İcma etiraz edir
19.03.2024 [10:45]
Avropa Parlamentinin saxtakar deputatları...
N.BAYRAMLI
Avropa Parlamentinin Azərbaycana qarşı qərəzi davam edir. Məlumdur ki, martın 13-də təşkilatın “Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” adlı qətnamə qəbul etmişdi. Bunun ardınca isə, təşkilatın bir qrup üzvü Qarabağda “erməni irsi” ilə bağlı yalan, qərəz dolu müraciət qəbul ediblər. Əslində, Avropa Parlamentinin belə bir mövqeyi təəccüblü deyil. Çünki qurumun “erməni sevgisi” o qədər güclüdür ki, indiyə kimi bu tipli, Azərbaycanın əleyhinə dəfələrlə qətnamələr, qərarlar qəbul ediblər.
Görünən odur ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi islamafobiyanın, türkfobiyanın, irqçiliyinin məkanına çevrilmiş Avropa Parlamentinə rahatlıq vermir. Çünki onlar erməni lobbisinin və diasporunun əlində alətə çevrilmiş, siyasi korrupsiyaya uğramış siyasətçilərdir. Təşkilatın bir sıra nümayəndələrinə korrupsiya ittihamı irəli sürülməsi də hər kəsə məlumdur. 30 il işğalçı siyasət yürütmüş, yüzminlərlə azərbaycanlının doğma torpağında yaşamaq hüququnu pozmuş Ermənistanın Avropa İttifaqının üzvlüyünə təşviq edilməsi də acınacaqlı haldır. Bunu təşviq edən isə məhz Avropa Parlamentidir.
Avropa xalqlarının problemləri, qarşılaşdıqları çağırışlarla məşğul olmaq əvəzinə Avropa Parlamenti artıq tam şəkildə erməni lobbisinin, Azərbaycanofob, islamofob, şovinist və irqçi qüvvələrin qanuni təmsilçisinə çevrilib. Avropa Parlamentinin ötən illər ərzində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sözdə belə olsa tanımaqdan, dəstəkləməkdən inadla imtina etməsinin dəfələrlə şahidi olmuşuq. Lakin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı aparılan indiki kampaniya Avropa Parlamentinin artıq riyakarlığı və ikiüzlülüyü də bir kənara qoyaraq, Azərbaycana qarşı birmənalı şəkildə hücuma keçdiyini göstərir. Lakin bu qüvvələr unutmamalıdır ki, Azərbaycan güclü dövlətdir və bu cür qətnamələrlə ölkəmizə hansısa təzyiq etmək mümkün deyil. Əslində, Avropa Parlamentinin son qətnaməsi, eləcə də sözügedən müraciət kağız parçasından başqa bir şey deyil.
Təbii ki, onların böhtanları cavabsız qalmır, dövlətimiz təşkilatın bu qərəzinə qarşı öz mövqeyini ifadə edir. Bundan başqa, ictimai təşkilatlar da öz mövqelərini ifadə edirlər. Yeri gəlmişkən, Qərbi Azərbaycan İcmasının təşkilatın üzvlərinin davranışları ilə bağlı bəyanat verib. Bəyanatda bildirilib ki, Avropa Parlamentinin bir qrup korrupsioner və irqçi deputatı mədəni irsin qorunması bəhanəsilə Azərbaycana şər atıb və onun daxili işlərinə qarışmağa cəhd edib. Parlamentarilər öz müraciətlərində bütün xalqların irsini ehtiva edən “ümumdünya mədəni irsi” kimi universal ifadələrdən deyil, dini xətlər üzrə ayırıcı ifadələrdən istifadə edib və müstəsna olaraq, erməni irsindən danışıb. “Hamıya məlumdur ki, Ermənistan öz ərazisində və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində azərbaycanlılara məxsus mədəni irsi sistematik və kütləvi şəkildə dağıdıb. Ermənistan ərazisində 300 məscid, yüzlərlə məzarlıq, çoxsaylı digər mədəni abidə yer üzündən silinib. Ermənistan oradakı Azərbaycan mədəni irsinin vəziyyətinin monitorinqi məqsədilə UNESCO missiyasının səfərinə imkan vermir”-, deyə bəyanatda qeyd olunub.
Vurğulanıb ki, Avropa Parlamentinin saxtakar deputatları Azərbaycana qara yaxmaq və dini əsaslarda nifaq yaratmaq əvəzinə, UNESCO missiyasının Ermənistana səfərinin həyata keçirilməsi, oradakı Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün səylər göstərməli və ən əsası, Ermənistandan qovulmuş 300 min Qərbi azərbaycanlının öz yurdlarına qayıtmasına dəstək verməlidir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08

