Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiya Prezidenti: AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var

Rusiya Prezidenti: AZAL təyyarəsinin qəzaya uğramasının bir neçə səbəbi var

09.10.2025 [16:30]

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı deyib: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.

Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı.

O vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Mina təhdidi...

22 Oktyabr 11:46

İqtisadiyyat

Analitik

Mədəniyyət

Mühacirətin səsi!

22 Oktyabr 08:21

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31