/ / Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Vüsal Babayevin xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilib
21.10.2025 [21:28]
20-21 Oktyabr 2025-ci il tarixlərdə Vətən müharibəsi şəhidi, baş leytenant Babayev Vüsal Sübbuh oğlunun şəhadətinin beşinci ildönümü münasibətilə Pirallahı rayonunda bir sıra tədbirlər keçirilib. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq, şəhidin anım günü 20 oktyabr 2025-ci il tarixdə məzun olduğu 186 nömrəli tam orta məktəbdə qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və şəhid Vüsal Babayevə həsr olunmuş videoçarxın nümayişi ilə öz işinə başlayıb. Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov çıxış edərək şəhid Vüsal Babayevin göstərdiyi qəhrəmanlıqdan, vətənə sədaqətindən və onun timsalında Azərbaycanın igid oğullarının fədakarlığından danışıb. O, qeyd edib ki, Vüsal Babayev kimi vətənpərvər gənclərin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq və gələcək nəsillərə örnək olacaqdır. Daha sonra məktəbin direktoru və Vüsal Babayevin müəllimləri çıxış edərək onun məktəb illərindəki xatirələrini bölüşüblər. Onlar Vüsalın həm dərslərdə nümunəvi, həm də mehriban və yardımsevər bir şagird olduğunu vurğulayıblar. Müəllimlər onun vətənpərvərlik ruhu ilə böyüdüyünü, hər zaman öz xalqına və torpağına bağlı bir gənc olduğunu qeyd ediblər. Tədbirdə şagirdlər tərəfindən vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Sonda şəhidin ailəsi çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
21 Oktyabr 2025-ci il tarixdə isə şəhidin Hərbi Memorial Məzarlıqda yerləşən məzarı Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, şəhidin ailə üzvləri və müharibə iştirakçıları tərəfindən ziyarət olunub. Şəhidin məzarına gül dəstələri düzülüb və ruhuna dualar oxunub.
Eyni gün Pirallahı qəsəbə Məscidində şəhidin əziz ruhuna həsr olunmuş ehsan süfrəsi təşkil olunub. Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın illərlə gözlədiyi tarixi ədalət bərpa olunub, torpaqlarımız düşmən işğalından azad edilib. Bu möhtəşəm Zəfər təkcə güclü siyasi iradənin və xalq-ordu birliyinin deyil, eyni zamanda, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanılmış müqəddəs bir qələbədir. Çıxışı zamanı RİH başçısı şəhid Vüsal Babayevin bu şanlı tarixdə yer tutduğunu vurğulayaraq bildirib ki, Vüsal Babayev kimi cəsur oğullar Vətənə sevgilərini yalnız sözlə deyil, əməlləri ilə sübut ediblər. Onlar ən uca zirvə — şəhidlik zirvəsinə yüksələrək xalqımızın qürur mənbəyinə çevriliblər. Vüsalın döyüş meydanındakı rəşadəti, fədakarlığı və qorxmazlığı bu gün hər bir gənc üçün əsl örnəkdir. Çıxışının sonunda RİH başçısı şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək qeyd edib ki, dövlətimiz və ölkə başçısı tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı daim davam etdiriləcəkdir.
Mərasim zamanı din xadimləri tərəfindən Qurani-Kərim tilavət olunub, şəhidin ruhuna dualar oxunub. Onun Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq bir daha dərin ehtiramla yad edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

