Qərb koalisiyasında səssiz fırtına - “Titanik” yenidən batacaqmı?
13.12.2025 [09:15]
ABŞ-Aİ gərginliyinin pərdəarxası və ya yeni “geosiyasi medalyon”un tərs üzü
“Soyuq müharibə” dövründən formalaşmağa başlayan “monolit Qərb komandası” təsəvvürü SSRİ-nin dağılması ilə daha güclü siyasi çalarlar qazandı. Dünya artıq Qərbin vahid qütb kimi çıxış etdiyi, geosiyasi və təhlükəsizlik arxitekturasının konturlarını müəyyənləşdirdiyi, qlobal proseslərə yön verən əsas aktor rolunu oynadığını düşünürdü. Xüsusilə 1990-2000-ci illərin qlobal siyasi reallığında ABŞ-ın liderliyində formalaşmış Qərb koalisiyası özünü həm qlobal təhlükəsizliyin dayağı, həm “demokratiya ixracatçısı”, həm də regionlararası konfliktlərin “hakimi” kimi təqdim edirdi.
Lakin XXI əsrə keçidlə bu təsəvvür getdikcə formalaşan yeni reallıqlar fonunda sarsılmağa başladı. Qlobal güc balansında baş verən dəyişikliklər, regional güclərin yüksəlişi, Çin və Rusiyanın daha sərt strateji xətti, Avropanın öz daxilində artan siyasi parçalanmalar və Vaşinqtonun müxtəlif adminstrasiyalarının fərqli xarici siyasət kursları Qərb daxilində harmoniya və sinxronluğun zəiflədiyini göstərdi.
Disharmoniya: “monolit tamaşa” finala doğru...
Son illərdə isə bu çatlar daha da dərinləşir - NATO daxilində maliyyələşmə ilə bağlı yaranan gərginliklər, Aİ-nin transatlantik münasibətləri daha çox “bərabərhüquqlu tərəfdaşlıq” formatına salmaq cəhdləri, Avropanın özünün müstəqil təhlükəsizlik arxitekturasını qurmaq iddiaları, ABŞ-ın isə daha “selektiv müdaxilə” konsepsiyasına yönəlməsi koalisiyadaxili disharmoniyanın dərinləşməsinə zəmin yaradır.
Əslində problem təkcə siyasi fikir ayrılıqlarında deyil. Qərb koalisiyası daxilində yaranan çatlar artıq strateji qarşıdurma elementləri daşımağa başlayır:
- Qlobal təhlükəsizlik sisteminin formalaşmasına baxışda prioritetlər fərqlənir - NATO-nun maliyyələşməsi ilə bağlı ziddiyyətlər meydana çıxır,
- Regional münaqişələrə münasibət eyni deyil - Avropa özünün beynəlxalq status qazanmış təsisatları vasitəsilə daha yüksək təsiretmə mexanizmi formalaşdırdığını düşünür.
- Rusiya və Çin kimi qlobal güclərə baxış rakursu ziddiyyətlidir,
- Ən nəhayət, ABŞ və Avropa arasında liderlik uğrunda rəqabət fonunda “köhnə qitə”nin özünü yenidən qlobal aktor kimi sübut etmək cəhdləri müşahidə olunur.
İllərdir ki, pərdə arxasından boylanan bu ziddiyyətlər 2025-ci ildə disharmoniya səviyyəsinə çatdı və daha açıq forma aldı. Artıq Qərb daxilində yaranmış fikir ayrılığı təkcə ideoloji deyil, həm də ciddi geosiyasi qarşıdurma elementləri ilə müşayiət olunur.
Avropanın “arzuları”: Brüssel “sel yaratmaq” istəyir...
Avropa zahirən öz təhlükəsizliyi üçün narahat görünür. Siyasi ritorikadakı “Rusiyanın təhlükəsi”, “NATO-ya daha çox sərmayə”, “Ukraynanın müdafiəsi” kimi çağırışlar xaricdən baxanda real həyəcan təsiri bağışlayır. Lakin aparıcı siyasi ekspertlərin əksəriyyəti hesab edir ki, Avropanın təhlükəsizlik indeksi əslində kritik həddə deyil. Rusiyanın NATO ölkələrinə hücum etmə ehtimalı faktiki sıfırdır. Bunun səbəbi Rusiyanın hərbi-strateji imkanlarından daha çox NATO-nun nizamnaməsinin 5-ci maddəsi və qlobal müharibə riskinə dair hesablardır.
Reallıqda Avropanın narahatlığı daha çox siyasi və geopolitik çəkisinin azalması ilə bağlıdır (özü bunu görür və hiss edir). ABŞ-ın Qərb koalisiyasının lideri qismində qlobal proseslərdə həlledici aktor kimi qalması, koalisiya daxilində əsas söz sahibinin Vaşinqton olması və qlobal nizamlanma mexanizmlərində Avropanın daha çox müşahidəçi rolunda çıxış etməsi Aİ-ni ciddi narahat edir. Avropa bu gün “səs-küy yaratmaqla” daha çox 3 strateji məqsəd güdür:
A) Qlobal proseslərdə əvvəlki gücünü bərpa etmək: “Köhnə qitə” ABŞ ilə “bərabərhüquqlu tərəfdaş” olmaq istəyir. Bu səbəbdən Avropa Ukrayna məsələsində dəfələrlə Vaşinqtonla sinxron addımlamaqdan imtina edib. NATO-nun maliyyələşməsi məsələsində Avropanın sərgilədiyi passivlik və Vaşinqtonun sərt tələblərinə etiraz da bunun nəticəsidir.
B) Müstəqil təhlükəsizlik arxitekturası yaratmaq: Avropa Ordusu ideyasının yenidən gündəmə gətirilməsi, “strateji hərbi muxtariyyət konsepsiyasının genişləndirilməsi, qitənin ABŞ-dan hərbi asılılığının azaldılması planı məhz bu məqsədə xidmət edir. Fransa və Almaniyanın liderliyi altında formalaşan bu xətt Avropanın sadəcə iqtisadi nəhəng deyil, həm də siyasi-hərbi aktor kimi varlığını təsdiqləmək cəhdidir.
C) Qlobal danışıqlarda əsas tərəf olmaq: Avropa qlobal proseslərin mərkəzində olmaq, Ukrayna, Cənubi Qafqaz, Afrika, Şərqi Asiya və Yaxın Şərq kimi regionlarda nizamlanma proseslərində əsas söz sahibi statusunu bərpa etmək istəyir. Bu səbəbdən Avropa ABŞ-ın Ukrayna sülh planlarına qarşı embarqo tətbiq edir, hətta bəzi diplomatik kanallar vasitəsilə bu planı sabotaj etməyə çalışır. Danimarkanın “ABŞ planı Avropaya təhdid yarada bilər” açıqlaması bunun bariz nümunəsidir.
Nəticə etibarı ilə, məlum olur ki, Avropa üçün əsas məsələ təhlükəsizlik problemi deyil - itirilmiş statusun yenidən əldə edilməsidir. “Köhnə qitə” özünü qütblərarası rəqabətdə üçüncü oyunçu kimi görmək istəmir. O, proseslərdə ABŞ-la bərabər səviyyədə olan qlobal aktor kimi yan-yana əyləşmək niyyətindədir. Bu ambisiya isə ABŞ-la ziddiyyətləri qaçılmaz edir.
Yeni xəttin “qanunu”: birinci dərəcədən aşağı “kateqoriyaya”...
Sirr deyil ki, 2024-cü iil prezident seçkilərində əldə olunan qalibiyyət və Donald Tramp administrasiyasının hakimiyyətə gəlişi Vaşinqtonun xarici siyasət kursuna mühüm təsirləri ilə yadda qaldı - bunu hətta strateji xəttin dəyişməsi kimi də qiymətləndirmək olar. Bayden dövründə Vaşinqton daha çox ənənəvi Qərb modelində çıxış edirdi:
- Tərəfləri təzyiq altında saxlayan siyasi mexanizmlər mövcud idi;
- Regional qarşıdurmaların uzanmasında maraqlı olmaq prinsipi hökm sürürdü;
- Avropanın təklifləri tam şəkildə nəzərə alınırdı;
- Qərbin xüsusi “koalisiya bütövlüyü” və ya “koalisiya monolitliyi” ritorikası mövcud idi.
Lakin Trampın siyasətinin bəzi detalları bu xəttin tam əksini ortaya qoyur. Son 11 ayda ABŞ administrasiyasının 8 münaqişədə vasitəçi kimi çıxış etməsi, Yaxın Şərqdə 50 illik qarşıdurmanın müəyyən dərəcədə sabitliyə çevrilməsi, Afrikada və Asiyada Amerikanın rolunun yenidən dizayn edilməsi qlobal nizamlanmada böyük dəyişikliklər yaradır.
Bu dəyişikliklər isə fundamental şəkildə Avropanın maraqlarına ziddir. Çünki:
A) Avropa lokal toqquşmaların uzanmasında maraqlıdır: Bu, ona siyasi təsir dairəsini genişləndirmək imkanı verir. ATƏT, AŞPA, Avropa Şurası, digər qurumlar Avropanın “aktiv arbitrlik” alətləridir. Münaqişələr bitdikcə bu alətlər əhəmiyyətini itirir.
B) Yaxın Şərqdə yaranmış yeni sabitlik Avropanın enerji və siyasi strategiyasına zərbə vurur: Sabitlik ABŞ-ın bölgədə rolunu gücləndirir, Avropanı isə proseslərdən kənarda qoyur.
C) Afrika, Cənubi Qafqaz və Asiyada konfrontasiyaların azalması Aİ-nin təsir mexanizmlərini zəiflədir: Aİ illərdir bu regionlarda “qlobal nəzarətçi” rolunu oynayırdı. ABŞ-ın fəallaşması Avropanın oyun sahəsini daraldır.
Beləliklə, ABŞ-ın yeni xətti Avropanı koalisiya daxilində ikinci dərəcəli aktora çevirir. Bu isə Avropaya sərf etmir və ziddiyyətlərin kəskinləşməsinə səbəb olur.
Harrisin “irsi”: Avropa niyə Trampı “istəmirdi”?
XXI əsrin ilk dördə birində Aİ-ABŞ münasibətləri bircins olmayıb - əksinə, münasibətlərdə qabarma-çəkilmə faktları kifayət qədər nəzərə çarpır. Amma 2025-ci ildə Vaşinqton-Brüssel xəttində disharmoniya daha qabarıq şəkildə özünü göstərir. Burada təkcə strateji maraq fərqləri deyil, həm də siyasi kontekstdən qaynaqlanan şəxsi və institusional faktorlar mövcuddur. Məsələn, ABŞ-da keçirilən 2024-cü il prezident seçkiləri dövrünü xatırlasaq, “köhnə qitə”nin aparıcı dövlətlərinin əsasən “demokrat xəttinə” tərəfdar olduğunu görmək mümkündür. Hətta Fransa prezidenti Makron seçkiyə bir neçə gün qalmış özünün mövqeyini açıq kontekstdə irəli sürmüşdü. Bir sözlə, 2024-cü il seçkilərində Avropa açıq şəkildə Kamala Harrisi dəstəkləyirdi və bunun altında yatan məqsədlərə nəzər salsaq:
- Harrisin prezident olacağı təqdirdə Aİ qlobal proseslərə daha çox müdaxilə imkanları qazana bilər, hətta qərb koalisiyasının Avropa siyasətində “nüvə funksiyasını” həyata keçirərdi. Aİ düşünürdü ki, Harrisin prezidentliyi dövründə ABŞ-ın gücü və “köhnə qitə”nin siyasi fəhmi yeni qlobal təsiretmə mexanizmi formalaşdıracaq
- Avropa Harris dövründə Ukrayna müharibəsinə yön verən aktor olmaq istəyirdi. Bu da təsadüfi deyildi. 2024-cü ilin sonuna qədər Bayden adminstrasiyası müharibənin inkişafında məhz hazırda Aİ-nin tutduğu mövqeni bölüşürdü. Təsadüfi deyildi ki, məhz bu dövrdə Avropanın silah istehsalı və biznesi pik həddə çatmışdı.
- Aİ ümid edirdi ki, Harrisin prezident seçiləcəyi təqdirdə Cənubi Qafqazdakı nizamlanma Avropanın şərtləri ilə aparılacaq. Cənubi Qafqaza qarşı həssaslıq isə regionun strateji əhəmiyyəti, Zəngəzur dəhlizinin gələcək iqtisadi nizamdakı mühüm yeri, şərq-qərb ticari xəttində oynadığı rolundan irəli gəlirdi. Aİ ABŞ-ın da yardımı ilə təzyiq mexanizmləri formalaşdıraraq (Bayden administrasiyası Cənubi Qafqazdakı tənzimləmə prosesinə Ermənistanın maraqları çərçivəsində yanaşırdı) bölgədə nəzarət formatı qurmaq istəyirdi. Regiona göndərilən Aİ missiyasının əsl “missiyası” da buradan qaynaqlanırdı. Aİ-Bayden administrasiyası qrupu Cənubi Qafqazda məhz özlərinin maraqlarına cavab verən konfiqurasiyanın yaranmasını arzulayırdı.
Lakin bu planlar boşa çıxdı. Harrisin məğlubiyyəti nəticə etibarı ilə Aİ-ni “dibsiz quyu”ya yuvarladı. Yeni dövrün ABŞ administrasiyası isə Avropanın qlobal ambisiyasını görür və onun təhlükəli istiqamətlərini dərk edir. Trampın yanaşmasına görə, Avropanın qlobal siyasətdə önə çıxması mövcud kataklizmləri daha da alovlandırmaq deməkdir. Məhz buna görə Tramp administrasiyası:
- Avropa Ordusu ideyasına qarşı birmənalı mövqe sərgiləmir;
- NATO-nun maliyyə yükünü öz üzərindən Avropaya transfer edir;
- Aİ-nin qlobal təsisat kimi rolunu zəiflətməyə çalışır.
Bu, birmənalıdır ki, Avropanın yeni geoiqtisadi strategiyası Tramp üçün məqbul deyil - misal yenə də Cənubi Qafqazdır. Aİ Cənubi Qafqazda, Zəngəzur dəhlizində, Şərq-Qərb ticarət arteriyasında dominant rol istəyirdi. Məhz bu səbəbdən konkret Fransanın əli ilə Ermənistanı dəstəkləyir, regionda sabitliyin formalaşmasını yubadırdı. Tramp isə bu planı “ABŞ maraqlarına təhlükə” kimi dəyərləndirdi və qəti şəkildə rədd etdi. Nəticədə, Avropanın post-2025 qlobal nizam planı tamamilə alt-üst oldu.
Dominantlıq iddiası: güc və təsiretmə mexanizmlərinin “döyüşü”...
Bütün bu fikir ayrılıqları pazlın hissələri kimi birləşərək bütövlükdə bir mənzərə yaradıb - bu mənzərənin ən “barışmaz xətti” isə Rusiya-Ukrayna münaqişəsinə münasibətdir. Ukrayna müharibəsi günümüzdə ABŞ - Aİ ziddiyyətlərinin pik nöqtəsidir. Fərq göz önüdədir- ABŞ sülh danışıqları aparır, Avropa isə silahlandırır. ABŞ tərəfləri masa arxasına gətirmək üçün plan hazırlayır, Avropa isə Ukraynanı daha çox silahlandırmaq üçün 15 milyard avroluq paket təklif edir. Bunun ən real açması isə odur ki, Avropa danışıqlardan kənarda qalmaq istəmir. Aİ danışıqlar prosesində də dominant rolu iddia edirdi - Cenevrə danışıqları zamanı Aİ öz sülh planını təqdim etməyə çalışsa da, ABŞ bunu qəbul etmədi. Bu isə Brüsselin açıq narazılığına səbəb oldu. Real misallara müraciət edək: Almaniya Kansleri Fridrix Merts Avropa liderlərinin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ona münaqişənin həlli planının bir hissəsi olaraq Ukraynanın ərazi güzəştləri ilə bağlı təkliflərin təqdim edildiyini bildirib. Merts qeyd edib ki, “Avropalıları maraqlandıran hər bir məsələ bizim razılığımızı tələb edir. Avropalılar qorunmalıdır və biz bu məsələyə dair qərar qəbul edirik. Bu kontekstdə biz yaxın günlərdə əlavə koordinasiya danışıqları keçirməyi planlaşdırırıq”.
Və ya başqa bir misal: Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasında bildirmişdi ki, Rusiya və Ukrayna arasında hər hansı sülh razılaşmasının şərtləri həm Kiyevin, həm də Avropa İttifaqının dəstəyini almalıdır. O qeyd etmişdi ki, heç bir sülh planı avropalıların razılığı olmadan işləyə bilməz. Aİ-nin isə iki bənddən ibarət planı var: biri Rusiyaya təzyiq göstərmək və onu zəiflətmək, digəri isə Ukraynanı dəstəkləmək. Bu, isə Vaşinqtonun planları ilə uzlaşmır.
Qənaət budur ki, Vaşinqton Aİ-ni artıq güc mərkəzi kimi qəbul etmir və ya etmək istəmir. Tramp administrasiyası Avropanın proseslərə təsir imkanlarını minimuma endirməyə çalışır. Hətta administrasiyanın keçmiş üzvlərindən olan İlon Maskın Aİ ilə bağlı fikirləri də maraq doğurur. O bildirib ki, “Avropa İttifaqını aradan qaldırmaq lazımdır, suverenlik isə ayrı-ayrı ölkələrə qaytarılmalıdır ki, hökumətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsin. Avro bürokratiya Avropanı yavaş-yavaş, ölüm həddinə qədər boğur”.
Görünən budur ki, artıq fikir ayrılığı özündə qarşıdurma elementləri daşıyır.
- informasiya müharibəsi,
- diplomatik gərginlik,
- enerji siyasətində ziddiyyət,
- qlobal proseslərdə paralel planların hazırlanması,
- hərbi-siyasi koalisiyalarda maraqların toqquşması.
Bütün bunlar Qərb daxilində gərginliyin sistemli xarakteri aldığını göstərir.
Səbəb və nəticə: Zaman ən yaxşı tənzimləyicidir...
Ən arzuolunmazı isə budur ki, ABŞ - Avropa ziddiyyətləri yaxın illərdə daha dərin və daha sərt geopolitik nəticələr doğura bilər. Fikir ayrılığı artıq sadə siyasi diskursdan çıxaraq strateji qarşıdurma elementləri qazanıb. Qərb koalisiyasının daxilində “vahid mövqe” anlayışı real gücünü itirir, liderlik uğrunda rəqabət güclənir, qlobal nizamlanma mexanizmləri paralel bloklara parçalanır.
Bir çox siyasətçilər bildirirlər ki, bu proses nə Qərbin özünə, nə də qlobal sabitlik sisteminə fayda gətirməyəcək. Lakin bütün geosiyasi ziddiyyətlərdə olduğu kimi, zaman və dəyişən beynəlxalq şərtlər müəyyən məqamlarda problemlərin yumşalmasına da zəmin yarada bilər. Qərb koalisiyasının gələcək taleyi məhz bu ziddiyyətlərin necə idarə olunacağından asılı olacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

