Bir il: nələr dəyişdi, nələr olacaq?
12.11.2021 [10:06]
2020-ci il noyabrın 10-u Azərbaycan dövləti və xalqı üçün mühüm tarixlərdən biridir. Bu tarixdə rəşadətli Azərbaycan Ordusu rəsmən Ermənistan üzərində qələbə çaldı, düşməni kapitulyasiyaya məcbur etdi. 10 noyabr üçtərəfli bəyanatını canlı yayımda Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin imzaladı. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əvvəlcə bəyanatın üç ölkənin başçısı tərəfindən videokonfrans vasitəsilə imzalanması nəzərdə tutulsa da, sonradan Ermənistanın Baş naziri Nikol Paşinyan məlum sənədi dünya ictimaiyyəti qarşısında imzalamaqdan imtina etdi. O, ölkəsinin kapitulyasiya aktına gizlincə imza atdı...
Paşinyanı axtarmaq üçün küçələrə axışan erməni xalqı
Kapitulyasiya aktının hansı şəraitdə imzalanmasından asılı olmayaraq, Ermənistan istənilən halda faktiki olaraq 10 noyabr axşamı rüsvayçı şəkildə məğlub olduğunu bəyan etdi. Həmin ana qədər pafoslu açıqlamaların arxasına sığınan və “qələbə” iddiaları səsləndirən erməni rəsmiləri artıq çarənin tükəndiyini görüb, acizliklərini etiraf etdilər. Bəyanatın müddəaları Azərbaycanın maraqlarına cavab verdiyi halda, Ermənistan Baş nazirinin bu sənədə imza atması erməni cəmiyyətində böyük iğtişaşlar yaratmışdı. Noyabrın 9-dan 10-na keçən gecə vətəndaşlarımız qələbə sevincini küçələrə axışaraq qeyd edirdilər. Erməni xalqı da küçələrə axışmışdı, amma onlar qəzəblə parlament binasına hücum edib, həmin gecə və ondan sonrakı bir neçə gün ərzində Paşinyanı axtarmaqla məşğul olmuşdular.
Cəbhədəki qələbənin siyasi müstəvidə davamı...
Ermənistanın imzaladığı kapitulyasiya aktı Azərbaycan Prezidenti İlham Əliyevin sərkərdəliyi ilə cəbhədə qazanılan parlaq qələbənin siyasi müstəvidəki davamı idi. Cənab Prezident Müzəffər komandan kimi imzaladığı bəyanatda Azərbaycan tərəfinin bütün şərtlərini ermənilərə diktə etməyə nail oldu.
Sənədin 1-ci bəndinə görə, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Azərbaycan Respublikası və Ermənistan Respublikasının tutduqları mövqelərdə qalacağı qeyd olunsa da, ötən bir il ərzində Ermənistanın atəşkəsi müxtəlif zamanlarda pozmasının şahidi olduq.
Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Bununla da Azərbaycan döyüş meydanında olduğu kimi, siyasi meydanda da tam qələbə qazanıb. Kapitulyasiya aktının 2-ci bəndinə görə, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılmalı idi. Lakin ötən il ermənilər bu prosesi bir qədər gecikdirdilər. Etiraf etmək lazımdır ki, üçtərəfli bəyanat imzalanmasaydı, Ağdam, Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün daha çox hərbçi həyatını itirə bilərdi.
1 il ərzində sülhməramlıların fəaliyyəti
Məlum sənədin 4-cü bəndində qeyd olunmuşdu ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Məhz bu bəndə əsasən, rus hərbçiləri bölgədə sabitliyin qorunmasında qarant rolunu oynayırlar. Ali Baş Komandan İlham Əliyev ötən ay-oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində rus sülhməramlıların fəaliyyəti barədə mühüm məqamlara toxunmuşdu: “Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq”.
Kommunikasiyaların açılması
Üçtərəfli bəyanatın sonuncu, eyni zamanda ən mühüm hissəsini 9-cu bənd əhatə edir desək, yəqin ki, yanılmarıq. Bu bəndə əsasən, “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Azərbaycan tərəfi 10 noyabr razılaşmasında Zəngəzur dəhlizindən bəhs olunduğunu bəyan edir. Ermənistan isə bu məsələdə tələsmək istəmirmiş kimi davranır. Lakin cənab Prezident bildirib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq: “İstəməsələr, zorla həll edəcəyik”.
Nəticə
10 noyabr bəyanatı tərəflər arasında hələ də sülh razılaşmasına gətirib çıxarmayıb. Ermənistan tərəfi erməni əhalisinin Qarabağda yaşadığı bölgə üçün ayrıca status tələb edir, Azərbaycan isə status məsələsini birmənalı şəkildə rədd edir. Ali Baş Komandanın İkinci Qarabağ müharibəsindəki qətiyyət və iradəsi şübhəsiz ki, bu məsələnin də həllinə gətirib çıxaracaq. Cənab Prezidentin yürütdüyü siyasət Ermənistanı kapitulyasiyaya məcbur etdiyi kimi, sülhə də məcbur edəcək!
Yeganə Bayramova
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

