Paşinyan - Makron cütlüyünün yeni “Paris sərgüzəşti”
10.12.2024 [08:51]
Makronun “fitvasına” gedən Paşinyan Noterdamda “günah çıxarır”
Fransanın vəziyyəti daha kritikdir, Ermənistanın isə hələ də şansı var - sülhü imzalasa...
“Qapı ağzında” söhbətləşmədən “gözləntilər”...
Gələn ilin yanvarından etibarən Donald Trampın prezident kimi səlahiyyətlərinə başlaması ilə demək olar ki, dünyanın əksər nöqtələrində yeni siyasi münasibətlər sistemi meydana çıxacaq. Xüsusilə, son 4 ildə Avropada baş verənlərin “məcrası” dəyişəcək, yeni iqtisadi inteqrasiyaya start veriləcək. Bu yeni situasiyada yer almaq üçün isə çoxları can atır. “Andiçməyə” cəmisi bir ay qaldığı üçün hər kəs sonuncu “kartını” oyuna daxil edir...
Paşinyan çıxış yolu axtarır...
Bir neçə gündür ki, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın Parisdə Fransa prezidenti Emmanuel Makron ilə birgə Donald Trampla “SÖHBƏTLƏŞməsindən” yazır. Fərqləndirməni o səbəbdən aktual hesab etdik ki, bu, görüş deyildi - hətta Ermənistan mətbuatı belə təsdiqləyir ki, bu, sadəcə ayaqüstü söhbətləşmə olub. Bu “ayaqüstü” və ya “qapıağzı” söhbətləşməni isə Ermənistanın hökumət başçısı tələm-tələsik özünün sosial şəbəkə hesabında yayıb - məsələnin əsl mahiyyəti burada açılır...
Əsas olan bu “söhbətləşmədən” Paşinyan-Makron cütlüyünün gözləntiləridir. Təbi ki, bu “ittifaq” proseslərin gedişini görür və dəyərləndirir. Aydın şəkildə başa düşürlər ki, proses heç də onların istədiyi məcrada inkişaf etmir. Bayden administrasiyasının alətinə çevrilmiş hər iki dövlət başçısı prosesin gedişini dəyişə bilməsələr də, özlərinin “situasiyalarını” dəyişməyə çalışırlar...
Makron “öz ipini çəkdi” - uçurumun bir addımlığında...
Emmanuel Makronun isə ölkəsində düşdüyü durum yuxarı-aşağı bəllidir - prezident istefanın demək olar ki, bir addımlığındadır. Bu ilin büdcə qanunu qəbul edilməyəcəyi təqdirdə - çox güman ki, edilməyəcək çünki büdcənin qəbuluna qədər hələ yanvarda maliyyə idarəçiliyi ilə bağlı xüsusi qanun qəbul edəcək Fransa parlamentinin yeni ildən sonrakı ilk işi Makronun istefası məsələsini gündəmə gətirmək və buna nail olmaq olacaq. Təxminən II Dünya müharibəsindən sonra ilk dəfədir ki, ölkə bu cür maliyyə defoltu təhlükəsi yaşayır - Makronun səbəb olduğu situasiya dövlətin sonunu yaxınlaşdırır.
Makronun “kreslosu”nun laxlaması onun siyasi fəhminin minimal səviyyədə olması ilə də bağlıdır. ABŞ-dakı prezident seçkiləri öncəsi siyasi etikadan kənar olaraq demokratların namizədi Harrisin “seçiləcəyi” ilə bağlı “proqnozlar verən”, siyasətini bu istiqamətdə quran Makron ən sonda Rusiya - Ukrayna müharibəsinə münasibətdə “öz ipini çəkdi”. Baydenin “raket toru”na düşən Makron qlobal müharibəni daha da qızışdırmaq, daha aktiv fazaya daşımaq üçün bütün mümkün vasitələrə əl atdı - Ukraynaya raket və bu raketin Rusiyanın dərinliklərninə atmaq üçün icazə verdi. Hətta əsgər göndərəcəyini vəd etdi. Zaman göstərdi ki, Makron yenə də “divara” tuş gəlib.
Makron ölkəsinin Aİ-dəki dayaqlarını da zəiflətdi. Təsadüfi deyil ki, Avropa Komissiyasının tərkibi müəyyənləşən zaman yalnız Fransa ilə bağlı (Tyeri Bretonun adının siyahıdan çıxarılması) qalmaqal yaşandı. Fakt odur ki, Almaniya hazırda Aİ-də və ümumən Avropa məkanında əsas söz sahibi və ABŞ-ın ən yaxın müttəfiqi kimi təqdim olunur. Rusiya ilə mümkün sülh danışıqlarını da Almaniya həyata keçirir. Hətta digər bölgələrlə bağlı kollektiv Qərbin “yeni səfiri” qismində Berlin çıxış edir. Bu isə Fransanın açıq şəkildə “prosesdən kənarda” qaldığını göstərir.
Parislə bərabər, İrəvan da çıxılmaz durumdadır...
O ki qaldı Paşinyana, özünə umac ova bilməyən Makron Ermənistan hökumət başçısını Parisə gətirtməklə ona “əriştə kəsmək” istəyir. Bayden administrasiyasının “yağlı vədlərinə” uyaraq Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya coğrafiyasında destruktivlik yaratmaq eşqinə düşən Paşinyan üçün sonuncu “xilas planı” axtarılır. Sülhü ləngitməklə mühüm ticari imkanların perspektivini yubadan Paşinyan səhvini başa düşüb - o, qarşıdakı dövrün “yeni iqtisadi - ticari münasibətlər nizamının yaranma mərhələsi” olduğunu artıq anlayıb. Ermənistan bu günə qədər Bayden administrasiyasının və Makronun şəxsi səyi nəticəsində yeni nizamda pozucu mövqedə “qərarlaşmışdı”.
Bayden administrasiyasının Ukrayna “cəbhəsində” gözləntiləri də effekt vermədiyi üçün onun ətrafında formalaşan sözdə “dəstəkçi qrup” da seyrəlməyə başlayıb. G20-nin Rio de - Janeyro toplantısında Almaniyanın açıq dillə anti-müharibə çağırışına sərt reaksiya verən Makron səhvini anlayıb və düşdüyü durumu Paşinyanın əli ilə düzəltməyə niyyətlənib - bu baxımdan, Fransa ilə yanaşı Ermənistan da “hədəfdədir”.
Proseslər onu göstərir ki, artıq qlobal problemlər lokal maraqlar və ya aqressiv hikkələr kontekstində həll edilməyəcək - Trampın həm seçkiqabağı kampaniya vaxtı söylədikləri, həm də prezident seçkilərindən sonra gələcək fəaliyyəti ilə bağlı açıqlamalarından belə nəticəyə gəlmək olar ki, ABŞ yeni dövrdə qarşılıqlı iqtisadi-ticari maraqlara üstünlük verəcək. Beləliklə, “soyuq emosiya” öz yerini “isti tərəfdaşlığa” vermək üzrədir.
Paşinyan da erməni xislətinə uyğun olaraq, özünü prosesə pərçimləmək istəyir. Fürsət isə Trampla birgə eyni tədbirdə iştirak etmək idi - erməni baş nazir qapı ağzında da olsa ABŞ-ın yeni prezidenti ilə foto çəkdirərək özünü kompensasiya etməyə çalışır.
“5 aprel” razılaşmasını “xilas etmək” üçün....
Vurğulandığı kimi, Makron həm də Aİ daxilində itirdiyi nüfuzunu bərpa etməyə çalışır. Burada da Ermənistan faktorundan vasitə və ya alət kimi istifadə olunur - siyasi mütəxəssislərin fikrincə, Paşinyanın Parisə dəvət olunmasının əsas səbəbi bu il imzalanan məşhur “5 aprel” razılaşmasının yarı yolda qalmaması üçündür. Bəlli olduğu kimi, Aİ - ABŞ - Ermənistan tərəfindən imzalanan sənədin Avropa üzrə “icraçısı” qeyri-rəsmi olaraq Fransadır. Başqa sözlə, bu sənədin gətirəcəyi “dividendlərə” Paris nəzarət etməli idi. Makron dəqiq hesablayıb ki, Tramp administrasiyası Baydendən qalan “mirasları” “qeyri-legitim” sayacaq və bu sənəd də ciddi qəbul olunmayacaq. Bu mənada “5 aprel” razılaşmasını analoji aqibət gözləyir. Hətta Qərb siyasətçiləri etiraf edirlər ki, Fransa hazırda Aİ daxilində reputasiyasını möhkəmləndirmək üçün hər şeyə hazırdır - çünki, bu, Makronun özünün şəxsi xilası üçün də yeganə yol sayılır. Ölkəsində impiçmentlə üz-üzə qalan, istefanın bir addımlığında dayanan Makronun çıxış yolu Aİ daxilində önə çıxmaq, fransız cəmiyyətinin etiraz səsini bu “arqumentlə” qısmaqdır. Əks halda...
Beləliklə, Paşinyan-Makron cütlüyünün yeni “Paris sərgüzəşti”nin əsas məqamları yeni dövrdə özləri üçün “yer müəyyən” etməkdən ibarətdir. Makronun vəziyyəti daha kritik görünür - Ermənistanın isə hələ də şansı var. Şərtlərə əməl etməklə və sülhə imza atmaqla Cənubi Qafqazın ümumi inkişaf tempinə qoşulacaq İrəvan bu yolla həm özünün dövlətçiliyini xilas edə bilər, həm də Fransanın boyunduruğundan xilas olma ehtimalı yaranar...
PƏRVİZ SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
26 Yanvar 00:39
İdman
25 Yanvar 23:45
Hadisə
25 Yanvar 23:18
Dünya
25 Yanvar 22:51
Dünya
25 Yanvar 22:29
Sosial
25 Yanvar 21:47
Dünya
25 Yanvar 21:16
Analitik
25 Yanvar 20:52
Dünya
25 Yanvar 20:26
Hərbi
25 Yanvar 19:51
Sosial
25 Yanvar 19:24
Hərbi
25 Yanvar 18:45
Dünya
25 Yanvar 18:13
Xəbər lenti
25 Yanvar 18:06
Sosial
25 Yanvar 17:54
Hadisə
25 Yanvar 17:22
İdman
25 Yanvar 16:49
Dünya
25 Yanvar 16:18
Xəbər lenti
25 Yanvar 15:46
Hadisə
25 Yanvar 15:17
Dünya
25 Yanvar 14:56
İdman
25 Yanvar 14:25
Dünya
25 Yanvar 13:54
Sosial
25 Yanvar 13:27
Elanlar
25 Yanvar 13:26
Siyasət
25 Yanvar 13:24
Dünya
25 Yanvar 13:22
Mədəniyyət
25 Yanvar 12:51
Hadisə
25 Yanvar 12:20
Siyasət
25 Yanvar 11:52
Dünya
25 Yanvar 11:38
Gündəm
25 Yanvar 11:17
Siyasət
25 Yanvar 10:54
İqtisadiyyat
25 Yanvar 10:39
Siyasət
25 Yanvar 10:15
Analitik
25 Yanvar 09:54
Dünya
25 Yanvar 09:31
Dünya
25 Yanvar 09:15
Ədəbiyyat
25 Yanvar 08:57
Ədəbiyyat
25 Yanvar 08:35
Dünya
25 Yanvar 07:53
Dünya
24 Yanvar 23:47
İdman
24 Yanvar 23:31
Sosial
24 Yanvar 23:19
Dünya
24 Yanvar 22:54
Dünya
24 Yanvar 22:36
Dünya
24 Yanvar 22:13
İdman
24 Yanvar 21:53
Xəbər lenti
24 Yanvar 21:34
Dünya
24 Yanvar 21:11
Elm
24 Yanvar 20:55
Xəbər lenti
24 Yanvar 20:38
İqtisadiyyat
24 Yanvar 20:34
Dünya
24 Yanvar 20:19
Dünya
24 Yanvar 19:57
İdman
24 Yanvar 19:32
Sosial
24 Yanvar 19:17
Siyasət
24 Yanvar 18:48
Siyasət
24 Yanvar 18:41
Hadisə
24 Yanvar 18:28
Dünya
24 Yanvar 17:48
Dünya
24 Yanvar 17:32
Dünya
24 Yanvar 17:19
Dünya
24 Yanvar 16:46
İdman
24 Yanvar 16:15
İqtisadiyyat
24 Yanvar 15:56
Dünya
24 Yanvar 15:48
Siyasət
24 Yanvar 15:39
İqtisadiyyat
24 Yanvar 15:29
Dünya
24 Yanvar 15:14