Avropalı deputatlar erməni “dəyənəyi” rolunda...
11.07.2025 [09:43]
Qeyri-aktual mövzularla gündəmə gəlmək istəyənlər
Cənubi Qafqazda əbədi sülh prinsipinə əsaslanan proses aktiv fazaya qədəm qoyan kimi “üçüncü əl” - sülhə mane olmaq istəyən maraqlı mərkəzlər hərəkətə keçir. Qeyri-aktual mövzuları yenidən gündəmə gətirmək, onları maraq vasitəsinə, hətta alver predmetinə çevirmək uğrunda çalışan bu dairələrin məqsədi iki ölkə arasında normallaşma ilə bağlı aparılan danışıqlara hər hansı bir formada mane olmaq və ya prosesi az müddətə də olsa ləngitməkdir. Amma vəziyyət elə bir hal alıb ki, artıq erməni lobbisinin yalanları və ya qondarma iddiaları ciddi qəbul edilmir - bununla belə, prosesdə canfəşanlıq göstərənlərin iç üzü tam açılır.
Lobbinin yeni “yandaşları”...
Avropa məkanında kök atmış ermənipərəst qruplar və onların əlaltısına çevrilmiş ayrı-ayrı fərdlər də davamlı antisülh addımları ilə seçilirlər. Məsələn, isveçrəli deputatlar Erix Fontobelli və Lukas Reymann Beynəlxalq Xristian Həmrəyliyi Təşkilatının prezidenti doktor Con Aybner və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Dağlıq Qarabağ üzrə İsveçrə Sülh Təşəbbüsü”nü təqdim etmək üçün bu ölkədə səfərdədirlər. Məqsəd “Azərbaycan hakimiyyəti ilə “Dağlıq Qarabağ”ın “köçkün” erməni əhalisinin nümayəndələri arasında beynəlxalq nəzarət altında könüllü, kollektiv və ləyaqətli qayıdış üçün danışıqlara yönəlmiş birbaşa dialoqa başlamaqdır”. Qeyd edək ki, iyulun 7-də nümayəndə heyəti ABŞ Dövlət Departamentində olub və dövlət katibinin köməkçilərinin müavinləri Ceyk Makqi və Monika Eyyqer Yakobsenlə görüşüb. Müzakirələrdə “Dağlıq Qarabağdan didərgin düşmüş ermənilərin hüquqları, eləcə də Cənubi Qafqazda və daha geniş regionda baş verən proseslər” müzakirə olunub.
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı proses onları qorxudur
Bayden-Blinken administrasiyasının ermənipərəst maraqlara himayədarlıq etməsi heç kimdə şübhə doğurmurdu və avropalı ermənipərəstlər də zaman-zaman bu məsələdən aktiv şəkildə istifadə etməyə çalışırdılar. Sirr deyil ki, əvvəlki illərdə məhz avropalı və amerikalı ermənipərəst dairələr ABŞ-ın keçmiş administrasiyasından “mədəd umurdular”. İndiki halda ABŞ adminstrasiyasının həm bölgəyə, həm də sülh prosesinə baxışı ortadadır. “Erməni qazanının çömçəsi” olmaq üçün canfəşanlıq etməyə çalışan avropalı “deputatlar”ın niyyəti isə yeni yalanlar uyduraraq lokal maddi mənafelərini təmin etməkdir. Oskanyanın onlara “qoşulması” isə bəlli bir məsələdir - Ermənistanın hazırkı gərgin daxili siyasi arenasında önə çıxmaq üçün xal qazanmağa çalışan keçmiş nazir məhz bu kimi yollarla diqqət mərkəzinə düşməyə çalışır. Amma o unudur ki, revanşizm arzusu Ermənistan üçün olduqca mənfi nəticələr doğura bilər.
Ermənipərəst qrupun ortaya qoyduğu “mövqe” bütünlüklə yalandan, qondarma iddialardan ibarətdir. Onların məqsədi son dövrlərdə qlobal səviyyədə ermənilərin əsl simasının açılmasına istiqamətlənən fəaliyyətə mane olmaqdır. Belə ki, Azərbaycan haqlı olaraq qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarında yaşamaq hüququnun bərpası istiqamətində fəal iş aparır. Artıq bir çox beynəlxalq təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı özünün Zirvə sammitlərinin yekun qətnamələrində bu fundamental hüququn bərpasının vacibliyini qeyd edir. Ölkəmiz beynəlxalq hüquqa söykənərək Qərbi Azərbaycandan zorla didərgin salınmış azərbaycanlıların haqqını tələb edir. Bundan narahatlıq keçirən erməni lobbisi yenidən ABŞ Dövlət Departamentinə üz tutmaqla guya, “konturarqument” formalaşdırmaq istəyir. Amma nəticə ortadadır - Qərbi Azərbaycandan, öz dədə-baba yurdlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının hüquqları mütləq şəkildə bərpa olunmalıdır və bu tələbə artıq beynəlxalq aləmdən ciddi dəstək verilir.
Qrupun əsas məqsədi...
Qeyd edək ki, “İsveçrə Sülh Təşəbbüsü” (“Swiss Peace Initiative for Nagorno Karabakh”) İsveçrə parlamentinin aşağı və yuxarı palatalarında qəbul edilən 24.4259 saylı qətnamə əsasında Erix Fontobelli və Lukas Reymann daxil olmaqla 19 İsveçrə deputatının iştirak etdiyi çoxpartiyalı komitədir. Bu komandada həmçinin SDLT-nin (International Christian Solidarity / Christian Solidarity International - CSI) rəhbəri Con Aybner və Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan (“Artsax” insan hüquqlarını qoruma Komitəsinin sədri qismində) yer alır. Bu “təşəbbüs qrupu” bu ilin mayın 26-da Bern şəhərində yaranıb. Bu, qrup üzdə “beynəlxalq nəzarətli dialoq” “arzusunu” ortaya qoysa da, əsl mahiyyətdə erməni maraqlarının dəstəkçisi kimi lobbinin maliyyəsinə əsaslanan yeni bir mərkəz funksiyasını üzərinə götürüb. Onlar guya, İsveçrənin “neytrallığını” əsas gətirərək qondarma “erməni qaçqınları” mövzusunda “dialoq” istəyirlər - amma əsl istək, sülh prosesinə mane olmaq, ayrı-ayrı maraqları təmsil etməkdir. Əgər isveçli deputatlar bu kimi məsələlərə “neytral” mövqedən yanaşırdılarsa, 30 illik dövrdə azərbaycanlıların Qərbi Azərbaycandan qovulmasına, Qarabağdan qovulmasına niyə göz yumurdular?
İsveç dövləti bu təşəbbüsü dəstəkləmir - bununla bağlı mənbələrdə vurğulanır ki, “hökumət belə bir forumu təşkil etmək niyyətində deyil, çünki bu, Azərbaycanın ərazi bütövlüyü ilə uyğun gəlmir” - amma təşkilat İsveçrə hökumətinin deyil, parlamentin “təşəbbüsünü” irəli sürür.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42

