Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı qarşılıqlı fəaliyyət üçün strateji platformadır

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı qarşılıqlı fəaliyyət üçün strateji platformadır

08.10.2025 [17:16]

Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı (TDT) strateji platformadır. TDT yalnız mədəni birlik deyil. Dünyadakı gərginlik bütün dövlətlərə toxunur və TDT-yə daxil olan dövlətlər də bu gərginlikdən kənarda qalmır. Buna görə də təşkilat üzvləri çoxtərəfli əməkdaşlıq əlaqələrini gücləndirirlər.

AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nın Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündən qayıdarkən təyyarədə jurnalistlərə verdiyi açıqlamasında deyib.

Türkiyə Prezidenti diqqətə çatdırıb ki, TDT-yə üzv ölkələrin dövlət başçıları sərhəd və kibertəhlükəsizlik məsələlərindən tutmuş, kəşfiyyat məsələlərinə qədər bir çox sahələrdə əməkdaşlıq əlaqələrini müzakirə etdilər. “Dünyada hərbi xərclərin artırılması və təhlükəsizliyin möhkəmləndirilməsi tendensiyası müşahidə edilir. Biz bu istiqamətdə də addımlar atırıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31