Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlon Mask: Avropa İttifaqı ləğv edilməlidir

İlon Mask: Avropa İttifaqı ləğv edilməlidir

07.12.2025 [15:26]

İlon Mask Avropa Komissiyası haqqında sərt fikirlər bildirib.

AZƏRTAC xəbər verir ki, İ.Mask X platformada paylaşım edərək “Aİ ləğv edilməlidir” sözlərini yazıb.

Qeyd edək ki, Avropa Komissiyası şəffaflıq qaydalarının pozulmasına görə, X şirkətini 120 milyon avro məbləğində cərimələyib. Qurum bunun səbəblərindən biri kimi istifadəçi hesablarının verifikasiya işarəsi vasitəsilə təsdiqlənməsinin istifadəçiləri çaşdırdığını göstərib.

İ.Mask Aİ-nin bu qərarına qarşı hüquqi addım atıb-atmayacağını bildirməyib. O, Aİ-ni bir sıra digər paylaşımları yenidən öz səhifəsində paylaşmaqla da tənqid edərək, qurumu senzurada ittiham edib.

ABŞ Dövlət katibi Marko Rubio da qərarı narazılıqla qarşılayaraq, bu addımı xarici hökumətlərin Amerika rəqəmsal platformalarına və Amerika xalqına qarşı hücum adlandırıb. “Amerikalıların onlayn fəaliyyətinin senzurası dövrü artıq bitmişdir”, - deyə o, paylaşımında bildirib.

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31