107 təşkilatdan dəstək
12.03.2024 [10:30]
AHOA COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı bəyanat verib
Hazırda bütün dünyada iqlim dəyişikliklərinin, qlobal istiləşmənin, ekologiyanın xeyli dərəcədə çirklənməsinin qarşısıalınmaz fəsadlara yol açması ciddi narahatlıq doğurur. Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların səylərini gücləndirmələrini, koordinasiyalı fəaliyyət göstərilməsini zərurətə çevirib.
Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Ümumiyyətlə, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ötən dövr ərzində mühüm nailiyyətlər qazanıb. Vətən müharibəsində qazandığımız şanlı Zəfər ölkəmizi dünyada daha güclü dövlət kimi tanıdıb. Eyni zamanda, dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır.
Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Yüksək inkişaf göstəricilərinə nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olması və təhlükəsizlik baxımından sabit ölkə kimi fəqlənməsi bütün dünya ictimaiyyətinə məlumdur. Respublikamızın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi üçün seçilməsi isə Azərbaycan Prezidentinin növbəti qələbəsi oldu. Dövlətimizin başçısı bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.
Qeyd etdiyimiz kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Məlumdur ki, bu istiqamətdə dövlətimiz tərəfindən mühüm layihələr həyata keçirilir. O cümlədən, Prezidentimiz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsini də “yaşıl enerji” zonası elan edib. Və hazırda bu ərazilərdə görülən işlər qürurvericidir. Əlbəttə ki, beynəlxalq ictimaiyyət Azərbaycanın bu fəaliyyətini görür və dəyərləndirir. Biz şahidi olduq ki, Münxen Təhlükəsizlik Konfrasında dünya ölkələrinin və beynəlxalq təşkilatların rəhbərləri, rəsmi şəxslər Azərbaycan Prezidenti ilə görüş üçün müraciətlər edirdilər. Görüşlərdə əsas mövzulardan biri də COP29-la bağlı idi. Bu mötəbər tədbirlə bağlı ölkəmizə əməkdaşlıq təklif olunurdu, Azərbaycana olan inam ifadə edilirdi. Bütün bunlar onu göstərir ki, bu il ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın xüsusi diqqət mərkəzində olacaq. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bu baxımdan, müstəsna əhəmiyyət kəsb edir.
Onu da vurğulayaq ki, bir sıra beynəlxalq təşkilatlar və ölkələr COP29-un keçirilməsi ilə bağlı ölkəmizə əməkdaşlıq təklif edirlər. Yeri gəlmişkən, sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə, 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association (AHOA) Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib. Bəyanatı AHOA-nın rəhbəri Uzodinma Adiriece imzalayıb. AHOA-ya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşulub.
Bəyanatda AHOA Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır, bütün dünyanı iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi fürsətdən istifadə etməyə çağırır. Bəyanatda bildirilir ki, Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yaxınlaşdığı dövrdə Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının (The Afrihealth Optonet Association (AHOA) rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq, qlobal ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibi ölkə olan Azərbaycana ürəkdən dəstəyimizi ifadə edirik. Planetimizin üzləşdiyi ekoloji problemlərdən dərindən narahat olan AHOA COP29 rəhbərliyinin, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır. İqlim dəyişmələrinə qarşı mübarizəni aparmaq çox məsuliyyətli işdir. İqlim dəyişmələrinin təsirini azaltmaq, həssas icmaları, əhali qruplarını mühafizə etmək və ekosistemləri gələcək nəsillər üçün qoruyub saxlamaq üçün cəsarətli və qətiyyətli addımların tələb olunduğu kritik məqamdayıq. Bu baxımdan AHOA COP29 Prezidentinin və Azərbaycanın dialoqun, əməkdaşlığın və innovasiyaların təşviqində öhdəliyinin böyük əhəmiyyət kəsb etdiyini məmnuniyyətlə qeyd edir.
Qeyd edilir ki, Azərbaycanın zəngin mədəni irs və müxtəlif təbii landşaftları ilə təkcə əvəzolunmaz ekoloji sərvətlərin qoruyucusu deyil, həm də iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi uğrunda fəal müdafiəçi olduğuna inanırıq. “Üçlük-Missiya 1.5” kimi təşəbbüslər vasitəsilə Azərbaycan iqlimə davamlılıq sahəsində dayanıqlı inkişafa sarsılmaz sadiqliyini nümayiş etdirdi və COP28-də əldə olunan uğurların davamlılığını təmin etdi. AHOA Azərbaycanın COP29 zamanı iqlim dəyişmələri ilə bağlı danışıqlarda güclü konsensual nəticələr əldə edəcəyinə inanır.
“Vətəndaş cəmiyyəti üzvləri iqlim dəyişmələri ilə bağlı fəaliyyətdə mühüm rol oynayır, dəyişiklik üçün katalizator kimi çıxış edir və iqlim hərəkatlarına təkan verir. Yerli icmaların rəhbərlik etdiyi iqlimə uyğunlaşma layihələrindən tutmuş gənclərin bu sahədə təşviqat kampaniyalarına qədər vətəndaş cəmiyyəti təşkilatları məlumatlılığın artırılmasında, resursların səfərbər edilməsində və bütün səviyyələrdə dəyişikliklərə təkan verməkdə mühüm rol oynayır. Qlobal şəbəkə və araşdırma mərkəzi kimi AHOA COP29 Prezidentinin və Azərbaycanın mühüm qlobal əməkdaşlığa kömək etmək, iddialı öhdəliklər götürmək və hamı üçün daha dayanıqlı və ədalətli gələcəyə doğru kurs təyin etmək qabiliyyətinə tam əmindir”,-deyə bəyanatda vurğulanır ki, biz iqlimlə bağlı fəaliyyətin sürətləndirilməsi və planetimiz üçün daha parlaq sabahın qurulması səylərində COP29 Prezidenti, Azərbaycan və dünya üzrə vətəndaş cəmiyyəti təşkilatları ilə həmrəyik: “Gəlin, birlikdə iqlim dəyişikliyinə qarşı mübarizə aparaq, həm insanların, həm də təbiətin çiçəkləndiyi bir dünya yaratmaq üçün bu tarixi fürsətdən istifadə edək”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
27 Mart 11:26
Dünya
27 Mart 10:51
Dünya
27 Mart 10:14
Dünya
27 Mart 09:42
Dünya
27 Mart 09:20
Xəbər lenti
27 Mart 09:17
Dünya
27 Mart 08:56
Xəbər lenti
27 Mart 01:25
Dünya
26 Mart 23:35
Dünya
26 Mart 22:19
Hadisə
26 Mart 21:39
Dünya
26 Mart 20:17
Dünya
26 Mart 19:25
Dünya
26 Mart 18:42
Sosial
26 Mart 17:19
Dünya
26 Mart 16:20
Gündəm
26 Mart 16:04
Gündəm
26 Mart 16:02
Dünya
26 Mart 15:41
Analitik
26 Mart 15:30
Dünya
26 Mart 14:25
Dünya
26 Mart 13:28
Dünya
26 Mart 12:31
Gündəm
26 Mart 11:33
Dünya
26 Mart 11:25
Dünya
26 Mart 11:07
İdman
26 Mart 10:39
Dünya
26 Mart 10:12
Elm
26 Mart 09:45
Dünya
26 Mart 09:17
Dünya
26 Mart 08:50
İdman
26 Mart 08:31
Dünya
25 Mart 23:19
Dünya
25 Mart 22:26
Dünya
25 Mart 21:32
Dünya
25 Mart 20:26
Dünya
25 Mart 19:34
Dünya
25 Mart 18:11
Dünya
25 Mart 17:40
Sosial
25 Mart 17:15
Sosial
25 Mart 16:29
Dünya
25 Mart 15:16
Sosial
25 Mart 15:14
Dünya
25 Mart 14:31
Dünya
25 Mart 13:22
Gündəm
25 Mart 12:44
Sosial
25 Mart 12:40
İqtisadiyyat
25 Mart 12:17
Dünya
25 Mart 11:39
Gündəm
25 Mart 11:16
Dünya
25 Mart 10:53
İdman
25 Mart 10:25
Dünya
25 Mart 09:40
Dünya
25 Mart 09:12
Hadisə
25 Mart 08:52
Sosial
25 Mart 08:37
Dünya
24 Mart 23:34
Dünya
24 Mart 22:19
Dünya
24 Mart 21:32
Dünya
24 Mart 20:25
Hadisə
24 Mart 19:32
Xəbər lenti
24 Mart 18:19
Dünya
24 Mart 17:30
Dünya
24 Mart 16:41
Dünya
24 Mart 15:22
Xəbər lenti
24 Mart 14:59
Dünya
24 Mart 14:32
Dünya
24 Mart 13:40
Dünya
24 Mart 13:15
Dünya
24 Mart 12:47

