Karakas icazəli qərarlar verir
09.01.2026 [09:45]
Donald Tramp Venesuelaya səfər edə bilər
Hazırda ABŞ Venesuelada vəziyyətə tam nəzarət edir. Vaşinqton Venesuelanın müvəqqəti hökumətinə təzyiq göstərərək Rusiya, Çin, İran və Kubadan olan müşavirlərin ölkədən çıxarılmasını tələb edib. “The New York Times” qəzetinin məlumatına görə, dövlət katibi Marko Rubio Konqres liderləri ilə qapalı görüşündə Donald Tramp administrasiyasının Venesuelanın müvəqqəti lideri Delsi Rodrigesə qarşı yeni tələbini açıqlayıb. Bu tələb Rusiya, Çin, İran və Kubadan olan kəşfiyyat və hərbi personalın ölkədən çıxarılması ilə bağlıdır. Marko Rubio, həmçinin Venesuelanın artıq ABŞ düşmənləri üçün strateji baza kimi xidmət edə bilməyəcəyini bildirib.
Venesuela artıq ABŞ-a narkotik göndərməyəcək
Dövlət katibi Marko Rubio, eyni zamanda, G7 ölkələrinin xarici işlər nazirləri ilə də Venesuela mövzusunda danışıb. Dövlət Departamentinin yaydığı məlumata əsasən, tərəflər ABŞ-ın Karib dənizindəki narkotik əleyhinə əməliyyatlarını, Nikolas Maduronun həbsini və Venesuelada hakimiyyətin düzgün və məntiqli şəkildə ötürülməsinin vacibliyini müzakirə ediblər.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt isə deyib ki, Venesuela artıq Amerika Birləşmiş Ştatlarına qanunsuz narkotik göndərməyəcək. O, bildirib ki, Venesuela əvvəlki kimi qanunsuz yollarla insanları və cinayətkar kartelləri ABŞ-a göndərə bilməyəcək, qaçaqmalçılıq etməyəcək. “Biz hazırda müvəqqəti hakimiyyət orqanları ilə sıx əlaqədəyik və onların qərarları Amerika Birləşmiş Ştatları tərəfindən diktə edilməyə davam edəcək”,- deyə Livitt əlavə edib.
Bununla yanaşı, ABŞ Şimali Atlantikada Venesuela ilə əlaqəli olan əvvəllər “Bella-1” kimi tanınan “Marinera” neft tankerini ələ keçirib.Əməliyyat ABŞ Sahil Mühafizəsi və digər hərbi qurumlar tərəfindən icra olunub. ABŞ Sahil Mühafizəsi “kölgə donanması” kimi sanksiya siyahısına düşmüş eyni gəmini ötən ay Venesuela yaxınlığında ələ keçirməyə çalışsa da, uğursuz alınmışdı. ABŞ mənbələri hazırda gəminin üzərində Rusiya bayrağının olduğunu deyirlər. Qeyd edilir ki, dekabrın 31-də Rusiya Dəniz Gəmiçiliyi Reyestri yeni adı “Marinera” olan gəmini Rusiya gəmisi kimi qeyd edib.
ABŞ Cənub Komandanlığı, həmçinin bildirib ki, Karib dənizi yaxınlığındakı beynəlxalq sularda daha bir gəmi ələ keçirilib. Vurğulanır ki, “M/T Sophia” adlı gəmi Karib dənizində qanunsuz fəaliyyət göstərirdi.
Venesuela rəhbərliyi isə Karib dənizində ələ keçirilən neft tankeri ilə bağlı ABŞ-la əməkdaşlıq edir. ABŞ Dövlət katibi Marko Rubionun sözlərinə görə, Venesueladakı hakimiyyət anlayır ki, nefti daşımaq, gəlir əldə etmək və iqtisadi çöküşdən qaçmaq üçün yeganə yol ABŞ ilə əməkdaşlıq etməkdir.
2 milyard dollar məbləğində Venesuela nefti...
Bu arada, Karakas və Vaşinqton ABŞ-a 2 milyard dollar məbləğində Venesuela nefti ixrac etmək barədə razılığa gəliblər. Bu əsas razılaşma Çinə tədarükü ABŞ-a yönləndirəcək və Venesuelaya neft hasilatının daha dərin azaldılmasının qarşısını almağa kömək edəcək.
“Reuters” xəbər verir ki, razılaşma Venesuela hökumətinin Donald Trampın Amerika neft şirkətlərinə qarşı tələbinə cavab verdiyinə və ya daha çox hərbi müdaxilə riski daşıdığına dair güclü bir əlamətdir. Tramp bildirmişdi ki, müvəqqəti Prezident Delsi Rodrigezdən ABŞ və özəl şirkətlərə Venesuelanın neft sənayesinə tam giriş verməsini istəyir.
Venesuela ABŞ Prezidentinin dekabr ayının ortalarından bəri tətbiq etdiyi ixrac blokadası səbəbindən milyonlarla barel nefti tankerlərdə, habelə saxlama çənlərində saxlayır və boşalda bilmir.
Blokada Vaşinqtonun Venesuela Prezidenti Nikolas Maduro hökumətinə artan təzyiqinin bir hissəsi idi və yanvarın 3-də onun ABŞ qüvvələri tərəfindən tutulması ilə nəticələnib. Yüksəkvəzifəli Venesuela rəsmiləri Maduronun tutulmasını adam oğurluğu adlandırıb və ABŞ-ı ölkənin geniş neft ehtiyatlarını ələ keçirməyə cəhd etməkdə ittiham etmişdilər.
Donald Tramp isə sosial media paylaşımında elan edib ki, Venesuela ABŞ-a 30-50 milyon barel “sanksiyalı neft” tədarük edəcək. “Bu neft bazar qiymətinə satılacaq və həmin pula Amerika Birləşmiş Ştatlarının Prezidenti kimi mən nəzarət edəcəyəm ki, onun Venesuela və ABŞ xalqlarının rifahı üçün istifadə olunmasını təmin edim”, - deyə o əlavə edib. Trampın açıqlamasından sonra ABŞ-da neft qiymətləri 1,5 faizdən çox düşüb. Belə ki, sözügedən razılaşmanın Venesuelanın ABŞ-a neft ixracını artıracağı gözlənilir.
Hazırda bu neft axını tamamilə ABŞ-ın icazəsi ilə fəaliyyət göstərən Venesuelanın dövlətə məxsus neft və qaz şirkəti PDVSA-nın əsas birgə müəssisə tərəfdaşı olan “Chevron” tərəfindən idarə olunur.
Nəzarət davam edəcək
Yeri gəlmişkən, ABŞ Prezidenti Donald Tramp Venesuelada vəziyyət sabitləşdikdən sonra bu ölkəyə səfər etmək istəyir. “The New York Times” qəzeti bu barədə Birləşmiş Ştatların dövlət başçısına istinadla məlumat yayıb. Bundan əlavə, Donald Tramp Vaşinqtonun Venesuelaya nəzarətinin bir ildən çox davam edə biləcəyini bildirib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54

