Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Hannoverdə silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb

Hannoverdə silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb

23.10.2025 [14:42]

Almaniyanın Hannover şəhərində iki qrup arasında baş verən silahlı qarşıdurma bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, polisin məlumatında bir neçə nəfər arasında başlayan mübahisənin qısa müddətdə silahlı qarşıdurmaya çevrildiyi, bir neçə dəfə atəş açıldığı bildirilib. Nəticədə bir nəfər aldığı güllə yarasından hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralıların sayı və vəziyyəti barədə məlumat verilməyib.

Polis hadisə yerinin yaxınlığında bir nəfəri şübhəli şəxs qismində saxlayıb. Onun insidentdə iştirak edib-etmədiyi araşdırılır. Hazırda ərazidə əməliyyat-axtarış və istintaq tədbirləri davam edir. Hadisə yerinə polis helikopteri cəlb olunub.

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Tarixdən gələcəyə

23 Oktyabr 11:20  

İqtisadiyyat

Siyasət

Bakıdan strateji addım

23 Oktyabr 10:15  

Yeni texnologiyalar

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31