/ / Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir
Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir
23.10.2025 [17:08]
Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident cənab İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. İki ölkənin dövlət başçılarının sıx münasibətləri ölkələr arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.
Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri etdi. Azərbaycan Prezidentinin Astana Beynəlxalq Aeropotunda Prezident Kasım-Jomart Tokayev tərəfindən şəxsən qarşılanması dövlətlərarası münasibətlərlə yanaşı, Liderlər arasında əlaqələrin də ən yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 illik tarixi ona dəlalət edir ki, əlaqələrin və qarşılıqlı etimad mühitinin dərinləşməsi naminə bu illər ərzində böyük yol qət olunub, qətiyyətli siyasi iradə göstərilib. Artıq ikinci ildir ki, fəaliyyət göstərən Ali Dövlətlərarası Şuranın özü də məhz bu iradənin məntiqi nəticəsidir. O da danılmaz həqiqətdir ki, əlaqələrin bu səviyyəyə yüksəlməsinin siyasi və iqtisadi əsasları ilə yanaşı, təbii özəllikləri də mövcuddur.
Oktyabrın 21-də Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında Prezident Kasım-Jomart Tokayevin “Azərbaycan Qazaxıstan üçün xüsusi ölkə, qardaş dövlətdir. Hörmətli İlham Heydər oğlu, Qazaxıstan-Azərbaycan münasibətlərinin hazırkı yüksək səviyyəsi, ilk növbədə, Sizin şəxsi töhfəniz sayəsindədir. Mən Sizin bu məsələyə daimi dəstək və diqqətinizi dərindən, yüksək qiymətləndirirəm. Müasir Azərbaycanın bütün möhtəşəm nailiyyətləri Sizin qurucu, güclü liderliyinizlə ayrılmaz şəkildə bağlıdır”, -məzmunlu bəyanatı istər ölkələrimiz arasında, istərsə də TDT çərçivəsində Azərbaycan Prezidentinin müstəsna xidmətlərinin səmimi etirafıdır.
Qazaxıstan dövlət başçısının Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş diplomatik uğurlara, xalqımızın mübarizə əzminə verdiyi qiymət məna dərinliyi və dəqiqliyi ilə xüsusi diqqət çəkir: “Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Bəyannamənin tarixi əhəmiyyətini ayrıca qeyd etmək istəyirəm və ABŞ Prezidenti Donald Tramp tərəfindən haqlı olaraq qeyd edilib ki, Siz çox güclü mövqeyə malik olmağınıza rəğmən belə bir çox mühüm sənədin imzalanmasına razı oldunuz. Bu, Azərbaycanın və Sizin rəhbərliyinizlə Azərbaycan xalqının xüsusi mövqeyindən və öz potensialına inamından xəbər verir. Sizin göstərdiyiniz qətiyyətli siyasi iradə, strateji baxış mürəkkəb məsələlərin həllində və gələcək nəsillərin taleyi üçün məsuliyyətdə müdrik yanaşmanın parlaq nümunəsidir”. Prezidentin Qazaxıstana hazırkı dövlət səfəri çərçivəsində imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanat” ona dəlalət edir ki, dövlətlərarası əlaqələrin inkişafı ilə bağlı hər iki ölkə Liderinin mövqeyi üst-üstə düşür. Ən yüksək səviyyədə qarşılıqlı etimadın və ali siyasi iradənin mövcudluğu münasibətlərimizin müttəfiqlik əsasında güclənməsinə möhkəm zəmin yaradır. Prezident İlham Əliyev oktyabrın 21-də Astanada mətbuata verdiyi bəyanatda ölkələrimiz arasında imzalanmış sənədlərin yalnız iki dövlətin deyil, bütövlükdə Avrasiya coğrafiyasının maraqlarına xidmət göstərəcəyini də xüsusi qeyd etdi: “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq... Hökumətlərarası Komissiyanın iclasının ardınca keçirilən Ali Dövlətlərarası Şuranın ikinci iclası və Hökumətlərarası Komissiya və Ali Dövlətlərarası Şura çərçivəsində əldə olunan nəticələrin hamısı ölkələrimizin və xalqlarımızın, həmçinin qonşularımızın xeyrinədir. Ona görə də bu gün ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət həm də çox ciddi geosiyasi əhəmiyyətə malikdir”.
Beləliklə, Prezident İlham Əliyevin bu səfəri həm geosiyasi, həm də mənəvi baxımdan mühüm hadisə kimi tarixə düşür. Qazaxıstanla Azərbaycanın qardaşlıq münasibətləri artıq strateji müttəfiqlik səviyyəsinə yüksəlib və bu istiqamət regionun sabitliyinə, iqtisadi inteqrasiyasına və ümumi türk dünyasının güclənməsinə xidmət edir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

