350 milyard nəyə, necə, nə zaman xərcləndi?
22.02.2025 [11:41]
Vaşinqton Kiyev üzərindən korrupsiya faktı aşkarlayıb
Zelenski məsuliyyəti üzərindən atır, Bayden zərbə altındadır
Ukraynadan sonra Ermənistan da hesabat verməli olacaq?
Ukraynada müharibənin bitirilməsinə hədəflənən proses bəzi mətləblərin də üzərinə işıq salmağa başlayıb. Belə ki, ötən 3 il ərzində Ukraynaya edilən yardım müzakirə predmetinə çevrilib. Ən maraqlı hal isə ondan ibarətdir ki, yardım verən tərəf ilə alan tərəf arasında səslənən rəqəmlər bir-birindən kəskin dərəcədə fərqlənir. Bəlli olduğu kimi, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya təxminən 350 milyard dollar yardım ayırıb, lakin bu vəsaitlərin xərclənməsi ilə bağlı hesabatların olmaması narahatlıq doğurur: “Prezident Zelenski ötən həftə bildirdi ki, ABŞ-ın Ukraynaya ayırdığı vəsaitin yarısını belə almayıb. Biz Kiyevə, görünür, 350 milyard dollar ayırmışıq. Ola bilər ki, bir qədər az, amma bu, böyük məbləğdir. Bəs bu pullar haradadır? Hara gedib? Mən bu barədə heç bir hesabat görməmişəm”, - deyə Tramp vurğulayıb.
Tramp 350 milyardın hesabını aparır, Zelenski “görmədim” deyir...
Prezident Zelenski isə tamam fərqli rəqəmlərlə danışır. Belə ki, o ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasının Kiyevə yardım üçün ayırdığı milyardlarla dolların hara getdiyini bilmədiyini etiraf etsə də, miqdarın 350 milyard olmadığını bildirib. Hətta o, ABŞ-ın Ukrynaya 177 milyard dollar yardım ayırdığı ilə bağlı xəbər eşitdiyini, bu pulun yarıdan çoxunu görmədiyini deyib. Zelenski Ukraynanın cəmi 75 milyard dollar aldığını təsdiqləyib. “Ukraynanın müharibə zamanı ordunu dəstəkləmək üçün 200 milyard aldığı doğru deyil. Bütün bu pulların hara getdiyini bilmirəm”, - Zelenski bildirib.
Belə olan məqamda Ukraynaya ayrılan maliyyə yardımı ilə bağlı şəffaflıq məsələsi yenidən gündəmə gəlir. Tramp isə bu məsələdə israrlı görünür - “Ukrayna ABŞ-ın pulunun hara getdiyini izah etməlidir və ya onu qaytarmalıdır” - deyən yeni prezident, Zelenski ilə paralel olaraq keçmiş administrasiyanı da “fakt qarşısında qoyur...
Ukraynada “yuyulan” pullar və Hanterin “əfv”i...
Haşiyəyə çıxaraq Trampın inauqurasiya mərasimindəki çıxışına diqqət yetirsək, orada maraqlı bir məqama rast gələ bilərik. Belə ki, yanvarın 20-də 47-ci prezident kimi and içən zaman Tramp nitqində bir sıra məsələlərə toxunmaqla yanaşı, əvvəlki administrasiyanın - Bayden komandasının bütün çirkin fəaliyyətini də ifşa etmişdi. O, əvvəlki komandanın ölkədə formalaşdırdığı radikal və korrupsioner quruluşu pisləmişdi. Xalqa müraciətində Tramp keçmiş hökuməti dövlətin əsas təsisatlarına etinasızlıq göstərərək vətəndaşlardan güc və sərvət qoparmaqda ittiham etmişdi. Paralel olaraq bildirək ki, Bayden prezidentliyinin son günlərində oğlu Hanter Bayden haqqında əfv sərəncamı imzalamışdı. Hanter Baydenə vergidən yayınma da daxil olmaqla 9 ittiham irəli sürülmüşdü və o, məhkəmədə təqsirli bilinmişdi. İttihamlar arasında Ukranya ilə bağlı məqam da yer alırdı. Belə ki, Hanter Ukraynada bəzi fəaliyyətlərlə yadda qalmışdı və onun korrupsiya əməliyyatı apardığı barədə mülahizələr vardı - hətta Bayden prezident seçildiyi dövrdə Tramp bu məsələlərin açılması ilə bağlı Ukrayna tərəfinə müraciət etsə də, ona cavab verilməmişdi.
Bayden komandasına açıq ittiham...
İndi isə vəziyyət dəyişib - ortada müzakirəsi aparılan məbləğ olduqca böyükdür. Zelenski anlayır ki, gec-tez postunu təhvil verdikdən sonra mütləq şəkildə bu ittihamlara cavab verməli olacaq və 350 milyard dolların hesabatı ondan tələb ediləcək. Bu baxımdan, Zelenski işini indidən ehtiyatlı tutur:
- Məbləği 75 milyarda qədər “azaltmaqla” məsuliyyəti bölüşür;
- Tramp hakimiyyətinə Bayden administrasiyasına qarşı korrupsiya ittihamını tam şəkildə gerçəkləşdirmək üçün olduqca mühüm bir əsas verir;
- Ukrayna müharibəsinin davam etməsində israrçı olan tərəflərin əsl maraqlarını ortaya qoyur - Bayden administrasiyası hansı yolla olursa olsun, bu müharibəni sona qədər aparacaqlarını bildirirdilər.
Beləliklə, Tramp Ukraynadakı korrupsiya şübhəsini daxili arenaya daşımaq imkanı əldə edir. Onsuz da bu, Baydenə yaxın siyasətçilərə qarşı yönəldilən və təsdiqlənən ilk ittiham olmayacaq - Demokratlar Partiyasının aparıcı senatorlarından biri sayılan, Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri olmuş Bob Menendez də korrupsiya ilə həbsə alınıb. O, Misir və Nyu-Cersi iş adamlarından siyasi güzəştlər müqabilində, qızıl külçələr də daxil olmaqla, rüşvət aldığı üçün 11 il həbs cəzasına məhkum edilib. Beləliklə Bayden komandasının aparıcı simalarının Ukrayna üzərindən də belə oyunlar oynaması ehtimalı da ola bilər. Bu isə hər bir halda Trampın işinə yarayacaq - bir tərəfdən özünün cəmiyyətdəki imicini artıracaq, digər tərəfdən Ukrayna müharibəsində ABŞ-ın (dolayısı ilə Baydenin) maraqlarının nədən ibarət olmasının əsl mahiyyətini xalqına çatdıracaq və nəhayət, gələcək seçkilər üçün dividend qazanacaq. Ən əsası isə Tramp birmənalı qəbul edilməyən addımlarını əsaslandıracaq - burada əsas diqqət USAID ilə bağlı məsələyə yönəlməlidir.
USAID-in Ermənistandakı korrupsiya çəmbəri...
USAID-i xatırlatmaqda məqsədimiz var. Bilindiyi kimi, Tramp hakimiyyətə “qədəm qoyduğu” ilk günlərdə imzaladığı fərmanla USAID-in layihələri dayandırılıb. Aparılan araşdırmalarda isə USAID-lə bağlı mühüm korrupsiya faktları tapılıb. Burada bir məqam xüsusilə vurğulanmalıdır - Ukrayna kimi, Ermənistan da USAID-in külli-miqdarlı vəsaitlərinə “qonaq” edilib. Ümumiyyətlə, USAID-in fəaliyyətində hər zaman “ermənipərəstlik” qırmızı xəttlə keçib. Qeyd edək ki, ötən ilin iyul ayında USAID-in rəhbəri Samanta Pauer Ermənistana səfər etmişdi. Səfər zamanı təşkilatın Ermənistanda “Amazon web service” ilə hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar ayırdığı bildirilmişdi. S.Pauer USAID Ermənistanın informasiya texnologiyaları sektoruna daha 2,4 milyon dollar ayıracağını da elan etmişdi. USAID rəhbəri 2023-cü ildə də Ermənistana səfər edib və səfər zamanı Qarabağı könüllü tərk edən ermənilərlə görüşərək Azərbaycanın əleyhinə fikirlər səsləndirmişdi. Təşkilat bununla da kifayətlənməyib. Ötən ilin sentyabrında USAID Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını elan etmişdi. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, bu vəsaitlər “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək”di. Başqa sözlə, bu vəsaitləri də Ukraynada olduğu kimi “qaytarılması” və “gözlə görülməsi” mümkün olmayan sahələrə yönləndiriləcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50

