/ / Azərbaycan–Slovakiya münasibətlərinin müasir mərhələsi: Strateji tərəfdaşlıq və etibarlı dostluq nümunəsi
Azərbaycan–Slovakiya münasibətlərinin müasir mərhələsi: Strateji tərəfdaşlıq və etibarlı dostluq nümunəsi
10.12.2025 [12:17]
İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulsa da, Azərbaycan və Slovakiya arasında təmaslar hələ sovet dövründən mövcud olub. SSRİ-nin dağılmasından sonra müstəqillik əldə edən hər iki dövlət arasında əməkdaşlıq xüsusilə son illərdə davamlı inkişaf meyli göstərir. Slovakiya, Azərbaycanın Avropa İttifaqına üzv olan və ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu doqquz ölkədən biridir. Bu gün Azərbaycan–Slovakiya əlaqələrinin yüksək səviyyəyə çatmasında hər iki ölkənin liderlərinin siyasi iradəsi və qarşılıqlı etimada əsaslanan müasir diplomatik xəttinin xüsusi rolu vardır. Dekabrın 8-də Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri də məhz bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Səfər bir tərəfdən Azərbaycan–Slovakiya münasibətlərinin möhkəmləndirilməsi, digər tərəfdən isə Azərbaycan–Aİ xəttində əməkdaşlığın yeni məzmun alması baxımından diqqətəlayiqdir. Slovakiya ilə siyasi dialoqun genişləndirilməsi, iqtisadi və ticarət əlaqələrinin inkişafı, enerji, nəqliyyat, yaşıl texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsi səfərin əsas hədəfləri kimi çıxış edir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində mətbuata səsləndirdiyi bəyanatlar iki ölkə arasında əlaqələrin strateji mahiyyətini və onların regional, eləcə də qlobal müstəvidə artan əhəmiyyətini bir daha təsdiqlədi. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan ilə Slovakiya münasibətləri dostluq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın institusional əsaslarını daha da möhkəmləndirmiş, bütün istiqamətlər üzrə sistemli, praktiki və dinamik qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaratmışdır. Hazırda birgə iqtisadi işçi qrupunun fəaliyyəti genişləndirilir, müxtəlif sahələr üzrə müvafiq ekspert komandaları konkret layihələrin icrası istiqamətində ardıcıl şəkildə çalışırlar. Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri və aparılan müzakirələr ölkəmizin daha bir Avropa dövləti ilə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Bu səfər siyasi dialoqun güclənməsinə, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. “Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Keçən ilin may ayında Bakıda Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Bəyannamə Azərbaycan-Slovakiya gələcək əməkdaşlığının perspektivlərini müəyyən edir. Ölkələr arasında müdafiə sənayesi və hərbi sahədə əməkdaşlıq müzakirələrin əsas istiqamətlərindən biri olub. Slovakiyanın mövcud texnoloji potensialının Azərbaycanın maliyyə və istehsal imkanları ilə birləşdirilməsi nəticəsində yeni müdafiə təyinatlı məhsulların istehsalı və onların dünya bazarlarına çıxarılması üçün geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq həm texnoloji inkişafın sürətlənməsi, həm də müdafiə sənayesində innovativ həllərin tətbiqi baxımından ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Hər iki dövlət başçısı bu sahədə müvafiq layihələrin reallaşdırılmasını dəstəkləyərək qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsinə dair siyasi iradə nümayiş etdiriblər. Eyni zamanda, Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə qatılması dostluq və tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Hazırda Ağdam rayonunun Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icra olunması bu əməkdaşlığın konkret təzahürüdür. Sözügedən layihə həm rəmzi əhəmiyyət daşıyır, həm də Azərbaycan–Slovakiya əlaqələrinin dinamik və yüksələn xətlə inkişaf etdiyini göstərir. 2020-ci Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərdən sonra Prezident İlham Əliyev bildirmişdi ki, bərpa işlərinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət ediləcək. Slovakiya şirkətlərinin də bu prosesdə iştirak etməsi iki ölkənin bir-birinə olan etimadının səviyyəsini ortaya qoyur. Azərbaycan və Slovakiya arasında münasibətlərin bu gün əldə etdiyi yüksək səviyyə təsadüfi deyil. İki ölkə arasında siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın dərinləşməsi və humanitar sahədə təmasların artması, ilk növbədə hər iki dövlətin diplomatik nümayəndələrinin ardıcıl və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Səfirliklər və diplomatik missiyalar qarşılıqlı əlaqələrin hüquqi bazasının möhkəmləndirilməsi, yüksək səviyyəli səfərlərin təşkili, tərəfdaşlıq gündəminin genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayıblar. Diplomatik nümayəndələr siyasi, iqtisadi və təhlükəsizlik sahələrində aparılan danışıqlarda əlaqələndirici funksiyanı yerinə yetirərək strateji tərəfdaşlığın formalaşmasına ciddi töhfə veriblər. Xüsusilə son illərdə artan qarşılıqlı səfərlər və imzalanan sənədlər Azərbaycan–Slovakiya münasibətlərinin yeni mərhələyə keçdiyini göstərir. Bu dinamikanın arxasında isə peşəkar diplomatiya, çevik koordinasiya və qarşılıqlı etimada əsaslanan iş prinsipi dayanır. Bu fəaliyyət gələcək illərdə də Azərbaycan–Slovakiya münasibətlərinin daha da inkişafına möhkəm təməl yaradır.Slovakiyaya rəsmi səfər Azərbaycan diplomatiyasının əsas strateji istiqamətlərində möhkəm dayanığını nümayiş etdirir. Bu səfər bir daha Azərbaycanın Avropa məkanında nüfuzunun artdığını, Bakının çoxtərəfli əməkdaşlıq xəttinin uğurla davam etdiyini, Enerji və nəqliyyat sahələrində Azərbaycanın əvəzsiz tərəfdaş statusunun daha da gücləndiyini,Aİ ölkələri ilə münasibətlərin yeni məzmun qazandığını bariz nümünəsidir. Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, həm də Azərbaycan–Avropa əməkdaşlığının strateji çərçivəsinin genişlənməsinə xidmət edən mühüm siyasi hadisədir. Bu səfər Azərbaycanın qlobal diplomatiyada artan rolunun, müstəqil siyasətinin və beynəlxalq nüfuzunun növbəti təcəssümü kimi dəyərləndirilir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

