Ukraynaya “mesaj”...
14.06.2025 [11:00]
Vaşinqton müharibəni bitirmək üçün hərəkətə keçdi
Rusiya - Ukrayna müharibəsinin inkişaf trayektoriyası günü-gündən mürəkkəbləşməkdədir. Bəzi politexnoloqlar böyük dövlətlərin, xüsusilə də, Qərb koalisiyasının müharibəyə müdaxilə imkanlarını artıq fərqli məcrada qiymətləndirirlər. Başqa sözlə, müharibəyə münasibət artıq dəyişmək üzrədir və bu, bəzi kontekstlərdə daha açıq görünür. Məsələn, Tramp administrasiyası Ukraynada müharibəyə son verməkdə qərarlı görünür - rəsmi Vaşinqtonun son zamanlarda müharibə ilə bağlı davranışları və ritorikası da bunu sübut edir. Dövləti təmsil edən bir çox şəxslər açıq şəkildə bəyan edirlər ki, Rusiya ilə Ukrayna arasında müharibənin davam etməsi Vaşinqtonun maraqlarına uyğun deyil. ABŞ indiki mərhələdə Arktika, Asiya-Sakit okean, Cənub-Şərqi Asiya və Yaxın Şərqlə bağlı planlara daha çox üstünlük vermiş kimi görünür. Ağ Evin Ukrayna ilə bağlı son qərarları bunu deməyə əsas verir. Belə ki, Pentaqon rəhbəri Pit Heqset Konqresdə dinləmələr zamanı bildirib ki, Ağ Ev Ukraynaya hərbi yardımın məbləğini növbəti müdafiə büdcəsində azaltmağı planlaşdırır. Heqset qeyd edib ki, Tramp administrasiyası Rusiya-Ukayna münaqişəsinin danışıqlar və sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Eyni zamanda Vaşinqton Ukraynaya PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulan raketlərin tədarükünü də dayandırıb. Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”- a müsahibəsində deyib ki, Bayden administrasiyası dövründə Vaşinqton ilə Kiyev arasında Rusiyanın PUA hücumlarına qarşı mübarizə aparmaq üçün 20 min raketin tədarükü barədə razılıq əldə olunmuşdu, lakin raketlər öz ünvanına çatmayıb və Yaxın Şərqə göndərilib: “Biz ABŞ-ın əvvəlki administrasiyası ilə razılaşdıq ki, “Şahidlər”lə mübarizə aparmaq üçün Ukraynaya 20 min raket tədarük edilsin. Bu, ucuz və xüsusi texnologiya idi. Biz onlara güvənirdik. Lakin bu gün səhər müdafiə nazirim mənə dedi ki, ABŞ raketləri Yaxın Şərqə göndərib”, - deyə Zelenski vurğulayıb. Analitiklər hesab edirlər ki, Trampın bu siyasi qərarları Ukraynanı Rusiyanın qarşısında ağır duruma sala bilər.
Trampın səbri tükənib
Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Tramp administrasiyasının Ukraynaya hərbi yardımı dayandırması gözlənilən idi. “Ukraynaya tədarük edilməsi üçün nəzərdə tutulan raketlərin Yaxın Şərqə göndərilməsi həm Aİ-yə, həm də Kiyevin özünə ciddi siyasi mesajdır. Bu onu göstərir ki, Tramp artıq sözdə deyil, əməldə öz mövqeyini nümayiş etdirir. Aİ-nin liderləri ümid edirdilər ki, Trampın Ukrayna məsələsində mövqeyinə təsir edəcəklər və öz məqsədlərinə nail olacaqlar. Amma Trampın son addımı onları məyus etdi. ABŞ prezidenti əvvəl Ukrayna ilə bağlı mövqeyini sözdə çatdırırdısa, indi isə əməli addımlar atmaqla mövqeyində nə dərəcədə ciddi olduğunu nümayiş etdirir,” -deyə A.Nərimanlı vurğulayıb. O qeyd edib ki, Ağ Evin rəhbərinin əsas məqsədi Rusiya-Ukrayna müharibəsini dayandırmaq və iki ölkə arasında atəşkəs və ya sülh sazişinin imzalanmasına nail olmaqdır: “O, öz məqsədinə nail olmaq üçün həm Ukraynaya, həm də Rusiyaya təzyiqlər edir. Düzdür, Trampın mövqeyi Kremlin mövqeyinə yaxın kimi dəyərləndirilir. Bu da onun geosiyasi maraqlarından qaynaqlanır. Trampın əsas hədəflərindən biri Rusiyanı Çindən uzaqlaşdırmaq və Çinə qarşı mübarizədə Moskvadan istifadə etməkdir. Hazırkı administrasiya Rusiyaya qarşı sərt tədbirlər görməsə də, Moskvanı Ukrayna ilə atəşkəsə məcbur etmək üçün müəyyən planları var”.
ABŞ-ın əsas hədəfi...
Ekspert əlavə edib ki, Ukrayna zəif bənd olaraq istifadə olunur: “Bu münaqişədə kimin nə qədər itirəcəyi ABŞ-ı maraqlandırmır, Vaşinqtonun burada başlıca marağı öz hədəflərinə çatmaqdır. Önümüzdəki dövrlərdə Tramp administrasiyasının Ukrayna ilə bağlı növbəti addımlarının da şahidi ola bilərik. Onu da qeyd edim ki, Trampın Ukraynaya təzyiqləri həm də dolayısı ilə Aİ-yə tərəf istiqamətlənib. Çünki Avropa liderləri Ukraynanı Rusiya ilə müharibəni davam etdirməyə sövq edirlər. Bu da Trampın geosiyasi maraqları ilə ziddiyyət təşkil edir”.
Aİ öz təhlükəsizliyini təmin etmək iqtidarındadır?
A.Nərimanlının sözlərinə görə, Trampın son addımları Aİ-nin təhlükəsizlik problemlərini ortaya çıxarır. “Bu günə qədər Avropa İttifaqı ABŞ-ın “çətiri” altında təhlükəsizliyini təmin edirdi. ABŞ-ın geri çəkilməsindən sonra Aİ-nin əvvəlki səviyyədə öz təhlükəsizliyini təmin etməsi o qədər asan olmayacaq. Bu çox çətin proses olacaq. Aİ vahid təhlükəsizlik sistemini formalaşdırmaq üçün uzun zamana və çox böyük maliyyə vəsaitinə ehtiyacı duyur”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
16 İyul 23:31

Dünya
16 İyul 23:15

İqtisadiyyat
16 İyul 22:51

Dünya
16 İyul 22:20

Dünya
16 İyul 21:59

Dünya
16 İyul 21:23

Xəbər lenti
16 İyul 20:46

İqtisadiyyat
16 İyul 20:37

Dünya
16 İyul 20:19

İdman
16 İyul 19:48

Dünya
16 İyul 19:15

İqtisadiyyat
16 İyul 18:44

Dünya
16 İyul 18:23
YAP xəbərləri
16 İyul 18:22

Dünya
16 İyul 17:45

YAP xəbərləri
16 İyul 17:44

Siyasət
16 İyul 17:24
YAP xəbərləri
16 İyul 17:21

Dünya
16 İyul 17:11

Dünya
16 İyul 16:59

İdman
16 İyul 16:19

Sosial
16 İyul 16:18

Siyasət
16 İyul 15:39

Siyasət
16 İyul 15:38

Siyasət
16 İyul 15:37

Sosial
16 İyul 14:22

İdman
16 İyul 14:00

Sosial
16 İyul 13:47

Dünya
16 İyul 13:35

Mədəniyyət
16 İyul 13:19

Dünya
16 İyul 13:18

Dünya
16 İyul 12:36

Elanlar
16 İyul 12:20

Gündəm
16 İyul 12:19

Sosial
16 İyul 11:54

Sosial
16 İyul 11:38

Sosial
16 İyul 11:09

Sosial
16 İyul 10:58

MEDİA
16 İyul 10:42

İqtisadiyyat
16 İyul 10:34

İqtisadiyyat
16 İyul 10:34

Hadisə
16 İyul 10:33

İdman
16 İyul 10:28

Mədəniyyət
16 İyul 10:27

Siyasət
16 İyul 10:25

Siyasət
16 İyul 10:25

Dünya
16 İyul 10:22

Siyasət
16 İyul 10:21

İqtisadiyyat
16 İyul 10:17

Siyasət
16 İyul 09:54

Analitik
16 İyul 09:47

Analitik
16 İyul 09:38

Analitik
16 İyul 09:27

Analitik
16 İyul 09:13

Analitik
16 İyul 08:59

Ədəbiyyat
16 İyul 08:45

Maraqlı
16 İyul 08:32

MEDİA
16 İyul 08:16

Gündəm
16 İyul 07:48

Hadisə
15 İyul 23:38

İdman
15 İyul 23:15

Dünya
15 İyul 22:51

Elm
15 İyul 22:25

Xəbər lenti
15 İyul 22:14

Dünya
15 İyul 21:49

Dünya
15 İyul 21:34

Dünya
15 İyul 21:18

Dünya
15 İyul 20:59

Dünya
15 İyul 20:21

İqtisadiyyat
15 İyul 19:46
