ABŞ hökuməti uçot faizlərini endirdi
12.12.2025 [09:50]
Qızılın və “Bitcoin”in qiyməti yenidən bahalaşır
Amerika Birləşmiş Ştatlarının mərkəzi bank funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) uçot faiz dərəcəsini illik 3,5-3,75 faiz aralığına endirib. FES-in Açıq Bazar Əməliyyatları üzrə Federal Komitəsinin bəyanatında qeyd edilir ki, qərar ölkədəki iqtisadi aktivlik və inflyasiya gözləntiləri fonunda verilib. Belə ki, ABŞ-da 2025-ci il üzrə ÜDM-in artımı proqnozunun 1,6 faizdən 1,7 faizə qədər artırılması, eləcə də inflyasiya proqnozunun 3 faizdən 2,9 faizə endirilməsi, habelə işsizlik üzrə proqnozun 4,5 faiz səviyyəsində sabit saxlanılması Federal Ehtiyat Sisteminin optimist ssenarilərə əsaslanaraq mövcud addımı atmasında mühüm rol oynayıb.
FES-in analitiklərinin fikrincə, ölkədaxili maliyyə bazarındakı meyillər, eləcə də qlobal iqtisadiyyatın ABŞ-ın investisiya sektorlarına mövcud təsirləri normal olmaqla, ölkədə yumşaq pul siyasətinin həyata keçirilməsinə imkan verir. Hazırkı qərarı da onu göstərir ki, ABŞ hökuməti cari ilin ikinci yarısından etibarən pul siyasətində aşağı stavkalı rejimə keçib. Təşkilatın oktyabr ayının 29-da elan etdiyi uçot dərəcəsi ilə müqayisədə faiz dərəcəsinin 0,25 faiz-bənd endirilməsi pul siyasətinin liberallaşdığına dəlalət edir.
Dollar ucuzlaşmağa başlayıb
Ancaq bununla belə, FES rəhbərliyi Amerikanın bazar sektorlarında və iqtisadi bloklarda gərginliyin azalmadığnı, iqtisadi artımın ürəkaçan faizdə irəliləmədiyini xatırladıb. Qurumun sədri Jerom Pauell bildirib ki, əmək bazarının vəziyyəti ilə bağlı göstəricilər və maliyyə-investiya sektorlarında eniş riskləri narahatlıqları artırır. Yalnız, inflyasiya proqnozu üzrə ehtimallar nikbindir, 2026-cı ildə bu rəqəmin daha da azalaraq 2,4 faizə enəcəyi fərz edilir. FES məhz əlverişli inflyasiya mühitində bu addımı atmaqla iqtisadiyyatda müşahidə edilən geriləməni aradan qaldırmaq və maliyyə-bank sistemini daha aşağı uçot dəhlizi çərçivəsində iqtisadiyyata böyük pul axınlarını, investisiyalarını təşviq etmək istəyir.
Federal Ehtiyatlar Sisteminin faiz dərəcəsini azaltması özünü dərhal bank və maliyyə seqmentlərində göstərib, dollar digər aparıcı valyutalar qarşısında ucuzlaşıb. Belə ki, avro-dollar mübadiləsi 1.1644 səviyyəsindən 1.1707 səviyyəsinədək yüksəlib. İngilis funtu-dollar cütlüyü üzrə mübadilə isə 1.3326 həddindən 1.3392 həddinə qədər artım sərgiləyib. Habelə dollar-yapon yeni üzrə mübadilə 156.66 səviyyəsindən 155.48 səviyyəsinədək geriləyib.
Ancaq bu proses investisiya və səhm bazarında daha yaxşı reaksiyalarla müşayiət olunub. FES-in uçot dərəcəsi ilə bağlı qərarı birjalarda ən çox qızıla müsbət təsir göstərib. Sarı metalın beynəlxalq birjalarda bir unsiyasının qiyməti 4182 dollardan 4247 dollara qədər bahalaşıb. Kriptobazarda da müəyyən aktivlik müşahidə edilib.
Noyabrda müəyyən eniş göstərən virtual pul bazarda “Bitcoin” və digər kriptovalyutaların ucuzlaşması səngiyib. Həftənin əvvəlində 88-89 minə satılan “Bitcoin”in qiyməti artıq 93 minə yüksəlib. Pərakəndə kriptovalyuta bazarında əhval-ruhiyyə yaxşılaşır ki, bu da investorların kriptovalyutaya da marağını artıracaq.
Səhmdarlar pul kisəsinin ağzını açır
Eləcə də Amerika fond indeksləri də əvvəlki yarım aylıq durğunluqdan sonra özünə gəlib, əksər səhmdarlar indekslərdə artımlar əldə ediblər. Bazarın ən böyük seqmentlərindən biri olan “Amazon.com Inc.”in səhmləri son bir gündə 1,7 faiz bahalaşıb. Bu, şirkətin investisiya yatırımları üçün əlavə motivasiya verib və “Amazon” səhmdarları Hindistandakı biznesini inkişaf etdirmək üçün 2030-cu ilin sonuna qədər 35 milyard dollar investisiya yatırmaq planlarını açıqlayıb. ABŞ-dakı səhm aktivliyi digər qlobal sərmayəçilərin də fəallığına səbəb olub. FES-in faiz siyasəti ilə bağlı situasiyalara həssas yanaşan beynəlxalq səhmdarlar dolların məzənnəsinin zəifləməsi fonunda səhm konvertasiyalarını artırılar. Kanada Bankı notlar və qiymətli kağızlar üzrə faiz dərəcəsini son bir ayda aşağı saxladığı halda, ötən gün 2,25 faiz səviyyəsində saxlayıb. İsveçrə Milli Bankının səhmlərində də dəyərlər nəzərə çarpıb.
Qeyd edək ki, ABŞ-da Tramp administrasiyasının iqtisadi baxışı və maliyyə siyasəti ucuz dollar, bahalı qızıl və səhmlər, rəqəmsal valyuta çərçivəsinə əsaslanır. Çünki dolların ucuzlaşması istehsal və ixracı yüksəldir ki, bu da Amerikadan qlobal bazarlara daha çox mal və əmtəələrin çıxışına səbəb olur. Bu siyasət nəticə etibarilə iqtisadi aktivliyi və ixrac gəlirlərini yüksəldir. Dollar ucuzlaşanda isə qızıl və blokçeynlər bahalaşır. Bu baxımdan Federal Ehtiyat Sisteminin yumşaq pul siyasəti Amerika valyutasını ucuzlaşdırmaqla, rəqəmsal valyuta və qızıl birjalarını daha canlandırır.
Bu baxımdan ABŞ hökumətinin növbəti ildə də yumşaq pul siyasəti həyata keçirəcəyi istisna edilmir. FES rəhbərliyi bu, administrativ təzyiq kimi qarşılasa da, pul komitəsində Trampı dəstəkləyənlərin addımları hökumətin istəyinin reallaşmasına səbəb olur.
FES-dəki bəzi ekspertlərin səsləndirdikləri fikirlərə əsasən, uçot dərəcəsi 2026-cı ildə yenidən 0,25 faiz- bənd azaldılacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Fevral 22:32
Elm
09 Fevral 21:50
YAP xəbərləri
09 Fevral 21:23
Xəbər lenti
09 Fevral 21:10
Xəbər lenti
09 Fevral 21:09
Xəbər lenti
09 Fevral 21:09
YAP xəbərləri
09 Fevral 20:54
YAP xəbərləri
09 Fevral 20:34
Dünya
09 Fevral 20:19
İqtisadiyyat
09 Fevral 19:51
Dünya
09 Fevral 19:42
YAP xəbərləri
09 Fevral 19:37
Dünya
09 Fevral 19:15
Sosial
09 Fevral 18:47
YAP xəbərləri
09 Fevral 18:32
Siyasət
09 Fevral 18:13
YAP xəbərləri
09 Fevral 17:25
Elanlar
09 Fevral 17:19
Gündəm
09 Fevral 17:15
Sosial
09 Fevral 17:09
YAP xəbərləri
09 Fevral 17:05
Siyasət
09 Fevral 17:02
Siyasət
09 Fevral 17:00
Sosial
09 Fevral 16:56
İqtisadiyyat
09 Fevral 16:49
Xəbər lenti
09 Fevral 16:48
Siyasət
09 Fevral 16:47
Sosial
09 Fevral 16:44
Xəbər lenti
09 Fevral 16:36
Xəbər lenti
09 Fevral 16:36
Siyasət
09 Fevral 16:31
YAP xəbərləri
09 Fevral 16:18
YAP xəbərləri
09 Fevral 16:17
Sosial
09 Fevral 16:09
Gündəm
09 Fevral 15:53
YAP xəbərləri
09 Fevral 15:19
İdman
09 Fevral 15:11
Siyasət
09 Fevral 14:40
YAP xəbərləri
09 Fevral 14:34
Sosial
09 Fevral 14:33
Analitik
09 Fevral 13:44
Gündəm
09 Fevral 13:43
YAP xəbərləri
09 Fevral 13:21
Siyasət
09 Fevral 12:44
Sosial
09 Fevral 12:27
Mədəniyyət
09 Fevral 12:26
Siyasət
09 Fevral 12:18
Gündəm
09 Fevral 12:14
İqtisadiyyat
09 Fevral 12:14
İqtisadiyyat
09 Fevral 12:13
Hadisə
09 Fevral 12:12
YAP xəbərləri
09 Fevral 11:45
Sosial
09 Fevral 11:43
Dünya
09 Fevral 11:41
Hadisə
09 Fevral 11:29
Dünya
09 Fevral 10:40
YAP xəbərləri
09 Fevral 10:32
Dünya
09 Fevral 10:18
Siyasət
09 Fevral 10:12
Dünya
09 Fevral 09:45
Dünya
09 Fevral 09:23
Sosial
09 Fevral 08:59
Dünya
09 Fevral 08:41
Dünya
08 Fevral 22:40
Siyasət
08 Fevral 22:30
Hadisə
08 Fevral 21:22
Sosial
08 Fevral 20:41
Dünya
08 Fevral 20:38
Dünya
08 Fevral 19:14
Siyasət
08 Fevral 18:11

