Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb

19.12.2025 [16:57]

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 19-da Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.

BMMT-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı BMMT ilə Azərbaycan Respublikası arasında uzunmüddətli və konstruktiv tərəfdaşlığı qeyd olunub. Baş katib Azərbaycanın təşkilata göstərdiyi davamlı dəstəyə və beynəlxalq əməkdaşlığa sadiqliyinə görə minnətdarlığını ifadə edib, ölkənin mülki müdafiə və fövqəladə halların idarə olunması sahələrində zəngin təcrübəsini diqqətə çatdırıb. O, həmçinin Baş nazir Əli Əsədovu BMMT-də həyata keçirilən institusional islahatlar, üzvlüyün genişləndirilməsi istiqamətində görülən işlər və planlaşdırılan humanitar təşəbbüslər barədə məlumatlandırıb.

Baş nazir Əli Əsədov Azərbaycanın BMMT ilə əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyərək, ölkəmizin beynəlxalq qurumla münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti vurğulayıb.

Görüşdə əməkdaşlığın gələcək inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 847 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30