Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Vatikanın Dövlət katibi: Qəzzada on minlərlə insanın həyatına son qoyan müharibə daha faciəvi hal alıb

Vatikanın Dövlət katibi: Qəzzada on minlərlə insanın həyatına son qoyan müharibə daha faciəvi hal alıb

07.10.2025 [15:49]

Bu gün Qəzzada on minlərlə insanın həyatına son qoyan müharibə daha faciəvi hal alıb.

AZƏRTAC xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin HƏMAS-ın İsrailə qarşı hücumunun ikinci ildönümü ərəfəsində Vatikan mediasına müsahibəsində deyib.

Dövlət katibi bildirib ki, HƏMAS və digər silahlı birləşmələr tərəfindən əksəriyyəti mülki şəxslərə qarşı terror aktı həyata keçirildi: “Uşaqlara, qadınlara, gənclərə, qocalara qarşı edilən vəhşi zorakılığa haqq qazandırmaq olmaz. Biz geriyə dönüşü olmayan, nifrət və zorakılıq burulğanına son qoyulması üçün dua edirik. Təəssüflər olsun ki, başverən müharibənin fəlakətli və qeyri-insani nəticələri oldu”. Dövlət katibi deyib ki, Birləşmiş Millətlər Təşkilatı indiyə qədər başverənləri dayandıra bilməyib. Lakin bu faciəyə son qoymaq üçün daha çox təsir göstərə biləcək beynəlxalq aktorlar var. “Biz BMT-yə dünyada gedən çoxsaylı qardaş qırğınlarına son qoymaqda daha təsirli rol vermək üçün bir yol tapmalıyıq”, - deyə o qeyd edib.

Dövlət katibi son aylarda dünyanın müxtəlif yerlərində əhəmiyyətli dərəcədə artmış antisemitizm halları ilə bağlı isə bunları deyib: “Antisemitizm xərçəngdir, onunla mübarizə aparılmalı və kökü kəsilməlidir”.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31