Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa İttifaqı birbaşa xarici investisiyaların yoxlanılması qaydalarını təkmilləşdirir

Avropa İttifaqı birbaşa xarici investisiyaların yoxlanılması qaydalarını təkmilləşdirir

11.12.2025 [23:34]

Avropa İttifaqı (Aİ) Şurası və Parlamentinin nümayəndələri birbaşa xarici investisiyaların (FDI) yoxlanılması qaydalarının yenilənməsi üzrə ilkin siyasi razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, yeni çərçivə Aİ üzvlərinə xarici investisiyaların yaratdığı riskləri daha effektiv müəyyən etmək və aradan qaldırmaq imkanı verməklə yanaşı, qlobal ticarət və investisiyalara açıqlığı qoruyacaq.

Yenilənmiş qaydalar bütün üzv dövlətlər üçün minimum ortaq yoxlama sahələrini müəyyən edir. Buraya çoxməqsədli məhsullar və hərbi texnika, süni intellekt və kvant texnologiyaları, kritik xammallar, enerji, nəqliyyat və rəqəmsal infrastrukturda kritik müəssisələr, seçki infrastrukturları və maliyyə sisteminin müəyyən vacib elementləri daxildir.

Həmçinin razılıq milli yoxlamaların ardıcıllığının artırılmasına, investorların inzibati yükünün azaldılmasına və investisiyaların potensial sərhəddənkənar təhlükəsizlik təsirlərini nəzərə alınmasına imkan verir.

Avropanın təhlükəsizliyini gücləndirməklə yanaşı, investorlar üçün də etibarlı və cəlbedici mühit yaratmağı hədəfləyən yeni qaydaların qüvvəyə minməsindən 18 ay sonra tətbiq olunması nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31