Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BDYPİ-dən xəbərdarlıq: Yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşma faciəvi nəticələrə səbəb olur

BDYPİ-dən xəbərdarlıq: Yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşma faciəvi nəticələrə səbəb olur

07.10.2025 [13:21]

Yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşma faciəvi nəticələrə gətirib çıxarır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumatda bildirilib.

Qeyd olunub ki, oktyabrın 6-sı saat 12:00-da Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirib və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub. Hadisə nəticəsində 1 piyada hadisə yerində dünyasını dəyişib, digər 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.

“Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir”, - deyə məlumatda vurğulanıb.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

121 yaşlı metropoliten...

24 Oktyabr 08:32  

Ədəbiyyat

Azadlıq şairi...

24 Oktyabr 08:15

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixdən gələcəyə

23 Oktyabr 11:20  

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31