"Xaricdə təhsil almaq istəyən şəxslər bu sahə üzrə araşdırmaçı olmalıdırlar"
19.03.2024 [12:16]
Hər il ölkəmizdə yüzlərlə gənc təhsil almaq üçün xarici ölkələrə üz tutur. Bəzən böyük arzularla çıxdıqları bu yol mənfi nəticələrlə sonlanır. Bir çox gənclər universitetə daxil olur, imtahanlarda iştirak edib diplom alandan sonra, diplomların tanınmaması problemi ilə üzləşirlər.
Təhsil üzrə ekspert Elçin Əfəndiyev "Yeni Azərbaycan"- a açıqlamasında bildirir ki, ölkəmizdə diplomun keçərli sayılması üçün məzunlar birinci növbədə qanuni əsasla qəbul olunduğları ixtisaslar üzrə biliklərə sahib olmalıdırlar: "Hansı xarici ölkədə təhsil alırsa, həmin ölkənin biliyi üzrə təhsili yoxlanılmalıdır.
Təhsil alan şəxs həmişə hazırlıqlı olmalıdır. Eyni zamanda təhsil aldığı universitet reytinqdə yer qazanmalıdır. İxtisas seçmək üçün ölkəmizdə müəyyən agentliklər fəaliyyət göstərir ki, onların seçimində də maksimum diqqətli olmaq məsləhət görülür".
Qeyd edək ki, həmin qurumlar xaricdə təhsil alan şəxslərin göndərdiyi sorğunu yoxlayır və uyğun ölkələrə istiqamətləndirir.
Ekspert açıqlamasında bildirir ki, "xaricdə təhsil" adı altında vətəndaşı aldadaraq fərqli-fərqli ölkələrə göndərilən və yekunda da diplomları tanınmayan kifayət qədər tələbələr var. Bununla bağlı da xüsusilə diqqətli olunmalıdır. Hər il müvafiq dövr ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə diplomların tanınması ilə bağlı sorğular göndərilir. Onların demək olar ki, yarıdan çoxunun diplomu tanınmır və bu barədə statistik məlumatlar da həmin agentlik tərəfindən verilir. Ona görə də bu vəziyyətlə üzləşməmək üçün təhsil almaq istəyən şəxslər araşdırmaçı olmalı, bu günü təhlil etməli, mütəxəssis rəyi almalıdırlar".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxGündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00

