Dünya AŞPA zalından ibarət deyil...
15.04.2025 [11:05]
Bu qurumun prezidenti ölkəmizə niyə böhtan və qərəz nümayiş etdirir?
Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır. Dövlətimiz xarici siyasət kursunda beynəlxalq təşkilatlarda təmsilçiliyə və fəal əməkdaşlığa da böyük önəm verir. Bunun nəticəsidir ki, hazırda respublikamız həm geniş İslam dünyasında, həm də Avropa məkanında müxtəlif beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.
Ölkəmiz hər zaman dünyanın nüfuzlu təşkilatları ilə sıx əlaqələr qurmağa çalışıb. Bu baxımdan, Avropa Şurası da istisna olmayıb. 2001-ci ildə bu təşkilata tamhüquqlu üzv olduqdan sonra Azərbaycan Avropa Şurası ilə səmərəli əməkdaşlığa üstünlük verib. Nümayəndə heyətimizin fəaliyyətində ən əsas məsələ bu beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması olub. Lakin hər zaman Avropa parlamentarilərinin ikili standartları ilə üzləşmişik. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra müəyyən beynəlxalq dairələr ölkəmizə qarşı hücuma keçiblər. Bu “hücumlar” beynəlxalq hüququn və ədalət prinsiplərinin açıq-aşkar pozulması şəraitində baş verir. Hadisələr göstərir ki, Avropa Şurası Parlament Assambleyası da özünün “erməni sevgisi” naminə Avropa dəyərlərini tapdalayır. Ötən ilin yanvarında Azərbaycanın nümayəndə heyətinin mandatı ilə bağlı qəbul olunan qərar da buna misaldır.
AŞPA-da acınacaqlı vəziyyət hökm sürür
Lakin Azərbaycan güclü dövlətdir və onunla heç bir qüvvə diqtə ilə danışa bilməz. AŞPA-nın ədalətsiz qərarına cavab olaraq ölkəmizin nümayəndə heyəti də qurumdakı fəaliyyətini dayandırdı. Görünən odur ki, təşkilat ölkəmizə qarşı qərəzini hələ də davam etdirməkdə qərarlıdır. Belə ki, bugünlərdə AŞPA prezidenti Teodoros Rusopulosun “Alpha News” mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə irqi ayrı-seçkilik, ölkə hakimiyyəti ilə bağlı böhtan və qərəzlə dolu fikirləri də bunun göstəricisidir.
Azərbaycanın Xarici İşlər Nazirliyi isə Teodoros Rusopulosun Azərbaycanın əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edərək pisləyib. Məsələ ilə bağlı nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, dialoqa açıqlığımızı nümayiş etdirməyimizə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur. Onun sözlərinə görə, AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə xalqımızın haqlı nifrətini qazanıb: “Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət Avropa Parlamentində də mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqeyimizə gəldikdə, Azərbaycanın məhkəmənin hakimlərinin seçimlərində iştirak etmədiyi nəzərə alınmaqla, onların qəbul etdiyi qərarların Azərbaycan tərəfindən icra olunmasını tələb etmək absurddur. Bu şəraitdə məhkəmənin qərarlarının yerinə yetirilməsi mümkün deyil”.
Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvü kimi Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. “Rusopulos Azərbaycana soxularsa, rədd ediləcək”,-deyə XİN rəsmini xəbərdarlıq edib.
İcma: Rusopulos kimi irqçilərin AŞPA-da təmsil olunmaları insan hüquqları anlayışına təhqirdir
Qərbi Azərbaycan İcması da AŞPA prezidenti Teodoros Rusopulosun Azərbaycan barədə ifadə etdiyi irqi ayrı-seçkilik, böhtan və qərəzlə dolu fikirlərini sərt şəkildə qınayıb. İcma hesab edir ki, T.Rusopulosun məsuliyyətsiz danışığı bir daha AŞPA-nın mənəvi iflasını göstərir. Bildirilib ki, AŞPA regionda ən böyük insan hüquqları pozuntusu olan, bir milyondan çox azərbaycanlının Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmasına biganə qalıb. Qurum özünün anti-Azərbaycan mahiyyətini və xalqımıza qarşı irqçi yanaşmasını Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etməsindən sonra açıq şəkildə ortaya qoyub.
İcma bəyan edib ki, Azərbaycanın otuz illik işğala son qoymasına və beləliklə 700 mindən artıq azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtması imkanı əldə etməsinə “kədərlənən”, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququna faktiki olaraq qarşı çıxan Rusopulos kimi irqçilərin AŞPA-da təmsil olunmaları insan hüquqları anlayışına təhqirdir: “Hazırda mövcud olan gərgin qlobal geosiyasi vəziyyətdə T.Rusopulos və onun düşüncəsində olanlara elə gəlir ki, dünya yalnız AŞPA-nın zalından ibarətdir, məsuliyyətsiz, boğazdan yuxarı danışır və “müstəsnalıqları”na inanırlar”.
Qərbi Azərbaycan İcması Avropa ictimaiyyətinə və sağlam düşüncəli siyasi qüvvələrə müraciət edərək, onları Avropa qitəsində qarşıdurma, irqçilik yayan və kimə xidmət etdikləri bəlli olmayan bu ünsürlərə qarşı mübarizə aparmağa çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

