“AzərTac” Ramiz Mehdiyevi boz kardinal elan etməklə nə məqsəd güdür?
17.10.2025 [10:54]
28.05.2004 N:105 (1875)
Bu, daha çox dövlətə və dövlət məmuruna rişxənd etmək anlamına gəlir
Qəzetimizin sırağagünkü sayı çapa hazırlanarkən “AzərTac”dan gələn qəribə bir məlumat çaşqınlığımıza səbəb oldu. “Azad Avropa” radiosunun şərhçisi Liz Füllerin "Boz kardinal müxalifəti tənqid edir" məqaləsi ilk baxışda belə təəssürat yaradır ki, yazıda söhbət hansısa orta əsr siyasi xadimlərindən gedir. Çünki yazının sərlövhəsində yer alan "boz kardinal" ifadəsi feodal Avropasından miras qalmış termin olmaq şərti ilə bir qayda olaraq, xəlvəti işlər quran, başqa sözlə desək "saman altdan su yeridən" təkəbbürlü və avtoritar siyasətçilərin xarakterini ifadə edən anlayış kimi işlədilir. Anlayışın etimologiyası barədə biraz sonra...
Şərhçinin yazdıqlarını oxuduqdan sonra məlum olur ki, yazıda bircə dəfə də olsun “boz kardinal” işlədilməyib, əksinə söhbət Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdən gedir. İşi siyasi və mənəvi tərəfləri də məhz burdan qaynaqlanır. Nə üçün dövlət rəsmi teleqraf agentliyi hakimiyyətdə təmsil olunan şəxslərdən biri haqqında yoxlanmamış məlumatlar yayır?
Müasir siyasi terminalogiyada adətən bütün fəaliyyəti pərdə arxasında və müəmmalı formada cərəyan edən şəxslər haqqında işlədilən sözügedən ifadə Ramiz Mehdiyevin nə şəxsi keyfiyyətlərinə, nə də ki, ictimai rəydə artıq çoxdan formalaşmış tanış obrazına uyğun deyil. Bu daha çox dövlətə və dövlət məmuruna rişxənd etmək anlamına gəlir. Təbii ki, rəsmi agentlik heç bir informasiya yükü olmayan məlumatı yaymaqla öz imici ilə yanaşı, dövlətin nüfuzunu da sarsıtmış olur.
Maraqlı nüanslardan biri də məqalənin nə üçün belə sərlövhə ilə getməsidir. Əslində burada məqsəd məlumatın dərc olunması deyil, "boz kardinal" ifadəsini dövriyyəyə buraxmaqdır.
27 may tarixli sayımızın çapa hazırlanarkən saat 7:47-də sözügedən məlumatı aldıq. İnformasiyanı dəqiqləşdirmək məqsədi ilə bir neçə dəfə agentliklə əlaqə saxladıq. Bizim praktikamızda adətən belə hallar tez-tez baş verir. Agentlik isə yaxşı aydınlaşdırma üsulu seçdi və saat 11:38-də məlumatın yeni versiyası elektron poçtumuza daxil oldu. Bu zaman boz kardinal ifadəsi dırnaq işarəsində verilmişdi. Nə cür ifadə edilməsinə baxmayaraq, qəzetdə belə bir yazını vermək niyyətində deyildik. Ümumiyyətlə "Yeni Azərbaycan" qəzetində bu tip yazılar heç vaxt dərc olunmayıb və bundan sonra da belə ucuz təbliğata yer verilməyəcək.
Ancaq yuxarıdan göndərilən məlumatı dəqiqləşdirmədən bir sıra qəzetlər məmnuniyyətlə öz səhifələrində buna yer ayırmış, hətta bəziləri Ramiz Mehdiyevin portretini də əlavə etmişlər. Radionun şərhçisi əslində heç bir kardinaldan söhbət açmır, yazı bütövlükdə R.Mehdiyevin "Azərbaycan qloballaşma dövründə: inkişaf strategiyası" məqaləsinə həsr edilib. Məqalədə toxunulan çoxsaylı məsələlər ətrafında diskussiya açmağa dəyməz. Həqiqətəndə qloballaşma şəraitində Azərbaycanı gözləyən perspektivlər geniş müzakirə mövzusudur. Həmin yazı dövlət qəzetləri tərəfindən geniş işıqlandırıldığından digər informasiya agentliklərinin də diqqətini çəkə bilərdi. Məhz buna görə də "Azad Avropa" radiosunun əməkdaşı Prezident Administrasiyanın rəhbərinin fikirlərini şərh edib. Bu istiqamətdə müxtəlif versiyalar üzərində fikirləşməyə dəyər:
1. Düşünülmüş formada “boz kardinal” ifadəsi gündəmə gətirilir ki, bu da konkret maraqlara hesablanmış primitiv jestdən başqa bir şey deyil.
2. Məqalənin internet versiyasında fərqli olaraq AzərTac-ın yazıya təqdimat da yazması heç jurnalist etikası ilə uyğun gəlmir. Ümumiyyətlə R.Mehdiyevin fəaliyyəti cəmiyyətə yaxşı tanış olduğundan əlavə biblioqrafik məlumat yazmağa ehtiyac yox idi.
3. Yazını bir neçə qəzetdə eyni vaxtda dərc olunması sifariş kimi də qiymətləndirilə bilər. Ancaq bu sifarişin təşkilatçılarının qeyri-profesionallığı ilk baxışdan diqqəti cəlb edir.
4. Digər tərəfdən, Azərbaycan məmurunu katolik kilsəsinin iyerarxiyasında təmsil olunan rütbə ilə çağırılması ən azı, mənəvi prinsiplərə cavab vermir. Görünür, kimsə internet səhifəsində gördüyü fürsəti fövtə vermək istəməyib, nəticədə isə "ayı xidməti" göstərmiş olub.
Qeyd: Məqalə 28.05.2004 tarixində "Yeni Azərbaycan" qəzetində dərc edilib. Mövzu aktual olduğu üçün yenidən paylaşılıb.
Natiq Məmmədli
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

