Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatında dövlət icbari sığorta vəsaitindən də istifadə ediləcək

Ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatında dövlət icbari sığorta vəsaitindən də istifadə ediləcək

10.12.2025 [15:59]

Hazırda dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsaitdən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi üçün istifadə olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, parlamentin qəbul etdiyi yeni qanunvericilik aktları həmin vəsaitdən ümumi səbəblərdən əlilliyi olan şəxslər üçün də istifadə edilməsini nəzərdə tutur.

Belə ki, ümumi səbəblərdən əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı dövlət büdcəsi ilə yanaşı, dövlət icbari şəxsi sığorta üzrə toplanan vəsait hesabına da həyata keçiriləcək.

Bu da əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı imkanlarının daha da artırılmasını şərtləndirir.

Paylaş:
Baxılıb: 195 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31