərlərə qarşı sadiqliyi və ardıcıllığı kimi mövzulardan diqqəti yayındırmağa çalışsa da, buna nail ola bilmirlər. Kərimlinin ermənipərəst “sifarişi” daldan atılan daşa bənzəyir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

