Fransaya daha bir zərbə...
09.07.2025 [09:58]
Belçikanın ardınca, Peru da bu ölkənin “Rafale” hərbi qırıcısını almaqdan imtina edib
Son illər Fransada bir çox sahələrdə geriləmə müşahidə olunur. İqtisadiyyatda, o cümlədən digər sahələrdə geriləmələr hökumətin səriştəsizliyi ilə izah olunur. Bu reallığı beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının hesabatları da təsdiqləyir. Məsələn, “Standard & Poor’s” reytinq agentliyi ötənilki hesabatında Fransanın büdcə vəziyyətinin pisləşdiyini elan edib və onun kredit reytinqini aşağı salıb.
Fransada tənəzzül bütün sahələri əhatə edir
Fransa hakimiyyətinin özü də milli iqtisadiyyatda pisləşmə meyllərinin fərqindədir. Sadəcə, hökumət üçün bunun izahını vermək çətindir. Belə ki, Makron müxtəlif auditoriyalarda ölkəsinin Avropa İttifaqı (Aİ) məkanının ən güclü iqtisadiyyatlarından birinə malik olduğunu bildirir. O bu amildən istifadə etməklə Fransanın Aİ-nin əsas drayver qüvvəsi olduğunu əsaslandırmağa və əlavə imtiyazlar qazanmağa çalışır. Reallıq isə onun pafoslu iddialarının əksini deyir. Statistik göstəricilər isə Fransa iqtisadiyyatının artımını deyil, dayanıqlığının azalmasını təsdiqləyir. Buna görə də “Standard & Poor’s” reytinq agentliyinin son hesabatından xeyli müddət əvvəl hökumətdəki mənbələr iqtisadi tənəzzül meyllərinin anonsunu edirdilər. Belə xəbərlər bir növ nəbz yoxlamaq və müəyyən ictimai rəy formalaşdırmaq məqsədi daşıyırdı.
Bir çox sahələri əhatə edən tənəzzül fonunda Fransada neçə illərdir ki, davamlı olaraq etiraz aksiyaları, tətillər keçirilir. Hətta fermerlər də hökumətin apardığı siyasətə kəskin etirazlarını bildirirlər. Hökumətin göstərişləri əsasında reallaşdırılan “islahatlar” əslində fermerlər üçün ciddi maneələr yaradır və onların gəlir imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bir qədər bundan əvvəl fermerlərin əyalətlərdə yerli idarəetmə orqanlarının qarşısında təşkil etdikləri “peyin inqilabı” bütün dünyada Fransanın imicinə ciddi zərbə oldu.
Hərbi sənaye də geriləyir
Rəsmi Paris üçün daha bir zərbə ölkənin hərbi sənayesinin tənəzzülüdür. Belə ki, son vaxtlar Fransanın “Rafale” hərbi qırıcısı nüfuzunu itirməkdədir. Peru hökuməti də “Rafale”dan yan keçərək, İsveç istehsalçısı “Saab”ın “Gripen” döyüş təyyarələrinə üstünlük verib. Peru hökuməti İsveç istehsalçısı “Saab”dan 3,5 milyard dollara 24 “Gripen” təyyarəsi almağa hazırlaşır. Bu barədə “Peru21” xəbər saytı məlumat yayıb. Bu, Fransa “Rafale”ı üçün pis xəbər və böyük zərbədir.
Peru hökumətinin “Saab Gripen”lə bağlı seçimi xərc məsələsi ilə izah olunub. İsveç, həmçinin Peruya birbaşa və dolayı sərmayələr, eyni zamanda, texniki xidmət və hissələrin istehsalına dəstək daxil olmaqla, xüsusilə əhəmiyyətli texnologiya transferi proqramını vəd edib.
Belçika da ABŞ-ın F-35 qırıcılarına üstünlük verib. Belçika bir milyard avroya 11 ədəd yeni F-35 qırıcısı aldığını elan edib. Fransa Belçikaya öz “Rafale”ni satmağa çalışırdı. Lakin Belçika müdafiə nazirinin sözlərinə görə, F-35 “Rafale” da daxil olmaqla, digər rəqiblərini üstələyir. Bütün bunlar isə BMT Təhlükəsizlik Şurasının daimi üzvü, o cümlədən NATO təmsilçisi olan Fransanın imicinə böyük zərbədir.
Fransa hökuməti sosial ödənişlərin indeksləşdirilməsindən imtina edir
Fransada tənəzzül təkcə bu sahə ilə məhdudlaşmır. Belə ki, hökumət büdcəyə qənaət etmək üçün 2026-cı ildə pensiya və ailə müavinətləri də daxil olmaqla sosial ödənişlərin inflyasiyaya görə indeksləşdirilməsindən imtina etməyi planlaşdırır. Bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb. Gələn həftə Fransanın Baş naziri Fransua Bayru ölkənin 2026-cı il büdcə layihəsini təqdim edəcək. Onun ÜDM-in 4,6 faizi səviyyəsində kəsiri qarşılamaq üçün büdcəyə əhəmiyyətli qənaət tədbirlərini əhatə edəcəyi gözlənilir.
Tədbir dövlət xərclərini azaltmaq üçün qiymətlərin artmasına baxmayaraq, sosial ödənişlərin 2025-ci il səviyyəsində saxlanlımasını nəzərdə tutur. Söhbət pensiyalar, ailə və minimum sosial müavinətlər, mənzil yardımı və digər ödənişlərdən gedir. Radiostansiya qeyd edir ki, hökumət ödənişlərin indeksləşdirilməsindən tam və ya qismən imtina edəcəyi barədə hələ ki qərar verməyib. Amma bu addım büdcəyə 5,7 milyard avroya qədər gəlir gətirə bilər.
Sosial Təminatın Maliyyələşdirilməsi üzrə Ali Şuranın məlumatına görə, mövcud dörd ƏDV dərəcəsinin (baza 20 faiz və azaldılmış 10 faiz, 5,5 faiz və 2,1 faiz) hər birinin 1 faiz artırılması büdcəyə ildə 13 milyard avro qazandıracaq.
Nazirlər Kabineti, həmçinin təqaüdçülər, aliment və əlillik müavinətləri alan vətəndaşlar üçün 10 faizlik vergi endiriminin ləğvi barədə qərar qəbul edə bilər ki, bu da Fransa Auditorlar Məhkəməsinin hesablamalarına görə, büdcəyə 5 milyard avro qazandıracaq. Bu “qazanc” isə sosial müdafiə tədbirlərinin dayandırılması hesabına baş verəcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

