Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / On bir ayda bir istehlakçı orta hesabla ayda 659,4 manat xərcləyib

On bir ayda bir istehlakçı orta hesabla ayda 659,4 manat xərcləyib

12.12.2025 [21:49]

2025-ci ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 74,3 milyard manat olmaqla 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 4,8 faiz artıb. Ümumi dəyərin 78,8 faizini pərakəndə ticarət dövriyyəsi, 17,8 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,4 faizini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 4,7 faiz artaraq 71,2 milyard manata bərabər olub, onun 45,6 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 659,4 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,2 manat çox vəsait xərcləyib.

Paylaş:
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31