Tehran - İrəvan əməkdaşlığı: prioritet “3+3” seçildi
21.08.2025 [11:24]
Azərbaycanın təşəbbüskarı olduğu əməkdaşlıq layihəsi İran-Ermənistan tərəfdaşlığının ana xəttinə çevrildi
Cənubi Qafqazda yaranan yeni iqtisadi-siyasi situasiya, xüsusilə sülh prosesinin mühüm bir mərhələyə qədəm qoyması regional inkişafa fərqli bir rəng qatır. 30 ildən artıq müddətdən sonra bölgədə formalaşacaq sabitlik, təhlükəsizlik mühiti özündə vacib konturları birləşdirir. İlk növbədə, post - SSRİ dövründə Cənubi Qafqaz ilk dəfə münaqişəsiz bir dövrə qədəm qoyacaq. Paralel olaraq bölgədə yerləşən dövlətlərarası münasibətlər yeni sistem üzərində tənzimlənəcək - iqtisadi əlaqələr intensivləşəcək, ticari mübadilə imkanları artacaq, sülh və sabitlik şəraitində daha yüksək inkişaf tempi əldə etmək perspektivi formalaşacaq. Kommunikasiyaların açılması, tərəflərarası münasibətlərin daha da sıxlaşması isə olduqca mühüm üstünlüklər yaradır. Bu mənada, sülhə və təhlükəsizliyə fərqli münasibət sərgilənməsi anlaşılan deyil - Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması bölgənin digər dövlətləri üçün mühüm üstünlük, dividend vəd edir. Bir müddət öncə İranın bu məsələdə anlaşılmaz reaksiya sərgiləməsi birmənalı qarşılanmamışdı - artıq proses yeni məcraya qədəm qoyub.
Əsas məqsəd...
Belə ki, avqustun 19-da İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri çərçivəsində səslənən fikirlər də bunu deməyə əsas verir. Qeyd edək ki, iki gün davam edən səfərdən öncə Pezeşkian əsas müzakirə mövzularının Şimal-Cənub nəqliyyat dəhlizinin müzakirəsi olacağını bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, Şərq-Qərb marşrutu mühüm ticarət platformasına çevrilə bilər. İran prezidenti vurğulamışdı ki, Ermənistanla enerji, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə baxılacaq.
Səfər zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və İran prezidenti Məsud Pezeşkian İrəvanda keçirilən danışıqların yekunlarına dair birgə bəyanat imzalayıblar. Bundan əlavə, Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyan və Abbas Əraqçi 2025-2027-ci illər üçün xarici işlər nazirlikləri arasında məsləhətləşmələr planını imzalayıblar.
Cənubi Qafqazda sülh...
Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən sonra keçirdiyi brifinqdə bildirib ki, Cənubi Qafqazda sülh İran üçün strateji prioritetdir. O qeyd edib ki, ölkəsi Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir.
Nəzərə alınmalıdır ki, bu gün özünün ən mühüm bir mərhələsinə qədəm qoyan sülh prosesi Azərbaycanın təşəbbüsü ilə ortaya çıxıb və bu istiqamətdə real addımlar atılıb. 30 ildən artıq bir müddətdə davam edən erməni təcavüzünə 44 günlük müharibə və bir günlük antiterror tədbirləri nəticəsində son qoyulub - ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub. Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün memarıdır. Bizim arzusunda olduğumuz sülh isə bütövlükdə regiona dinamik inkişaf vəd edir. Zəngəzur dəhlizinin (Tramp yolu) açılması bölgənin inkişafında yeni bir səhifə açacaq. Beləliklə, həm Cənubi Qafqaz ölkələri, həm də ətrafdakı qonşu dövlətlər bu üstünlüklərdən maksimum yararlanacaq, özlərinin ticari-iqtisadi formasiyasını genişləndirəcək.
İranın sülhü dəstəkləməsi isə onu göstərir ki, bu ölkədəki bəzi qüvvələr reallığı anlamağa başlayıb - hələ Vaşinqton görüşündən öncə bəzi dövlət rəsmilərinin qeyri-adekvat açıqlamalarına da rast gəlinirdi - onların ritorikasında proseslərdən çəkingənlik, hətta qorxu hiss edilirdi. Amma Azərbaycanın apardığı siyasət bütövlükdə bölgənin təhlükəsiz inkişafı üçün zəmin yaradır - biz, heç kimə təhdid yaratmırıq və qurulan yeni təhlükəsizlik arxitekturasında bütün region yalnız üstünlüklər əldə edir...
Qeyd edək ki, avqustun 19-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən görüşdə də regional kommunikasiyaların blokdan çıxarılması imkanlarını və bununla bağlı əldə olunan qarşılıqlı anlaşmalar müzakirə edilib.
Münasibətlər “3+3” mexanizmində inkişaf etdiriləcək
Ermənistanın baş naziri Nikol Paşinyan və İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında imzalanan birgə bəyanatda iki ölkə arasında münasibətləri dərinləşdirmək və strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə bağlı mövqe ifadə olunub. Bundan başqa ticarət dövriyyəsinin artırılması üçün əhəmiyyətli potensialın olduğu vurğulanıb, iki ölkə arasında ticarət dövriyyəsinin 3 milyard ABŞ dollarına çatdırılması hədəflənib. Eləcə də, Fars körfəzi - Qara dəniz marşrutunun möhkəmləndirilməsi ilə bağlı iki ölkə hərtərəfli nəqliyyat əməkdaşlığının, nəqliyyat infrastrukturunun və tranzit marşrutlarının inkişafının vacibliyini önə çəkiblər. Bundan başqa Ermənistan ilə Azərbaycan arasında sülh sazişi kontekstində mühüm nailiyyətlər dəstəklənib, ərazi bütövlüyünün, bərabər suverenliyin, siyasi müstəqilliyin və tanınmış beynəlxalq sərhədlərin toxunulmazlığına hörmətin qorunmasının zəruriliyi vurğulanıb. Ən əsası isə regional əməkdaşlıq mexanizmlərinin, o cümlədən “3+3” regional məşvərət platformasının inkişafının dəstəklənməsinin vacibliyi oratya qoyulub. Xatırladaq ki, bu əməkdaşlıq platforması da post - müharibə dövründə məhz Azərbaycan və Türkiyənin təşəbbüsü ilə irəli sürülmüşdü. İki ölkə lideri arasında imzalanan bəyanatda Azərbaycanın təşəbbüsü ilə yaranan bu platformaya istinad olunması bir daha onu göstərir ki, Bakının apardığı siyasət mühüm bir coğrafiyaya iqtisadi-siyasi üstünlüklər vəd edir. Danılmaz həqiqətdir ki, illərdir regionda iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi üçün ən vacib şərtlərdən biri məhz Ermənistanın öz qonşuları ilə münasibətlərini sülh və ədalət çərçivəsində qurmasına əsaslanırdı - rəsmi İrəvan anlamalı idi ki, indiki halda iqtisadi inkişaf, regional əməkdaşlıq, qarşılıqlı anlaşma onların siyasi müstəqilliyini də təmin etmək iqtidarındadır. Əks halda, Ermənistan bütövlükdə siyasi-iqtisadi dalan olmaqdan xilas ola bilməyəcəkdi. İran prezidenti ilə imzalanan sənəddə məhz “3+3”əməkdaşlıq formatının ön plana çıxması ölkəmizin regional lider statusunu təsdiqləyir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

