Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərdoğan "Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında" hökumətlərarası sazişi təsdiqləyib

Ərdoğan "Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında" hökumətlərarası sazişi təsdiqləyib

05.04.2024 [12:20]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” hökumətlərarası sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanın mətni “Resmi gazete” qəzetində dərc olunub.

Sənədə əsasən, üç ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: mal və xidmət ticarəti, enerji, kənd təsərrüfatı, qida və heyvandarlıq, tikinti sektoru, o cümlədən maşın, avadanlıq və materialların istehsalı, maşınqayırma və avtomobil istehsalı, kimya və tekstil sənayesi, nəqliyyat və logistika, maliyyə sektoru və investisiya.

Bundan əlavə, saziş Azərbaycan, Türkiyə və Türkmənistan arasında tibbi xidmətlər və texnologiyalar, əczaçılıq sənayesi, turizm, kiçik və orta biznesin inkişafı, kompüter, informasiya və kommunikasiya texnologiyaları, kosmik sektor və aerokosmik sənaye, eləcə də poçt xidmətləri sahəsində uzunmüddətli əməkdaşlığın inkişafını nəzərdə tutur.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30