Trampın planı baş tutur...
07.10.2025 [09:32]
Qəzzada atəşkəs elan olunacaq
Qəzzada mövcud vəziyyətin nizamlanması istiqamətində aparılan uzunmüddətli danışıqlar artıq öz nəticəsini göstərməyə başlayıb. Belə demək mümkünsə, yaxın zamanda Qəzzada atəşkəsin elan olunması ehtimal olunur. Sözsüz ki, danışıqlar prosesinin gedişatında müsbət ab-havanın yaranmasında ABŞ Prezidenti Donald Trampın mühüm rolu danılmazdır. Ağ Ev rəhbərinin bu yaxınlarda Qəzzada müharibənin dayanması və atəşkəsin təmin olunmasına dair irəli sürdüyü sülh planı İsrail, Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri tərəfindən təqdirə layiq qarşılanıb. HƏMAS da artıq Trampın planına razılıq verib. Belə ki, Tramp münaqişə tərəflərini danışıqların birinci mərhələsini tez bir zamanda tamamlamağa çağırıb - o, öz sosial media hesabında qeyd edib ki, HƏMAS və bir sıra ölkələrin Qəzzada müharibəyə son qoymaq üçün apardığı danışıqlar çox uğurlu alınıb və sürətlə davam edir. O bildirib ki, texniki qruplar bazar ertəsi Misirdə yenidən bir araya gələcək və son təfərrüatları dəqiqləşdirəcək; “Mənə dedilər ki, birinci mərhələ bu həftə tamamlanmalıdır və mən hamıdan sürətlə hərəkət etməyi xahiş edirəm. Mən bu çoxəsrlik münaqişəyə nəzarət etməyə davam edəcəyəm. Zaman çox vacibdir, yoxsa daha çox qan töküləcək”,-deyə Tramp vurğulayıb. Qeyd edək ki, bir neçə gün bundan öncə ABŞ Prezidenti öz çıxışında Qəzzada müharibəyə son qoyulmasının vaxtının çatdığını bildirmiş və İsraili bölgədə hərbi əməliyyatları dayandırmağa çağırmışdı. “İsrail Qəzzanı bombalamağı dərhal dayandırmalıdır ki, girovları təhlükəsiz və tez bir zamanda çıxara bilək. Bu, hazırda çox təhlükəlidir. Biz artıq işlənilməsi lazım olan təfərrüatlar barədə danışıqlar aparırıq. Bu, təkcə Qəzza ilə bağlı deyil, Yaxın Şərqdə çoxdan gözlənilən sülhlə bağlıdır”.
HƏMAS Qahirəyə nümayəndə göndərib
HƏMAS hərəkatının lideri Xəlil əl-Heyinin başçılıq etdiyi nümayəndə heyəti Qəzzada atəşkəslə bağlı İsraillə dolayı danışıqları bərpa etmək üçün Misirə gəlib. Hərəkatın teleqram kanalında yayılan məlumatda qeyd olunur ki, Xəlil əl-Heyinin başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qəzzada atəşkəs, İsrail qoşunlarının çıxarılması və fələstinli məhbuslarla girovların dəyişdirilməsi üzrə danışıqlarda iştirak etmək üçün Misirə gəlib. Bundan başqa, HƏMAS-ın rəhbərliyi Trampın sülh planı ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, HƏMAS ərəb, islam və beynəlxalq dairələrin, eləcə də Trampın müharibəni dayandırmaq, humanitar yardım çatdırmaq, işğalı rədd etmək və məcburi köçkünlüyün qarşısını almaq üçün səylərini təqdir edir. Bəyanatda, həmçinin vurğulanır ki, HƏMAS Qəzzanın idarəsini milli konsensus və Ərəb-İslam dəstəyi əsasında Fələstin texnokratik orqanına təhvil verməyə razılaşır. Eyni zamanda, hərəkatın rəhbərliyi bəyan edib ki, Trampın sülh planında əks olunan bəzi məqamların müzakirəsinə ehtiyac var.
Trampın diplomatik taktikası uğur qazanıb
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Qəzzada müharibənin dayanması və atəşkəsin təmin edilməsi istiqamətində müəyyən işartılar görünməyə başlayıb. Onun sözlərinə görə, HƏMAS və bir sıra ərəb ölkələrinin Misirdə apardığı dolayı danışıqların intensivləşməsi, eləcə də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan sülh planının praktik mərhələyə keçməsi bunu sübut edir. Tramp sosial media hesabında “danışıqların çox uğurlu və sürətlə davam etdiyini” bəyan etməklə, prosesin müəyyən nəticələr verdiyinə işarə edib. Onun sözlərinə görə, texniki qruplar Misirdə yenidən bir araya gələrək sülh razılaşmasının detallarını dəqiqləşdirəcəklər. Bu, Qəzzada gərginliyin azaldılması və tərəflərin kompromisə yaxınlaşması baxımından əhəmiyyətli addımdır,” - deyə V.Zifəroğlu əlavə edib ki, Trampın son aylarda Yaxın Şərq istiqamətində atdığı diplomatik addımlar artıq konkret nəticələr verməyə başlayıb; “O, regionda sülh prosesinə fərqli yanaşma sərgiləyərək, həm İsraili, həm də HƏMAS-ı dolayı yolla danışıqlar masasına gətirməyə nail olub. Bu isə Tramp administrasiyasının “praktik diplomatiya” adlandırılan yanaşmasının uğur qazanmağa başladığını göstərir. Əgər tərəflər Misirdə keçiriləcək növbəti görüşdə razılığa gələrsə, bu, Trampın siyasi imici üçün mühüm diplomatik nailiyyət kimi qiymətləndiriləcək”.
Ərəb ölkələri HƏMAS-ı Trampın planına razı olmağa vadar edib?
“HƏMAS-ın bu danışıqlara müsbət yanaşması isə təkcə Trampın səyləri ilə izah olunmur. Burada ərəb ölkələrinin - xüsusilə Misir, Qətər və Səudiyyə Ərəbistanının - diplomatik və iqtisadi təsir imkanları mühüm rol oynayır. Bu ölkələr HƏMAS-ı birbaşa təzyiq yolu ilə deyil, daha çox diplomatik zəmanətlər və siyasi dəstək təklif etməklə, atəşkəs planına razılıq verməyə yönləndiriblər. Region ölkələri başa düşür ki, Qəzzadakı müharibənin uzanması nəinki Fələstin məsələsini çıxılmaz vəziyyətə salır, həm də bütün Yaxın Şərqdə gərginliyi dərinləşdirir,” - deyə V.Zifəroğlu vurğulayıb.
Atəşkəs baş tutacaq?
Ekspert hesab edir ki, Qəzzada müharibənin dayandırılması istiqamətində diplomatik irəliləyiş baş verib. “Hələ ki, atəşkəsin tam razılaşdırılması barədə yekun razılıq əldə olunmasa da, tərəflərin siyasi iradə nümayiş etdirməsi və ABŞ-ın təşəbbüsü ilə prosesin sistemli xarakter alması ümid doğurur. Trampın dediyi kimi, “zaman çox vacibdir”, və görünür, bu dəfə tərəflər daha çox qan tökülməsinin qarşısını almaq üçün real addımlar atmağa qərarlıdırlar”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 Oktyabr 20:42

YAP xəbərləri
22 Oktyabr 20:26

Dünya
22 Oktyabr 20:12

YAP xəbərləri
22 Oktyabr 19:51

Dünya
22 Oktyabr 19:31

YAP xəbərləri
22 Oktyabr 19:14

YAP xəbərləri
22 Oktyabr 18:33

YAP xəbərləri
22 Oktyabr 18:09

YAP xəbərləri
22 Oktyabr 17:50

YAP xəbərləri
22 Oktyabr 17:49

YAP xəbərləri
22 Oktyabr 17:11

YAP xəbərləri
22 Oktyabr 17:10

YAP xəbərləri
22 Oktyabr 16:19

Siyasət
22 Oktyabr 16:05

YAP xəbərləri
22 Oktyabr 15:54

YAP xəbərləri
22 Oktyabr 15:38

YAP xəbərləri
22 Oktyabr 15:18

Gündəm
22 Oktyabr 14:57

Siyasət
22 Oktyabr 14:34

Siyasət
22 Oktyabr 14:33

Siyasət
22 Oktyabr 14:11

Sosial
22 Oktyabr 13:46

YAP xəbərləri
22 Oktyabr 13:24

YAP xəbərləri
22 Oktyabr 13:06

Gündəm
22 Oktyabr 13:02

Sosial
22 Oktyabr 12:57

Gündəm
22 Oktyabr 12:31

YAP xəbərləri
22 Oktyabr 12:29

YAP xəbərləri
22 Oktyabr 12:26

Elanlar
22 Oktyabr 12:21

İqtisadiyyat
22 Oktyabr 12:18

Siyasət
22 Oktyabr 12:15

YAP xəbərləri
22 Oktyabr 12:11

Hadisə
22 Oktyabr 12:03

Dünya
22 Oktyabr 12:02

İqtisadiyyat
22 Oktyabr 12:00

İqtisadiyyat
22 Oktyabr 11:59

Siyasət
22 Oktyabr 11:46

İqtisadiyyat
22 Oktyabr 11:40

Dünya
22 Oktyabr 11:38

Siyasət
22 Oktyabr 11:37

Siyasət
22 Oktyabr 11:23

Siyasət
22 Oktyabr 10:55

İqtisadiyyat
22 Oktyabr 10:32

İqtisadiyyat
22 Oktyabr 10:17

MEDİA
22 Oktyabr 09:58

Analitik
22 Oktyabr 09:34

Analitik
22 Oktyabr 09:15

Sosial
22 Oktyabr 08:57

Mədəniyyət
22 Oktyabr 08:21

YAP xəbərləri
22 Oktyabr 08:16
YAP xəbərləri
22 Oktyabr 00:12

YAP xəbərləri
21 Oktyabr 23:10

YAP xəbərləri
21 Oktyabr 22:41

Maraqlı
21 Oktyabr 21:30

Xəbər lenti
21 Oktyabr 21:28

YAP xəbərləri
21 Oktyabr 21:12

YAP xəbərləri
21 Oktyabr 20:57

Dünya
21 Oktyabr 20:18
YAP xəbərləri
21 Oktyabr 20:01

Gündəm
21 Oktyabr 19:53

YAP xəbərləri
21 Oktyabr 19:46

Dünya
21 Oktyabr 19:15

Dünya
21 Oktyabr 18:19

YAP xəbərləri
21 Oktyabr 18:09

Analitik
21 Oktyabr 17:56

YAP xəbərləri
21 Oktyabr 17:43

Yeni texnologiyalar
21 Oktyabr 17:25

YAP xəbərləri
21 Oktyabr 17:21

YAP xəbərləri
21 Oktyabr 16:55
