Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nazir müavini: Təhsil sistemi gənclərin dini dünyagörüşünün düzgün formalaşmasında həlledici rol oynayır

Nazir müavini: Təhsil sistemi gənclərin dini dünyagörüşünün düzgün formalaşmasında həlledici rol oynayır

15.12.2025 [17:51]

Təhsil sistemi gənclərin dini dünyagörüşünün düzgün formalaşmasında həlledici rol oynayır.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov dekabrın 15-də Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər” mövzusunda konfransda çıxışı zamanı bildirib.

Nazir müavini vurğulayıb ki, təhsil prosesinin əsas məsuliyyəti yalnız bilik və bacarıqların verilməsi ilə məhdudlaşmır, eyni zamanda, milli-mənəvi dəyərlərin gənc nəslin dünyagörüşünə sistemli şəkildə daxil edilməsini tələb edir. Onun sözlərinə görə, dinin düzgün təqdim olunması cəmiyyətin sağlam inkişafı üçün vacib məqamlardandır: “Dini zorla təbliğ etmək olmaz. Əsas məqsəd onu düzgün təqdim etmək, mənəvi dəyərlərin tədris prosesində sağlam şəkildə formalaşdırılmasına şərait yaratmaqdır”.

Firudin Qurbanov müasir informasiya mühitində dini kontentin çox zaman məqsədyönlü manipulyasiyaya məruz qaldığını diqqətə çatdırıb. Sosial şəbəkələrdə yanlış, xurafat və radikal düşüncələrə söykənən məlumatların gənclər üçün risk yaratdığını qeyd edən nazir müavini bildirib ki, təhsilin rolu burada xüsusilə əhəmiyyətlidir: “Qloballaşma və rəqəmsallaşma həm insan kapitalının inkişafına müsbət təsir edir, həm də yanlış dini narrativlərin yayılması üçün zəmin yaradır. Bu səbəbdən təhsil sistemi dini mədəniyyətin doğru təqdim edilməsində etibarlı platforma kimi çıxış etməlidir”.

Onun sözlərinə görə, orta və ali təhsil müəssisələrinin dərs proqramlarında dini komponentə xüsusi diqqət ayrılıb. “Təhsil müəssisələrində diqqət təkcə dini ənənələrin maddi nümunələrinə yönəlmir. Əsas vurğu mənəvi-əxlaqi dəyərlərin tədrisinin gücləndirilməsinə, nəsildən-nəslə ötürülən dəyərlərin elmi-metodik çərçivədə şagirdlərə çatdırılmasına edilir”.

Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, pedaqoji yanaşmaların yenilənməsi və dini düşüncə mədəniyyətinin təhsil sistemi vasitəsilə sağlam formada təbliği cəmiyyətin ideoloji təhlükəsizliyinin mühüm tərkib hissəsidir: “Bugünkü konfrans bu istiqamətdə yeni perspektivlər açır və təhsil sisteminin bu sahədə rolunun daha da gücləndirilməsi üçün mühüm platforma yaradır”.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31