Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniya ordusunda casusluq və təxribat cəhdləri artıb

Almaniya ordusunda casusluq və təxribat cəhdləri artıb

10.12.2025 [13:42]

Almaniya Silahlı Qüvvələri (Bundesver) üçün təhlükə səviyyəsi son illərin ən yüksək həddinə çatıb.

AZƏRTAC xəbər verir ki, Bundesverin Hərbi Kəşfiyyat Xidməti açıqladığı hesabatda casusluq və təxribat cəhdlərinin xeyli artdığını, xüsusilə Rusiya mənbələrindən təhlükənin gücləndiyini bildirib. Hesabatda xarici kəşfiyyat xidmətlərinin mövcud bütün vasitələrdən istifadə edərək məlumat toplamaq, təsir göstərmək, dezinformasiya yaymaq və öz ölkələrinin maraqlarını qorumaq üçün fəaliyyət göstərdiyi qeyd olunub. Hətta bəzi xarici kəşfiyyat xidmətlərinin qətl və ya oğurluq əməliyyatlarından belə çəkinmədikləri barədə xəbərdarlıq edilib.

Qurumun casusluğa qarşı müdafiə şöbəsi illərdir ən yüksək şübhəli hadisələr səviyyəsini qeydə alıb. Rusiya və Çin əsas təhlükə mənbələri kimi qiymətləndirilib. Qeyd olunub ki, hibrid əməliyyatlar artıq daimi gündəmdədir.

Hesabatda ordu sıralarında sağçı ekstremizm hallarının da artmaqda olduğu bildirilir. Qeyd edilib ki, bununla əlaqədar keçən il rekord sayda - təxminən 68 min təhlükəsizlik yoxlaması aparılıb. Ötən il bu sahədə yeni hadisələrin sayı 34 faiz artaraq 413-ə çatıb. Bu rəqəm 2023-cü ildə 308 olub. “İmperiya vətəndaşları” (Reichsbürger) qrupu və sol ekstremizm əlaqələri ilə bağlı halların azaldığı bildirilib. Beynəlxalqyönümlü ekstremizm, xüsusilə Ukrayna müharibəsi ilə bağlı halların isə sabit qaldığı vurğulanıb.

Paylaş:
Baxılıb: 218 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31