Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Vətən müharibəsi qəhrəmanı Azər Yusiflinin ildönümündə xatirəsi anılıb

Vətən müharibəsi qəhrəmanı Azər Yusiflinin ildönümündə xatirəsi anılıb

22.10.2025 [17:50]

21 oktyabr 2025-ci il ağstafalı Vətən müharibəsi qəhrəmanı Yusifli Azər Nazim oğlunun ildönümüdür. Bu münasibətilə Böyük Kəsik kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və aparatın məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, şəhidimizin ailə üzvləri, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Böyük Kəsik kəndində digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək, əziz xatirələri ehtiramla anılıb.

Sonra Azər Yusiflinin ailə üzvləri ziyarət edilib, onların qayğıları ilə maraqlanılıb, dərin hüzünlə başsağlığı verilib.

Daha sonra tədbir iştirakçıları tədbir çərçivəsində Sadıqlı, Muğanlı, Köçvəlili kəndlərində və Qarayazı, Saloğlu qəsəbələrində olan şəhidlərimizin də məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzərək, əziz xatirələrini ehtiramla anıblar.

Paylaş:
Baxılıb: 81 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31