Ermənistanın “uğuru”na sevinən Kərimli...
07.04.2024 [09:45]
AXCP sədri Əli Kərimli “adı var, özü yox” durumda olan patiyasının acınacaqlı vəziyyətindən qayğılanmaq və bundan xəcalət çəkmək əvəzinə, sosial şəbəkə hesabında, eləcə də ayrı-ayrı auditoriyası məhdud olan internet televiziya kanallarında, necə deyərlər, atını dörd nalla çapır. O elə hey əsası olmayan cəfəngiyyatlar danışır və daha çox da Azərbaycanın milli maraqlarını hədəfə alır, yalanlarla ölkəmizin imicinə xələl gətirməyə çalışır, düşmən dəyirmanına su tökür. Təbii ki, o bunları özbaşına etmir. Artıq hər kəsə bəllidir ki, redikül cameədə yer alanların bir çoxu kimi, Əli Kərimli də Qərbdəki Azərbaycanofob dairələrlə sıx bağlıdır və onlarla koordinasiyalı şəkildə çabalamalar ortaya qoyur. Aldığı tezisləri öz adından səsləndirmək və yaxud paylaşmaq onun bağlı olduğu dairələr qarşısında götürdüyü öhdəlikdir.
Belə görünür ki, indi AXCP sədrinə “Azərbaycandakı rəngarəng siyasi konfiqurasiyanı qaralamaq, demokratik mühitə kölgə salmaq” tapşırığı verilib. Və o da ləbbey deyərək yenidən demokrat cildinə bürünüb. Son günlərdə ölkəmizin siyasi gündəliyində müzakirə olunan mövzulardan biri ABŞ-ın Dövlət katibi Antoni Blinkenin 5 aprel görüşü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevə telefon açmasıdır. Bu, əslində, ölkəmizin və onun Liderinin artan nüfuzunun təsdiqidir. Redikül müxalifətin təmsilçiləri, o cümlədən də Əli Kərimli isə telefon danışığında toxunulan bütün aktual məsələləri yaddan çıxararaq ABŞ rəsmisinin insan hüquqları məsələsinə diqqət çəkməsinə fokuslanırlar. Bu xüsusda, Azərtacın Prezidentin mətbuat xidmətilə müsahibəsində ətraflı bəhs olunub. Müsahibədə Prezidentin mətbuat xidməti etiraf edib ki, telefon danışığı zamanı həqiqətən də Azərbaycanda insan hüquqlarının vəziyyəti müzakirə olunub. Mətbuat xidmətinin açıqlamasından məlum olub ki, Blinkenin “əsassız həbs edilənlərin azad edilməsi” çağırışına İlham Əliyev cavab verib. Sitat: “Bu xüsusda, dövlətimizin başçısı Dövlət katibi Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu konteksdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib”.
Cavab Azərbaycan Prezidentinin dialoqa açıq olmasını və qətiyyətini ortaya qoyur. Əli Kərimli kimi partiya “liderləri” isə bunu ucuz təbliğat vasitəsinə çevirməyə çalışırlar. Ancaq Əli Kərimlinin belə özünütəbliğatı onun “qara piar”ından başqa bir şey deyil.
AXCP sədri qeyd etdiyimiz platformalarda “siyasi məhbus” mövzusunu qabardaraq özünü həbsə alınan jurnalistlərin canıyananı kimi göstərməyə çalışır, onların azadlığa buraxılmasını istəyir. Ona xatırlatmaq istərdik ki, hüquq prinsiplərinin pozulması heç bir halda “demokratiya təzahürü” kimi qəbul edilə bilməz. Bəlli jurnalistlərin həbsə alınmalarının səbəbləri açıqlanıb. Onlar o halda azadlığa buraxıla bilərlər ki, günahsız olduqlarını, cinayət törətmədiklərini isbatlasınlar. Burada Əli Kərimlinin sinəsini qabağa verməsi heç bir önəm daşımır.
Əli Kərimli iddia edir ki, Ermənistanda siyasi məhbus yoxdur. Bir anlığa bunun doğru olduğunu xəyali də olsa təsəvvür edək. Yenə də AXCP sədrinin sevincəkliyinin motivı başa düşülmür. Görəsən o, düşmən ölkənin “uğuru”nu hansı məntiqdən çıxış edərək alqışlayır?
MÜBARİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

