“Ən böyük qlobal irəliləyiş”
06.12.2025 [11:28]
Azərbaycan “StartupBlink” reytinqində Mərkəzi Asiya regionunda ən yüksək göstəriciyə nail olub
İnnovasiya iqtisadiyyatı üzrə mühüm araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlinkStartup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb. Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Respublikamız reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub. “Ən Böyük Qlobal İrəliləyiş” mükafatı Azərbaycanın innovasiya siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib. “StartupBlink”in hesabatında qeyd edilir ki, İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu and startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib. Vurğulanır ki, İRİA-nın innovasiya sahəsində liderliyi və dayanıqlı startap ekosistemi qurub.
Rəqəmsal reytinqlərdə davamlı irəliləyişlər
Azərbaycan son illərdə rəqəmsal innovasiya ekosisteminin inkişafına xüsusi diqqət yetirir və beynəlxalq təcrübəni mənimsəyərək ən qabaqcıl alətləri tətbiq edir. Rəqəmsallaşma ilə bağlı qabacıl Avropa və Asiya şirkətləri ilə birgə əməkdaşlıq sayəsində respublikamız qlobal miqyasda rəqabət qabiliyyəti innovasiya indeksləri üzrə mövqeyini artırır. Ölkəmiz Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları”, BMT-nin “E-Hökumət müayinəsi” hesabatlarında mövqeyini yaxşılaşdıraraq bir neçə pillə yüksəlib. Həmçinin Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) hesabatında yüksək nəticələr əldə edib.
Eləcə də BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə hər il açıqlanan beynəlxalq reytinqində Azərbaycanın mövqeyi MDB və region ölkələri arasında ən üst sırada yer alıb. Ölkəmiz, həmçinin ötən il nəşr edilən “Qlobal İnnovasiya İndeksi”ndə innovasiya fəaliyyətinin səmərəliliyinə görə, irəliləyiş əldə edib və göstəricilərini 4 pillə yaxşılaşdıraraq 89-cu yerdə qərarlaşıb. Azərbaycan “innovasiya resursları” alt indeksi üzrə isə 76-cı yerdə qərarlaşıb. Habelə beynəlxalq kibertəhlükəsizlik reytinqində (Global Cybersecurity Index. 2024) Azərbaycan 93,76 xal toplamaqla öz mövqeyini yüksəldib. 194 ölkənin 20 indikator üzrə qiymətləndirilməsinin aparıldığı hesabata əsasən, son 4 ildə kibertəhlükəsizlik sahəsində dünya ölkələrinin orta reytinq göstəricisi təxminən 20 faiz yüksəlib və qlobal orta göstərici 65,7 xala çatıb.
Rəqabətqabiliyyətli startap modeli
İnnovasiya və rəqəmsal inkişafın göstəricisi olan olan “StartupBlink” reytinqi Azərbaycanın rəqəmsal uğurunun növbəti təzahürü hesab edilə bilər. Hər il dərc edilən “StartupBlink Startup EcosystemAwards” və “StartupBlink” platforması qlobal alqoritmlərə əsaslanan innovasiya reytinqi sayılır. Reytinq tədqiqatı 40 parametr əsasında müəyyənləşdirilir. Həmin parametrlərdən ən mühüm və hesabat reytiniqini müəyyən edən indikatorlardan biri startapların inkişafıdır. İnnovasiya modelinin mühüm atributlarından biri hesab edilən strataplar Azərbaycanda ekosistemin mükəmməl nümunələrindən biri kimi özünü doğrultmaqdadır. Bir neçə ildir ki, fəaliyyət göstərən “Startap Azərbaycan” platforması startaplar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlərə dəstək verməklə gənc biznes komandasının təşviqinə, böyüməsinə səbəb olmaqdadır. Bunun nəticəsidir ki, süni intellektin atributlarından biri olan bu layihələrə qoşulan gənc istedadların sayı durmadan artır. 2022-2024-cü illər ərzində yerli startaplarımız müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər.
Startaplar uğurlu biznes layihəsi kimi kiçik və orta biznesi (KOB) də xüsusi innovasiyalara təşviq edir, yeni təşəbbüslərə qoşur. Bunun nəticəsidir ki, ölkəmizdə “Startap” şəhadətnaməsi almaq istəyən biznes icmasını sayı dayanmadan artır. 2025-ci ilin birinci yarısında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib ki, Ekspertlər Şurası 27 biznes təmsilçisinin “Startap” şəhadətnaməsi ilə təmin edilməsinə razılıq verib. Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət göstərir. Şəhadətnamə almış sahibkarların 4-ü qadındır.
“StartupGenome” hesabatında yüksək mövqe
Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qazanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub.
Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “StartupGenome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabatda Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində 25 ölkə arasında yer alır. Bu uğurlu göstəricilər bir daha Azərbaycanın startap platformasının qabaqcıl model kimi inkişaf edərək rəqabətli insan kapitalının formalaşmasında mühüm rolunu göstərir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
11 Fevral 18:53
Sosial
11 Fevral 18:52
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 18:31
Siyasət
11 Fevral 17:25
Analitik
11 Fevral 17:25
Gündəm
11 Fevral 17:23
Dünya
11 Fevral 17:12
YAP xəbərləri
11 Fevral 17:05
Siyasət
11 Fevral 16:58
YAP xəbərləri
11 Fevral 16:46
Hadisə
11 Fevral 16:42
Siyasət
11 Fevral 16:39
Dünya
11 Fevral 16:37
Dünya
11 Fevral 15:52
Sosial
11 Fevral 15:23
Siyasət
11 Fevral 15:21
Siyasət
11 Fevral 15:20
Xəbər lenti
11 Fevral 14:35
Hadisə
11 Fevral 14:34
İqtisadiyyat
11 Fevral 14:33
İqtisadiyyat
11 Fevral 14:33
Sosial
11 Fevral 14:32
Siyasət
11 Fevral 14:20
Dünya
11 Fevral 14:18
İqtisadiyyat
11 Fevral 14:09
Xəbər lenti
11 Fevral 13:38
Gündəm
11 Fevral 12:42
Elanlar
11 Fevral 12:21
Siyasət
11 Fevral 11:45
Siyasət
11 Fevral 11:43
Gündəm
11 Fevral 11:34
İqtisadiyyat
11 Fevral 11:32
Sosial
11 Fevral 11:13
Sosial
11 Fevral 10:59
Siyasət
11 Fevral 10:46
Siyasət
11 Fevral 10:42
Siyasət
11 Fevral 10:35
Mədəniyyət
11 Fevral 10:17
Analitik
11 Fevral 09:53
Ədəbiyyat
11 Fevral 09:30
Müsahibə
11 Fevral 09:14
Sosial
11 Fevral 08:51
Sosial
11 Fevral 08:38
Gündəm
10 Fevral 23:33
Dünya
10 Fevral 23:20
Dünya
10 Fevral 22:50
Dünya
10 Fevral 22:17
Gündəm
10 Fevral 22:04
Dünya
10 Fevral 21:46
Dünya
10 Fevral 21:24
Dünya
10 Fevral 21:16
Sosial
10 Fevral 20:52
Siyasət
10 Fevral 20:49
İqtisadiyyat
10 Fevral 20:36
Siyasət
10 Fevral 20:18
Dünya
10 Fevral 20:18
Gündəm
10 Fevral 20:12
Dünya
10 Fevral 19:45
Siyasət
10 Fevral 19:45
Siyasət
10 Fevral 19:44
Siyasət
10 Fevral 19:33
Dünya
10 Fevral 19:21
Dünya
10 Fevral 19:10
YAP xəbərləri
10 Fevral 18:40
Gündəm
10 Fevral 18:25
Gündəm
10 Fevral 18:23
Siyasət
10 Fevral 18:06
Hadisə
10 Fevral 17:42
Xəbər lenti
10 Fevral 17:21

