Rusiyada prezident seçkiləri...
19.03.2024 [11:02]
Qalibin inaqurasiya mərasimi mayın 7-nə təyin olunub
Martın 17-si Rusiya Federasiyasında prezident seçkilərinin sonuncu günü oldu. Qeyd edək ki, səsvermə prosesi Rusiyadan kənarda martın 1-də başlayıb. Ölkə ərazisində məntəqələrdə səsvermə isə martın 15-də start götürmüşdü. Ali kürsü uğrunda dörd namizəd - Vladimir Putin, Vladislav Davankov, Leonid Slutski və Nikolay Xaritonov mübarizə aparıb.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən prezident seçkilərində bülletenlərin hamısı hesablanıb. Son məlumata görə, ölkənin hazırkı prezidenti Vladimir Putin 87,34 faiz səslə irəlidədir. Digər namizədlər - Nikolay Xaritonov 4,30 faiz, Vladislav Davankov 3,83 faiz, Leonid Slutski 3,21 faiz səs toplayıblar. “Exit-pol”un nəticələri də təxminən üst-üstə düşüb.
Ölkə üzrə seçki fəallığı 74,22 faiz olub, elektron səsvermədə seçicilərin 94 faizi iştirak edib. Seçki prosesinə maneə yaradılması ilə bağlı 61 cinayət işi, 155 inzibati iş açılıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə xaricində 372 mindən çox vətəndaşın səs verdiyini bildirib.
Rusiyada prezident seçkilərində seçicilərin 77,44 faizinin (87,1 milyon nəfər) səsvermədə iştirak etməsini Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ölkənin ən yeni tarixində rekord göstərici hesab edib. Əvvəlki rekord 1991-ci ildə qeydə alınıb. O zaman seçicilərin 74,66 faizi səsvermədə iştirak edib.
Ella Pamfilova deyib ki, Rusiyada keçirilən növbəti prezident seçkilərini 129 ölkədən 1115 xarici müşahidəçi izləyib. O, həmçinin bildirib ki, ötən gün ərzində MSK-nın saytına 12 600 təhlükəli müdaxilə və dörd DDoS-hücum qeydə alınıb. Pamfilovanın sözlərinə görə, distant elektron səsvermə resurslarına 280 minə yaxın haker hücumunun qarşısı alınıb.
E.Pamfilova, həmçinin xatırladıb ki, seçkilərin rəsmi nəticələri martın 21-də elan olunacaq. Yeni seçilən prezidentin inauqurasiyası isə mayın 7-ə təyin olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

