Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstan 2030-cu ilə kimi qaz hasilatının həcmini 74 milyard kubmetrə çatdırmağı planlaşdırır

Qazaxıstan 2030-cu ilə kimi qaz hasilatının həcmini 74 milyard kubmetrə çatdırmağı planlaşdırır

11.04.2025 [18:53]

Qazaxıstan qaz sahəsinin əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə yönəlmiş strateji təşəbbüslərini həyata keçirməyə başlayır.

AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, neft-qaz və kimya sahəsində inkişaf planları barədə enerji nazirinin müavini Alibek Jamauov “Energy Trends: Gas & Petrochemicals” beynəlxalq konfransında çıxışı zamanı məlumat verib.

Nazir müavininin sözlərinə görə, qaz hasilatının artacağı gözlənilir. Belə ki, 2024-cü ildə 59 milyard kubmetr qaz hasil edilibsə, 2025-ci ildə bu göstərici artıq 62,8 milyard kubmetrə çatacaq.

"Bizim məqsədimiz 2030-cu ilə qədər qaz hasilatını 74 milyard kubmetrə çatdırmaqdır. Lakin əsas vəzifə qazı ölkə daxilində maksimum səmərəli şəkildə emal edərək vətəndaşlarımızı və sənayeni təmin etmək, eləcə də qaz-kimya sənayesi üçün xammal bazası yaratmaqdır", - deyə Qazaxıstan Respublikasının energetika nazirinin müavini Alibek Jamaov vurğulayıb.

Paylaş:
Baxılıb: 489 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30