Ümumdünya Kilsələr Şurasının qərəzi...
15.07.2023 [11:35]
Erməni kilsəsi sülhə və sabitliyə qarşı təbliğat aparır
Nardar BAYRAMLI
Ümumdünya Kilsələr Şurası (ÜKŞ) Mərkəzi Komitəsinin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul edilib. Məlumdur ki, belə bir bəndin qəbul olunmasında erməni kilsəsinin “xüsusi” rolu olub. Hələ ötən ilin 31 avqust - 8 sentyabr tarixlərində Ümumdünya Kilsələr Şurasının 11-ci Asambleyasında da bu cür addım atılmışdı. Bunun ardınca ÜKŞ yenidən Mərkəzi Komitənin növbəti iclasının yekun sənədində birtərəfli xarakter daşıyan və erməni tərəfinin mənafelərinə xidmət edən bənd qəbul edib. Bu anti-Azərbaycan mahiyyətli sənədlər Eçmiədzin və Kilikiya erməni kilsələrinin ÜKŞ-a müraciətləri və obyektiv olmayan, həqiqətdən uzaq məlumatları əsasında qəbul olunub. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, ÜKŞ birtərəfli və qərəzli şəkildə erməni təəssübkeşliyi mövqeyindən çıxış edir. Eyni zamanda, ÜKŞ siyasi prosesləri dini müstəviyə çıxarmaqla öz nüfuzuna da xələl gətirir.
Erməni kilsəsi - işğalın “ruhlandırıcısı”
Məlumdur ki, Eçmiədzin dini deyil, daha çox hərbi-siyasi mərkəz kimi davranır. Vaxtilə Ermənistan Azərbaycana qarşı işğalçı müharibəyə başlayarkən kilsənin “xeyir-duasını” almışdı. Bu gün də Ermənistandakı revanşizm, işğalçılıq mövqeyinin, Qarabağdakı separatçıların qanundan kənar hərəkətlərinin əsas “ruhlandırıcısı” Eçmiədzin kilsəsidir. Öz gerçək vəzifəsini unudub separatizmi alovlandırmağa çalışan kilsə Ermənistanla Azərbaycan arasında sülh çağırışı etmək əvəzinə, radikal mövqe nümayiş etdirir. Məsələn, may ayında Eçmiədzində katolikos II Qareginin sədrliyi ilə keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi ilə bağlı bəyanatlar, eləcə də Qarabağdakı “vəziyyət” müzakirə edilmişdi. Görüşdən sonra erməni kilsəsinin yaydığı bəyanatda bildirilirdi ki, hakimiyyət danışıqlar prosesində təhlükəli və “rədd edilən” mövqe ortaya qoyur. Sülhün, əmin-amanlığın tərəfində durmalı olan, lakin bu vəzifəsini tamamilə unudan erməni kilsəsi iddia edir ki, heç bir “güzəşt” qəbul edilə bilməz, “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan hakimiyyəti istər-istəməz oradakı erməniləri, guya yeni “soyqırım və vətəndən məhrumiyyəti” qarşısında qoyacaq. Əslində, Azərbaycan ədaləti bərpa edib - uzun illər işğal altında olan torpaqlarını azad edib. Qarabağın Azərbaycan torpağı olduğunu isə həm beynəlxalq hüquq, həm tarix, həm də elə ermənilər özləri etiraf edirlər.
Göründüyü kimi, təkcə bu mövqe erməni kilsəsinin sülhdən uzaq olduğunu, müharibəni təşviq etdiyini təsdiqləyir. Bu bəyanatla kilsə həm də özunü ifşa edir. Amma nədənsə Ümumdünya Kilsələr Şurası erməni kilsəsinin həm beynəlxalq hüquqa zidd, həm də yeni müharibəni alovlandırmağa xidmət edən anti-bəşəri mövqeyinə heç bir münasibət bildirməyərək susqunluq nümayiş etdirib. Əvəzində isə qəbul etdiyi sənəddə tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmiş Azərbaycana qarşı əsassız mövqe öz əksini tapır. Müasir dünyada baş verən zorakılıq, nifrətə çağırış, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların həqarət olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə “Kilsə” adını daşıyan təşkilat bu kimi təhlükəli tendensiyalara daha çox diqqət ayırmalı, birtərəfli siyasi bəyanatlarla deyil, barışdırıcı, sülhü təmin edə bilən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etməlidir.
Dini məbədlərimiz təhqir edilib
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bununla bağlı Ümumdünya Kilsələr Şurasına etiraz məktubu ünvanlayıb. Məktubda bildirilir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın əsassız ərazi iddiaları əsasında başlayıb və dünya birliyi tərəfindən tanınmış ərazilərimizin 20 faizi 30 ilə yaxın müddətdə işğal altında qalıb. Qonşu ölkənin təcavüzü, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün məşəqqətini yaşayıb. Qeyd olunur ki, Azərbaycan xalqı və müzəffər ordusu 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüququn normalarına, BMT Nizamnaməsinə və onun məlum qətnamələrinə əsasən öz əzəli torpaqlarını işğaldan azad etdi: “Yalnız bundan sonra bütün dünya ermənilər tərəfindən Qarabağda on illər boyu törədilən dəhşətli vandalizm əməllərinin ağlasığmaz miqyasının şahidi oldu. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində rəsmi qeydiyyatda olan 67 məsciddən 65-i dağıdılıb, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr, muzeylər, kitabxanalar talan edilib, 2 məscid tövləyə çevrilib, orada İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunub. Azərbaycanın bir vaxtlar inkişaf etmiş inzibati mərkəzləri, şəhər və qəsəbələri, kəndləri inanılmaz bir qəddarlıqla tamamilə dağıdılmış, işğal edilmiş ərazilərimizdə “yandırılmış torpaq” siyasəti həyata keçirilib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən sonra bölgəyə səfər edən çoxsaylı xarici müşahidəçilər bu ürəkdağlayan mənzərədən heyrətə gələrək gördükləri yerləri “ruhlar şəhəri” və “Azərbaycanın Xirosiması” adlandırıblar”.
ÜKŞ ədalətin yanında olmalıdır
Məktubda, həmçinin Ermənistanın hazırkı ərazisindəki Azərbaycana məxsus tarixi-mədəni və dini abidələr, o cümlədən İrəvanda “Şah Abbas”, “Sərdar”, “Hacı Novruz Əli” və digər qədim məscidlərimiz tamamilə dağıdıldığı, yeganə salamat qalan Göy məscidin isə orada guya “baş verən” yanğından sonra memarlıq xüsusiyyətlərinin dəyişdirildiyi diqqətə çatdırılır. Ermənistanda və Azərbaycanın tarixi ərazisi olan Qarabağda müsəlman məscidlərinin dağıdılması ilə kifayətlənməyən erməni işğalçıları Şuşadakı “Vəftizçi Yəhya” pravoslav kilsəsini, digər bölgələrdəki qədim Qafqaz Albaniyasına məxsus kilsələri saxtalaşdıraraq qriqorianlaşdırıb, Xocavənd pravoslav kilsəsini isə tamamilə məhv edib. Halbuki, Ermənistandan fərqli olaraq Azərbaycanda, onun paytaxtı Bakıda və digər bölgələrdə müxtəlif millətlərin və dinlərin nümayəndələri, o cümlədən minlərlə erməni əsilli vətəndaşlar sülh və əmin-amanlıq şəraitində yaşayır, Bakının mərkəzində erməni kilsəsi və onun kitabxanası lazımi şəraitdə saxlanılır və dövlət tərəfindən qorunur.
Məktubda eləcə də, Azərbaycanda “artsax” adlı inzibati ərazi vahidinin olmadığı, həmçinin Laçın-Xankəndi yolu ilə Ermənistandan Qarabağ separatçılarına silah-sursat, mina daşındığı xatırladılır. “Bu məktubumuzla rəhbərlik etdiyiniz təşkilatı həqiqəti müdafiə etməyə və obyektiv bəyanatlar verməyə, kövrək sülh şəraitində birtərəfli mövqe tutmamağa, ədalətin yanında olmağa, erməni tərəfinin qızışdırıcı fəaliyyətinə dəstək verməməyə çağırırıq”, - deyə şeyxülislam Allahşükür Paşazadənin etiraz məktubunda vurğulanıb.
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

